Icma.az
close
up
RU
AzTV nin sədrləri: Teleşirkətin bir günlük rəhbəri və... 2 si həyatda, 10 u vəfat edib

AzTV nin sədrləri: Teleşirkətin bir günlük rəhbəri və... 2 si həyatda, 10 u vəfat edib

Icma.az, Modern.az saytına istinadən bildirir.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) keçmiş sədri Məmməd Murad ötən gün - 25 sentyabrda vəfat edib.
Məmməd Muradın vəfatı ilə AzTV-nin digər keçmiş sədrləri də xatırlanır. Dövlət Televiziyasına kimlər rəhbərlik edib...

AzTV-nin sədrləri bu qurumun üzərinə çəkdiyi məsuliyyətin daşıyıcıları olublar. Onların hər biri AzTV-nin funksiyasını, rolunu və xalqla qurduğu ünsiyyəti müəyyən edən, onun idarəçiliyinə yön verən simalar idi. 
Hər sədrlik dönəmində texnologiya bir az da dəyişib. Onlar bu dəyişikliklərə uyğunlaşmalı, dövlət tələbləri və ictimai gözləntilər arasında körpü qurmalı olublar.

Qeyd edək ki, Azərbaycan Televiziyası 1956-cı ildə Mədəniyyət Nazirliyinin tabeliyində Bakı Televiziya Studiyası adı ilə fəaliyyətə başlayıb.
1957-ci ildən Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adı daşıyıb.

1970-ci ildə Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb, 1991-ci ildə eyni adda şirkətə çevrilib. 2005-ci ildən indiki adı ilə fəaliyyət göstərir.

Modern.az saytı AzTV-yə rəhbərlik etmiş şəxslərı xatərladır.
İlk dəfə 1956-cı ildə Bakı televiziya studiyası kimi fəaliyyətə başlayan dövlət telekanalına Ənvər Əlibəyli rəhbərlik edib.
1957-ci il mayın 16-da Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin sədri postuna Teymur Əliyev gətirilib.

1965-ci ildə T.Əliyev (1992-ci il mart ayının 19-da vəfat edib) Azərbaycan KP MK-da işə keçdiyi üçün Teleradio Komitəsinin sədri postu yenidən Ənvər Əlibəyliyə tapşırılıb. Ənvər Əlibəyli 7 may 1968-ci ildə vəfat edib.
Qəfildən dünyasını dəyişən Ənvər Əlibəylinin yerinə İmran Mirzəyev gətirilib. Onun sədrliyi 11 ay çəkib. (İmran Mirzəyev qardaşı - məşhur jurnalist Osman Mirzəyevin öldürülməsundən 1 il yarım sonra – 1993-cü ildə vəfat edib).
1970-ci ilin yanvarında Teleradio Komitəsinin sədri vəzifəsinə Bakı Ali Partiya Məktəbinin kafedra müdiri Qurban Yusifzadə təyin edilib. O, bu vəzifəni 1982-ci ilə qədər icra edib. Həmin il o dünyasını dəyişib.
1983-cü ildə sədr vəzifəsinə Elşad Quliyev təyin olunub. 1990-cı il 20 Yanvar hadisəsindən sonra Elşad Quliyev vəzifəsindən istefa verib.
1990-cı il yanvarın 27-də AzTV-nin başına Qeysər Xəlilov keçib. O, bu vəzifəni 1991-ci ilin noyabrına qədər icra edib. (Q.Xəlilov 2000-ci ildə vəfat edib).
1991-ci ilin noyabrından 1992-ci il martın 6-na kimi Teleradio Şirkətinə Məmməd Murad rəhbərlik edib.
1992-ci il martın 7-də Elşad Quliyev yenidən Teleradio Şirkətinə sədr təyin olunub və o, 1992-ci il mayın 14-nə qədər bu quruma başçılıq edib. (27 may 2008-ci ildə dünyasını dəyişib).
1992-ci il martın 14-də hakimiyyətə 1 günlük müddətə qayıtmış Ayaz Mütəllibov Şirkət rəhbərliyinə yenidən Məmməd Muradı qaytarıb, amma o da həmin postda yalnız 1 gün qala bilib. (20 sentyabr 2025-ci ildə vəfat edib).
1992-ci il mayın ortalarında hakimiyyətə gəlmiş Azərbaycan Xalq Cəbhəsi Teleradio Şirkətinə şair Məmməd İsmayılı sədr təyin edib. (19 avqust 2005-ci ildə həyatdan köçüb).
1993-cü ildə Məmməd İsmayılı Babək Hüseynoğlu (Məmmədov) əvəz edib. O, 1996-cı il sentyabrın 5-də tutduğu vəzifədən azad edilib. (5 dekabr 2006-cı ildə vəfat edib).
1996-cı ilin sentyabrında Azərbaycan Dövlət Teleradio Şirkətinin sədri vəzifəsinə Nizami Xudiyev təyin edilib. 2006-cı ilin iyununda ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə ilə N.Xudiyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. (25 may 2021-ci ildə vəfat edib).
2006-cı il avqustun 16-da Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri postuna Arif Alışanov təyin edilib. 2019-cu il yanvarın 15-də Arif Alışanov AzTV sədrliyindən kənarlaşdırılıb.
2019-cu il yanvarın 15-də Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsi "Həftə" analitik-informasiya proqramının, "Günün nəbzi" və "Əsas məsələ" tok-şousunun teleaparıcısı Rövşən Məmmədova həvalə olunub. O, 7 aydan çox müddətdə sədrin səlahiyyətlərini icra edib. Nəhayət 2019-cu il sentyabın 4-də Rövşən Məmmədov AzTV sədri vəzifəsinə təsdiqlənib.


A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Sentyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri