Icma.az
close
up
RU
Baba Vəziroğlu: “Televiziyalar güzgümüzdür, səviyyəsizdirsə, deməli, biz də səviyyəsizik…”

Baba Vəziroğlu: “Televiziyalar güzgümüzdür, səviyyəsizdirsə, deməli, biz də səviyyəsizik…”

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

“Hardadır televiziyaların Bədii Şuraları? Olmayan şeydən necə danışmaq olar? AzTVnin Bədii Şurasında bir neçə il, hətta pandemiya dövründə də fəaliyyət göstərdik. Mübariz Tağıyev, Faiq Sücəddinov, Təranə Muradova, Mənsum İbrahimov, Ramiz Quliyev, Fəxriyyə Xələfova… Hər sahədən görkəmli mütəxəssis Şurada üzv idi. Xeyli təkliflər, gözəl rəylər var idi. Təkliflərimiz əsasında AzTV-də xeyli dəyişiklik oldu. Sədr də yeni idi, hələ rəylərə, fikirlərə qulaq asan vaxtları idi. Rövşən Məmmədov dostumuzdur. Səmərəli iş aparırdıq. AzTV-yə toy-çadır müğənniləri az çıxırdı, amma onların da qarşısını kəsdik. Efirə buraxılmayan yaxşı sənətkarlar var idi, onlar efirə qayıtdı. Hətta texniki məsələlərə qarışdıq. Sənət dostlarımız AzTV-də çox yaxşı yaradıcılıq ab-havası yaratmışdılar. Digər kanallar da AzTV-yə baxıb Bədii Şura yaratdılar. Onlarınkı üç günlük oldu, kəpənək ömrü kimi… İndi efirdən on dəqiqə əvvəl pulunu ver, nə istəyirsənsə, oxu, dombalaq aş… Ən dəhşətlisi budur ki, səs rejissoruna fonoqram verirlər. Birdən fonoqramdan faşist mahnısı çıxsa, canlı efirə o gedəcək. Axı görmüşük ki, əvvəlcədən mahnıya qulaq asırlar. Bəlkə, sözlərində müharibəyə, dövlət çevrilişinə çağırış, qeyri-etik sözlər, söyüş var? Müğənni deyir ki, “əvvəlcə üçü, sonra beş, çaşdırma ha, axırda birə qoy…””

Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.

“Sosial şəbəkədə belə bir şərh oxumuşdum ki, heç aparıcılar özlərini apara bilmirlər. Aparıcılar əvvəlcə özlərini aparmağı bacarsınlar, sonra aparıcılıq etsinlər. Ədalət naminə həmişə deyirəm ki, televiziyaları çox qınamaq olmaz. Televiziyalar bizim güzgümüzdür, bizi göstərir. Səviyyəsizdirsə, deməli, biz də səviyyəsizik, savadsızdırsa, onda biz də savadsızıq. Bu bizik də. Televiziya Marsdan gələnləri çəkib göstərir? Səni göstərir, deməli, busan… Niyə Almaniya telekanallarında bu cür mahnılar səslənmir, belə savadsızlıq, səviyyəsizlik yoxdur? Çünki Almaniyada cəmiyyət özü yüksək mədəniyyət, savad nümayiş etdirir, hər kəs öz işinin ustasıdır. Heç kim heç kimin işinə qarışmır. Bizdə isə həkim efirə çıxıb kosmosdan, şair isə hərbi potensialımızdan danışır. Dəhşətdir… Hər kəs öz işindən danışsa, nə var ki? Buna görə də vəziyyət bu gündədir. Günahkar hamımızıq. Əziz dostum Ramiz Rövşənin belə bir şeiri var: “Hamı günahkardır bu yer üzündə, amma heç birimizin günahı yoxdur…” Absurd vəziyyətdir. Televiziya da absurd ünvandır. Sosial şəbəkələrdə kütləvi savadsızlıq baş alıb gedir. “Dost” sözünü “dosd” yazırlar. Sosial şəbəkə də bizim güzgümüzdür. Biz Azərbaycandayıq, müsəlman ölkəsiyik. Müsəlmana isə iki təsir qüvvəsi var – biri hakimiyyət, digəri din. Bu cəmiyyəti idarə etmək üçün bir əlində qılınc, bir əlində “Quran” olmalıdır. Əvvəlcə deyirsən ki, ay insan, belə etmə, “Quran”da bu cür yazılıb. Görürsən ki, dirəşib, onda gərək qılıncı başından vurasan. Bunu edən isə dövlətdir. İki cür cəza üsulu var – dövlət deyir ki, özünü bu dünyada yaxşı aparmasan, səni tutub həbsə basacağam, din isə deyir ki, dövlət qoy bu dünyada öz işini görsün, özünü yaxşı aparmasan, o dünyada səni “qır qazanı”nda yandıracağam. Din və dövlət bir az bu məsələlərə biganə qalanda belə vəziyyət yaranır. Təklif edirəm ki, mütləq direktiv rıçaqlarla bu məsələ yoluna qoyulmalıdır. Sözü daşdan keçən Bədii Şuralar yaradılmalıdır. Bədii Şura senzura demək deyil. Çox adam bilməzlikdən elə zənn edir ki, Bədii Şura senzuradır. Ağzdında “bədii” deyirsən. Sovet dövründə də bu var idi. Məgər Şövkət Ələkbərova KQB polkovniki idi? Ya Cahangir Cahangirov, Nəbi Xəzri, Fikrət Qoca… Hamısı Bədii Şura üzvü idi. Buna görə də “qızıl fond” deyirdik. İndi yazılan mahnılar hara gedir? Bəlkə “qızıl zibilliyə”? İndi “Retro 93 FM” var. Deyirəm ki, o vaxt bu cür fond yaradılmasaydı, bu gün bu FM nə səsləndirərdi? İndi normal adamların hamısı öz maşınında “Baku Retro FM – 93.3 FM”ə qulaq asır. Çünki insanlar artıq hər şeydən beziblər. Bu gündən sonra heç bir mahnı yazılmasa, yüz il yazılan mahnıları oxumaq bizə bəs edir. Yeni mahnılar indiki kimi yazılırsa, lazım deyil”, – o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 18 İyul 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri