Icma.az
close
up
RU
Babəkin mis qədəhi, Afətin güzgüsü, sənətkar ruhları dolaşan dəhlizlər “Azərbaycanfilm”dən reportaj

Babəkin mis qədəhi, Afətin güzgüsü, sənətkar ruhları dolaşan dəhlizlər “Azərbaycanfilm”dən reportaj

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kino ki var...

Yeni layihənin adını belə qoydum, bir az çox işlənmiş olsa da, kinoya ən uyğunu budur, “Bəyin oğurlanması” filminin ssenari müəllifi Səməndər Rzayevin dili ilə yerində və koloritli işlədilib. Bu layihədə kinonun kadr arxasında olan cəfakeş insanlarından və kinoya çəkilən cansızlardan söhbət açacam. Başlayaq, qalanı bəlli olacaq.

Soyuq dəhlizlərin hərarəti

Divar boyu kino rəssamlarının müxtəlif filmlərə çəkdikləri eskizlər asılıb. Maraqlı əsərlərdir, baxırsan və hansı filmin eskizi olduğunu  tapıb uşaq kimi sevinirsən.

Qarşısında durduğum “Nəsimi” filminin eskizidir, ondan sonrakı da “Qaynana”nın.  Adama elə gəlir ki, divarlardan asılan yalnız bu eskizlər deyil, onların ətrafından  böyük kino sənətkarlarının simaları boylanır. Ələsgər Ələkbərov, Adil İsgəndərov, Rza Təhmasib, Həsən Seyidbəyli, Həsən Məmmədov, Həsənağa Turabov,  Leyla Bədirbəyli, Nəcibə Məlikova və o baxışların müşayiəti altında onların izləri qalan dəhlizləri keçib dəfələrlə müxtəlif obrazlarda kinoya çəkildikləri pavilyona daxil olursan.

Bir vaxtlar bu dəhlizlər, həmin pavilyon qələbəlik olardı, hər addımda tanış insanları fərqli qrimlərdə görərdin. Hələ də o səs-küy, o qaynar həyat adamın qulağında səslənir, gözləri qarşısında canlanır.

Bu gün də kinostudiya yenə öz həyatını yaşayır, amma zaman axarında bir qədər baxışlar, yanaşma dəyişib. Həmin mühit, həmin pavilyon, həmin dəhliz, otaqlar, sadəcə zaman-zaman bir nəsli başqa nəsil əvəz edir. 

Burda elə insanlar var ki, ömrünün yarıdan çoxunu kinostudiyada işləyib, ən xırda işdən başlayıb, bəziləri yüksəlib, bəziləri isə elə həmin balaca işlə kifayətlənib. Yetər ki, kinostudiya mühitində olsun. Kinoya belə bağlanıblar. Onlar üçün kinostudiya  məbəddir, ocaqdır, ikinci evləridir. Çoxdur burda belə adamlar.

Əslində, kinostudiyanın özünə məxsus qoxusu var, burdakı hava yalnız bura məxsusdur, həm də o havanı hər kəs duya bilmir. Bunun üçün gərək havan o havaya yaxın olsun. Onda dediyim o qoxunu da duyacaqsan.

Öz aləmimdə bu düşüncələrlə gəlib geyim və rekvizit sexinə çatdım. Yəqin artıq bəlli oldu,  C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasındayam.

Danışan əşyalar

İçəri girəndə sanki tarixə səyahət edirsən, ona əlinlə toxunur, bir qədər köhnəlik qoxan doğma ətrini hiss edirsən.

Burda nələr yoxdur...

O nələrdən əvvəl həmin bu varidatı qoruyub saxlayan, onlara çürüyüb xarab olmasın deyə, qulluq edən Əziz Məmmədovdan danışacam.

Gəlişimizi görüb tez öz otağına keçib, üst paltarını soyunur, saçına daraq çəkir, rəssamdır axı, gözəllik, zövq əhlidir. Onun otağı isti olsa da, rekvizit sexi soyuqdur. Sizə soyuq olar, Əziz müəllim-deyirəm. Yox-deyir, olmaz,  belə yaxşıdır.

Sexə gedən yolda onu tuturam sorğu-suala. Danışır ki, rekvizit aləmini ona etibar edəndə rəhbərliklə şərt kəsib ki, kinodan ayrılmamaq şərti ilə burda da işləyə bilərəm, mən rəssamam. Onunla razılaşıblar. Əslində, kino rəssamıdır.

Kinoya 21 yaşından gəlib, tələbə vaxtı. Bu da 1976-cı ilə təsadüf edir.

Kinostudiya elan verib ki, rəssama ehtiyac var. Rəngkarlıqda oxuyurmuş, elanı görüb gəlib kinostudiyaya. Əvvəl rəssam köməkçisi, sonra dekor rəssamı və quruluşçu rəssam işləyib. Qaydaya görə bu mərhələləri keçməlisən. 1985-ci ildən quruluşçu rəssamdır.  55-ə yaxın filmin eskizini cızıb.  Əksər tarixi filmlərimiz onun fırçasından çıxıb. İndi 70 yaşı var.

Cavidanın kürkü, sehirli xalatın ulduzu

Sexə girəndə qapının ağzında adamı “Babək” filmindən Cavidan qarşılayır, daha doğrusu, Cavidanın qiyafəsi, geyim və rekvizit sexindəyik axı, başqa nə qarşılaya bilər. Əziz Məmmədov həvəslə geyimlərin tarixindən bəhs edir. Hansının kimin əyninə biçilməsindən danışır: “Materialları çox yaxşıdır ona görə də uzun illər ötməsinə baxmayaraq rəngi də solmur”

 “Qətl günü” filmində qəhrəmanın geyindiyi qiyafəni Özbəkistanda tikdirmişik deyir. Niyə Özbəkistanda, Azərbaycanda dərzi yox idi?

Deyir Özbəkistanda o vaxt sovet ittifaqında ən böyük fabrik fəaliyyət göstərirdi: “Onların mədəniyyət nazirliyinin tabeliyində olan fabrikdə yalnız kino teatr üçün paltar və ayaqqabılar tikilirdi”.

“Nizami” filmi üçün geyimlər də orda tikilib. Bir çox filmlərimizdə lazım olan çəkmələr ayaqqabılar Özbəkistandakı həmin fabrikin məhsullarıdır.

“Sehirli xalat” filmində münəccimin xalatını görən kimi tanıyıram. Filmi 1964-cü ildə Əlisəttar Atakişiyev çəkib. Hələ də xalatın ulduzları parıldayır. Dərhal yadıma həmin sehirli xalatın özü düşür, soruşuram.

Deyir ki, sehirli xalat Film fondunun muzeyində saxlanılır.

Arada Əziz müəllimi yenə özü ilə bağlı danışdırıram.  “Babək”, “Nizami”, “Qətl günü”, “Hökmdarın taleyi”, “Mahmud və Məryəm” və sair kimi filmlərin rəssamı olub. Deyirəm hansı rejissorla işləmək rahat idi hansı ilə heç işləmək istəmirdiniz?

Rejissorların namını vermir amma deyir ki Tofiq Tağızadə, Eldar Quliyevlə işləmək çox rahat idi, çünki onlar rəssama öz fikirlərini reallaşdırmağa imkan yaradırdılar.

Bunlar da maskalardır. Biri mənə çox tanış gəldi. Tanıdım “Qərib cinlər diyarında” filmində görmüşəm. Özüdür ki var.

Dəbilqələr dil açıb danışır. Kuzənin əsli İngiltərə muzeyindədir, film üçün onun nüsxəsi düzəldilib. Nə filmlər görüb bu kuzə. Hansı obrazlar “yaradıb”, ya da ki, elə həmişə kuzə obrazında olub.

Ox qabıdır, bir-neçə formada ox qabları var. Dövrünə görə dəyişir, rəssamlar hazırlayırlar.

Su qabı, səhəng, kuvşin, butafor da həmişə eyni olmayıb, dövrünə görə forması və istifadə yeri fərqlənir.

Maqnitafon 80-ci illərdən söz açır, filmlərdə çox istifdə olunub, hələ də çəkilir.

Qarşımıza bir termo (güzgü ) çıxır, tanış gəlir, amma yada salmaq olmur hansı filmdəndir. Əziz müəllim yenə köməyə çatır. Deyir ilk dəfə “Sevil” filmində çəkilib, 60-cı illərdə. “Sevil” filmində yataq otağı mebeli dəstinə daxil olub. 80-ci ilin əvvəlində isə “Qaynana” filmində Afətin termosu rolunu oynayıb. “Qaynana”nın çıl-çırağını və sandığını soruşdum, dedi sandıq kimdənsə götürülmüşdü, sahibinə qaytarılıb. Çıl-çıraq isə dekorasiya imiş. Amma rekvizit otağında çıl-çıraq nə qədər istəsən, boldur, hər dövrün öz dəbində.

Bir sıra düzülmüş mis qabın altına lampa yazılıb amma bunlar lampa deyil axı?

“ Lampa deyil, amma onların içində od yandırılıb. “Babək” filmi üçün Lahıcda düzəltdirmişdik, xalis misdəndir. Amma filmdə onlardan həm də şərab içmək üçün istifadə olunub”.

“Cavad xan”ın geyimi də burdadır. Yanında “Uzun ömrün akkordları” filmindən heykəl var, daha doğrusu, heykəlin nüsxəsi.

Sexdən digər tərəfə gedən dəhlizlər də filmlərdən eskizlərlə bəzədilib. Bir az əvvəlki qaynar həyat olmasa da, kinostudiya yaşayır. Bu əlbisələr, rekvizitlər bütün kino şirkətlərinin ümid yeridir. Hərdən düşünürəm ki, bunlar hamısı 101 il müddətində yığılıb, kinostudiya yaranan gündən. Nə qədər əmək sərf olunub, sevgi verilib bu işə. 1923-cü ildə kino fabriki kimi yaranan sənət ocağı indi C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası adı ilə fəaliyyətdədir.

Keçirik digər rekvizit otağına. Burda çoxlu televizor var. İşləməyəndə yumruqla işə düşən “Vesna”dan tutmuş, indiki televizorlara qədər. “Otel otağı” filmində Akif Əlinin obrazının  gizlincə Təbriz dalğasını tutub dinlədiyi köhnə radioya qədər.

Kuvşinlər “Dərvişin qeydləri” üçün sifariş olunub hazırlnıb. Göyçayda düzəldilib.

“Yağını bol elə”

İri mis qazanları görəndə “Böyük dayaq” filmində qonaq qarşılama səhnəsində Şıxəlinin qazanların qapağını açıb, hər yeməyə usta aşpazmış kimi rəy deməyini  xatırladım. “Yağını bol elə”. Rəssam təsdiqlədi ki, məhz orda var bu qazanlar, “Dəli Kür” filmində də olub, başqa xeyli,  şənlik, toy, yeyib-içmək olan yerlərdə   bu qazanlardan istifadə edilib, ya kadrda, ya da kadrarxası. 

Mis səhəngi xatırlyarsınız? “Dədə Qorqud” filmində də var, “Dəli Kürd”də də. Çox ağırdır, o vaxtlar görünür qızlarda bu ağırlığı daşıyan çiyin olub.

Saysız rekvizit var. Ayrıca mebel otaqları, baxdığımız  isə “Sübhün səfiri”  filmində “çəkilmiş” mebel və yellənən kreslo oldu.  

Bir sözlə, film çəkən hər kəs “Azərbaycnfilm” kinostudiyasından ona lazım olanı tapa bilir. Bura bir tarixdir, muzeydir, bazadır.

Əziz müəllimlə sağollaşıb həmin nağılvari, munis dəhlizlərlə qayıdıram geri. Qarşıma həyət-bacaın səliqəsinə baxan Elşad çıxır. 7-ci sinifdən burda çalışır, atası, bacısı da burda müxtəlif işlərdə işləyiblər. Çox maraqlı söhbətləri var.

Bütün filmlərin dekorasiyasını düzüb-qoşan, nə desən düzəldən və onları göz-bəbəyi kimi qoruyan Şənol da var. Onlar barədə növbəti yazılarda.

“Azərbaycanfilm”dən Ramilə Qurbanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 Yanvar 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see143

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see141

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see140

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see137

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see131

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see128

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see128

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see126

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see125

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see124

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see123

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see120

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see118

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see117

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see116

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see114

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see113

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see109

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see108

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri