Icma.az
close
up
RU
“AzTV” və TRT dən birgə LAYİHƏ Türk xalqlarının tarixi qurultayına həsr olunan film TƏQDİM OLUNACAQ VİDEO

“AzTV” və TRT dən birgə LAYİHƏ Türk xalqlarının tarixi qurultayına həsr olunan film TƏQDİM OLUNACAQ VİDEO

Bizim media saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti və “Türkiyə Radio və Televiziya Qurumu” arasında imzalanan  memoranduma əsasən ortaq istehsal olunan “1926-cı il Türkoloji qurultay” bədii-sənədli filmi yaxın günlərdə tamaşaçılara təqdim olunacaq. 
Bizim.Media xəbər verir ki, film 1926-cı ildə Bakıda keçirilən SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası ilə bağlı qərarların qəbul edildiyi Birinci Türkoloji Qurultaya həsr olunub. 
Qurultayda SSRİ-də yaşayan türk xalqları ilə yanaşı xarici qonaqlar, ümumilikdə isə 131 nəfər nümayəndə - alimlər, dilçilər, tarixçilər, şairlər və yazıçılar iştirak edib.
Qurultayın keçirilməsində gizli məqsəd isə Sovetlər İttifaqı ərazsində yaşayan türk-müsəlman əhalini ərəb əlifbasından ayırmaqla öz soy kökündən, maddi-mədəni sərvətindən, ədəbiyyatından ayrı salmaq, bu xalqları İslam aləmindən qoparmaq olub.
Filmdə Türkiyənin və Azərbaycanın tanınmış elm adamları, yazarların çıxışları yer alıb, aktyor oyunu ilə canlandırlan bədii səhnələrdən, qarfik təsvirlərdən istifadə olunub. 
 

Filmin ssenari müəllifi Səxavət Sahil, quruluşçu rejissoru Ahmet Selim Sabuncu, quruluşçu operatoru Sabri Savcı, quruluşçu rəssamı Şahin Həsənli, redaktoru Mahir Qəribovdur. Türkiyə və Azərbaycan auditoriyası üçün nəzərdə tutulan “1926-cı il Türkoloji qurultay” bədii-sənədli filminin lahiyə rəhbərləri Sərvər Bayramov (Azərbaycan, AzTV) və Sedat Sağırkaya (Türkiyə, TRT), prodüseri isə İlqar Mehti və Ali Çiçekdir.


AzTV və TRT-nin birgə istehsal fəaliyyətinin davamı kimi daha bir film - Seyid Yahya Şirvani haqqında bədii-sənədli film də yaxın vaxtlarda tamaşaçılara təqdim olunacaq.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Fevral 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see187

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see144

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri