Icma.az
close
up
RU
Azyaşlı qızın faciəvi ölümü nəyin üstünü açdı? Qadağalar onları qorumayacaq

Azyaşlı qızın faciəvi ölümü nəyin üstünü açdı? Qadağalar onları qorumayacaq

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Uşaqların qorxulu videolar, vahimə yaradan kontent və psixoloji yüklü görüntülərlə özlərini zədələməsi barədə xəbərlər yayıldıqca cəmiyyət yenə eyni yanlış müzakirəyə qayıdır. Günah telefondadır, internetdədir, sosial şəbəkələrdədir. Halbuki problem texnologiya deyil”. 

Bu sözləri Ölkə.Az-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov paytaxtın Binəqədi rayonunda qorxu videolara baxan 13 yaşlı qızın meyitinn aşkarlanmasından danışarkən deyib. 

Mütəxəssis hesab edir ki, bu cür vəziyyətlərdə problem böyüklərin övladlarını psixoloji olaraq tənha qoymasıdır:

“Uşaq gecə gizlin şəkildə qorxulu videolara baxırsa, deməli, gündüz saatlarında onunla danışan, onu dinləyən, onun dünyasını anlamağa çalışan heç kim olmayıb. Uşaq özünü təhlükəsiz hiss etmədiyi üçün gizlənir. Gizləndikcə də psixoloji yük daha da ağırlaşır. Valideynlər öz telefonlarına yapışıb qaldıqları halda uşağa telefonu qadağan etməklə nəsə həll etdiklərini düşünürlər. Bu, tərbiyə deyil, tərbiyənin imitasiyasıdır. Uşaq valideynin saatlarla ekrana baxdığını görür və sonra ondan telefonun zərərli olduğuna inanmasını gözləyirik. Bu açıq şəkildə ikiüzlülük nümunəsidir və sağlam düşüncəni sındırır. Uşağa verilən mesaj çox aydındır. Mən edə bilərəm, sən yox. Bu psixoloji olaraq dağıdıcıdır. Bu cür münasibətin olduğu evdə uşaq heç vaxt valideyninə öz qorxularını danışmayacaq. Çünki artıq biləcək ki, orada səmimiyyət yoxdur”.

Psixoloq hesab edir ki, uşaqların rəqəmsal dünyadan uzaqlaşdırılması mümkün deyil və artıq gecdir:

“Onlar bu dünyanın içində böyüyürlər. Düzgün yanaşma onları bu dünyanın təhlükələrinə qarşı hazırlamaqdır. Uşağa internet qadağan edilmir, internet izah edilir. Uşağa vahiməli kontent qadağan edilmir, bu kontentin niyə zərərli olduğu izah edilir. Uşağa qorxularını gizlətməyi yox, paylaşmağı öyrətmək lazımdır. Uşaq evdə özünü təhlükəsiz hiss etmirsə, internetin təhlükəsiz olmasını gözləmək sadəlövhlükdür. Ailələr anlamalıdır ki, psixoloji əlaqə və emosional yaxınlıq olmadığı müddətdə texnologiya həmişə daha cazibədar və nəzarətsiz görünəcək. Uşaqlar valideynin yanında rahat danışa bilmirsə, təbii ki, öz suallarına və hisslərinə cavabı internetdə axtaracaq. Bu axtarış isə hər zaman sağlam mənbələrə aparmır. Bəzən uşaq qaranlıq, qorxulu, manipulyativ görüntülərin içinə düşür və onlardan çıxmağı bacarmır. Bu uşağın günahı deyil. Bu böyüklərin boş buraxdığı yerdir. Psixoloji təhlükəsizlik ailədə yaranmalıdır. Uşağın sual verə bildiyi, qorxusunu dilə gətirə bildiyi, səhv etdiyində cəza yox, izah gördüyü bir mühitdə heç bir qorxulu video onu sarsıtmır. Psixoloji zəmin güclüdürsə, uşaq zərərli təsirə düşmür. Uşaq ailənin içində özünü tək hiss edirsə, hər şey təsir edir. Bu qədər sadədir”.

R.Nəcəflinin sözlərinə görə, rəqəmsal savad səviyyəsi aşağı olan böyüklər yeni nəsli istiqamətləndirə bilməz:

“Cəmiyyət də məsuliyyətdən qaça bilməz. Məktəblər, psixoloqlar, sosial institutlar valideynlərə dəstək verməlidir. Uşaqların rəqəmsal mühitdə davranışı öyrədilməlidir. Bu hazırlıq olmazsa, növbəti faciələr qaçılmazdır. Uşaqlar həssasdır, amma zəif deyillər. Onlar düzgün yönləndirilsə, izah alsalar, dinlənsələr, internetdən qorxmazlar, ondan zərər də görməzlər. Amma tək buraxılsalar, internet onların tək pəncərəsinə çevriləcək və bu pəncərə hər zaman işıqlı olmur.

Bəzən həmin pəncərə insanın içini qaranlıqla doldurur. Dəyişməli olan uşaqlar deyil, böyüklərdir. Valideyn öz telefonundan ayrılmadan, öz davranışını düzəltmədən, öz psixoloji məsuliyyətini qəbul etmədən heç bir qadağa, heç bir proqram, heç bir nəzarət uşağı qorumayacaq. Uşağın təhlükəsizliyi ailənin içində başlayır və əgər bu başlanğıc yoxdursa, internetin yaratdığı təhlükə hər evə girəcək”.

Qeyd edək ki, Paytaxtın Binəqədi rayonunda Rəsulzadə qəsəbəsində 13 yaşlı yeniyetmə qızın meyiti axşam saatlarında valideynləri tərəfindən mənzildə aşkarlanıb. Ailəsi yeniyetmənin gec saatlarda telefonda qorxulu videolara baxdığını deyib.

Billurə
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Dekabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri