Icma.az
close
up
RU
Bab əl Məndəbdə gərginlik: İran ABŞ qarşıdurması davam edir

Bab əl Məndəbdə gərginlik: İran ABŞ qarşıdurması davam edir

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

ABŞ-İran qarşıdurmasının yeni mərhələsi Yəmən üzərindən Qırmızı dənizə də sirayət edib. İranın dəstəklədiyi husilərin Bab əl-Məndəb boğazından keçən Səudiyyə Ərəbistanı ilə əlaqəli neft tankerlərini hədəfə alacaqlarını bəyan etməsi qlobal enerji bazarlarında narahatlığı artırıb.

Ekspertlər hesab edirlər ki, təhdidlərin reallaşması neft qiymətlərinin yüksəlməsinə və beynəlxalq ticarət marşrutlarında ciddi risklərin yaranmasına səbəb ola bilər.

Bab əl-Məndəb boğazında təhlükəsizlik böhranı uzunmüddətli xarakter alarsa, bu, Yaxın Şərqdə qüvvələr balansını və region ölkələrinin siyasi mövqelərini necə dəyişə bilər?

Siyasi şərhçi Rufiz Hafizoğlu bildirib ki, Bab əl-Məndəb boğazının bağlanılması və Səudiyyə Ərəbistanına məxsus neft tankerlərinin guya tam mühasirəyə alınması ilə bağlı yayılan məlumatlar son dövrlərdə İran–İsrail–ABŞ gərginliyi fonunda dəfələrlə gündəmə gəlib.

Onun sözlərinə görə, "Bab əl-Məndəb olduqca aktual məsələdir və bu məsələ ümumilikdə İran–İsrail–Birləşmiş Ştatlar gərginliyi fonunda artıq dəfələrlə aktuallaşıb, daha doğrusu, gündəmə gəlib. Bəli, təəssüflər olsun ki, bu gün İranın nəzarəti, daha doğrusu, birbaşa təsiri altında olan Husi qruplaşmaları bu bölgəyə nəzarət edirlər."

R. Hafizoğlu bildirib ki, digər tərəfdən, Səudiyyə Ərəbistanı husilərin səsləndirdiyi iddiaları təkzib edib:

"Dünən axşam saatlarında Səudiyyə Ərəbistanı açıqlama verdi ki, husilərin iddiaları həqiqəti əks etdirmir və Səudiyyə tankerləri mühasirədə deyil. Belə bir açıqlama var. Bunun nə dərəcədə doğru olması isə ayrı məsələdir."

Siyasi şərhçi bildirib ki, Husi məsələsinin yenidən gündəmə gətirilməsi təsadüfi deyil və bu, Hörmüz boğazı ətrafında yaranan vəziyyətlə birbaşa bağlıdır.

"Problem ondan ibarətdir ki, Husi məsələsi yalnız və yalnız Hörmüz boğazı məsələsi aktuallaşanda gündəmə gətirilib. Əslində, husilər bu münaqişə başlamazdan əvvəl də davamlı olaraq Səudiyyə Ərəbistanı ərazisini, eyni zamanda Birləşmiş Ərəb Əmirliklərini və qonşu ərəb ölkələrini təhdid edirdilər", – deyə o bildirib.

Onun sözlərinə görə, həmin dövrdə Körfəz ölkələri bu təhlükə barədə ABŞ-ni məlumatlandırsalar da, Vaşinqton bunun qarşısının alınması istiqamətində ciddi addımlar atmayıb.

"Körfəz ölkələri Birləşmiş Ştatlara belə bir problemin olduğunu söylədikləri zaman, Birləşmiş Ştatlar bunun qarşısının alınması üçün hər hansı addım atmadı. Səudiyyə Ərəbistanının rəhbərliyi altında bir koalisiya yaradıldı və bu koalisiyada Türkiyə də daxil olmaqla bir çox ərəb və Körfəz ölkələri iştirak etdi. Amma mahiyyət etibarilə bu koalisiya geniş mənada uğur əldə edə bilmədi", – deyə o bildirib.

R. Hafizoğlu bunun səbəbini radikal silahlı qrupların istifadə etdiyi taktika ilə izah edib:

"Çünki bu, ümumiyyətlə bütün radikal qrupların – istər husilər olsun, istər Hizbullah olsun, istərsə də digərləri – istifadə etdiyi beynəlxalq praktikadır. Öz maraqlarını qorumağa çalışan radikal qruplaşmalar hərbi məqsədlərlə istifadə etdikləri obyektləri şəhərlərin daxilində, dinc insanların yaşadığı ərazilərdə yerləşdirirlər. Bu da həmin obyektlərə zərbələrin endirilməsini olduqca çətinləşdirir. Zərbələr endirilən zaman isə nəticədə mülki əhali arasında itkilər olur və bu da beynəlxalq ictimaiyyət tərəfindən birmənalı qarşılanmır."

Siyasi şərhçi vurğulayıb ki, ABŞ uzun müddət Husi təhlükəsinə göz yumsa da, sonradan öz maraqları təhlükə altına düşdüyü üçün mövqeyini dəyişib.

"Dolayısı ilə, Birləşmiş Ştatlar vaxtilə Husi məsələsinə göz yumdu. Husi məsələsi Birləşmiş Ştatlar üçün nə zaman aktuallıq kəsb etməyə başladı? Husilər artıq açıq şəkildə Birləşmiş Ştatların bölgədəki hədəflərini və gələcək prioritetlərini təhdid altına aldıqları zaman Husi məsələsi Vaşinqton üçün gündəmə gəldi. Amma Səudiyyə Ərəbistanı bu problemin daim aktual olduğunu qeyd edirdi, bu problemi yaşayırdı, lakin qulaq asan yox idi."

Onun fikrincə, Bab əl-Məndəb boğazında baş verənləri Hörmüz boğazındakı proseslərdən ayrı qiymətləndirmək düzgün deyil.

" Bab əl-Məndəb boğazında, yəni keçiddə yaşanan gərginlik Qırmızı dənizdə və Hörmüzdə yaşanan problemlərdən ayrı qiymətləndirilməməlidir. Bu, həmin münaqişənin daha genişlənmiş forması, daha doğrusu, İran və husilər tərəfindən daha qabarıq şəkildə nümayiş etdirilən güc göstəricisi kimi qəbul olunmalıdır. Ən azından ilkin mərhələdə bu iki problemi bir-birindən ayırmağımız düzgün deyil və eyni zamanda bu, husilərin güc nümayişi kimi qiymətləndirilməlidir."

R. Hafizoğlu hesab edir ki, bölgədə mövcud olan təhdidlərin, o cümlədən Husi təhlükəsinin qarşısının alınması istiqamətində artıq konkret addımlar atılır.

"Lakin tam əmin olun ki, bölgədəki bütün təhdidlərin, o cümlədən Husi təhdidinin bu və ya digər şəkildə qarşısı alınacaq. Artıq son günlər Yəmən hava limanının bombalanması, İrandan gələn hərbi nümayəndə heyətinin ora enə bilməməsi, Yəmənlə İran, daha doğrusu, husilərlə İran arasında olan körpünün dağıdılması əslində bu istiqamətdə atılan addımlardan biri kimi qiymətləndirilməlidir", – deyə siyasi şərhçi Rufiz Hafizoğlu bildirib.

İradə Cəlil,Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 İyul 2026 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri