Babək və Culfa rayonlarındakı gəc sexlərində qanunvericilik tələblərinin pozulması halları müşahidə olunub
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Naxçıvan, 27 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları tərəfindən Babək və Culfa rayonlarının ərazisində fəaliyyət göstərən gəc sexlərində monitorinq keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, monitorinq zamanı yer təkindən qanunsuz istifadə və istehsalat prosesində atmosfer havasının mühafizəsinə dair qanunvericilik tələblərinin pozulması halları müşahidə olunub.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həmin ərazilərdə fəaliyyət göstərən gəc sexlərinin istehsalı zamanı toz və toz hissəciklərinin, eyni zamanda, zərərli qazların normadan artıq atmosferə buraxması faktları müəyyən edilib.
Qeyd edək ki, gəc sexlərinin "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə əməl olunmadan fəaliyyət göstərmələri insan sağlamlığına və digər canlı aləmə birbaşa mənfi təsir göstərir. Bu səbəbdən mütəxəssislər tərəfindən qanunvericiliyə uyğun olaraq həmin gəc sexlərinin fəaliyyəti zamanı təbiətə vurulmuş ziyanın dəqiq həcmi hesablanacaq, eyni zamanda digər müvafiq tədbirlər görüləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 27 May 2025 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















