Icma.az
close
up
RU
AzTV nin keçmiş aparıcısı “Qocalar evi”ndə yaşayır

AzTV nin keçmiş aparıcısı “Qocalar evi”ndə yaşayır

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Dövlət Televiziyasının (AzTV) keçmiş aparıcısı Müslümət Rzaxanova Bilgəhdəki “Qocalar evi”ndə yaşayır.
Modern.az xəbər verir ki, bu barədə Lent.az-ın Ahıl şəxslər üçün sosial xidmət müəssisəsindən (“Qlocalar evi”) hazırladığı reportajda bildirilib.

85 yaşlı Müslümət Rzaxanova artıq 3 ildir ki, “Qocalar evi”ndə yaşadığını deyib. O, uzun müddət – 46 il AzTV-də çalşıb. M.Rzaxanova vaxtilə Dövlət Televiziyasında yayımlanan məhşur "Qitələr, hadisələr" verilişinin aparıcısı olub.
M.Rzaxanovanın oğlu ömürlük həbsdədir. O, “Qocalar evi”nə yerləşməzdən xeyli öncələr Ömürlük Məhbusların Hûquqlarını Müdafiə Komitəsi adlı təşkilat yaradaq ona rəhbərlik edirdi. Həmin vaxtlarda M.Rzaxanovanın rəhbərlik etdiyi qurum ömürlük məhbuslarla bağlı məslələrə operativ reaksiya verir, onları dərhal ictimailəşdirirdi.
M.Rzaxanova bildirib ki, oğlu artıq 32 ildir ki, həbsdədir.
Onun oğlu Şakir Rzaxanov 1996-cı ildə qəsdən adam öldürmə ittihamı ilə ölüm hökmünə məhkum edilib. Sonradan ölüm hökmü ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib. Bu barədə Müslümət Rzaxanova illər əvvəl Modern.az-a verdiyi müsahibədə də danışmışdı.

Anası oğlunun günahsız olduğunu düşünür. 2018-ci ildə Modern.az-a danışarkən bildirmişdi ki, Şakir cinayəti etiraf etməyib və haqsız yerə həbs olunduğunu deyib.
M.Rzaxanova bildirib ki, oğlu həbs olunandan sonra gəlini boşanıb, o isə nəvələrini böyüdüb.
İllər sonra birgə yaşadığı qızı və nəvələri ilə münasibətləri pisləşib və nəticədə onu məhkəməyə veriblər, adını evin qeydiyyatından çıxarıblar.
M.Rzaxanova “Qocalar evi”nə öz xoşu ilə yerləşdiyini qeyd edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2026-cı ilin ilk 8 ayında ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə (“Qocalar evi”) 42 ahıl qəbul edilib. Onlardan 18 nəfəri qadın, 24 nəfəri kişidir. 

"Hazırda müəssisədə 213 ahıl şəxs dövlət himayəsində yaşayır. Onlardan 109-u kişi, 104-ü qadındır",- deyə qurumdan bildirilib.
 

A.Qorxmaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Oktyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see337

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see313

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see310

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see276

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see272

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see268

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see257

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see253

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see193

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri