Cəfər Cabbarlının heykəlinin bərpasına 15 min lazımdır Azərbaycanfilm dən çağırış
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Azərbaycan Kinematoqrafçılar Birliyi "Azərbaycanfilm" kinostudiyasının həyətində ucalan Cəfər Cabbarlının heykəlinin baxımsız vəziyyətdə olması ilə bağlı aidiyyatı qurumlara çağırış edib.
İttifaqın katibi Əli İsa Cabbarov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Cəfər Cabbarlının heykəli təcili bərpa olunmalıdır:
"Bu heykəl bir simvoldur, təcili bərpa olunmalıdır. İlkin hesablamalara görə, 15.000 manat civarında vəsait lazımdır. Təkcə abidə yox, studiyada iş otaqlarını artırmaq məqsədi ilə cari təmir də başlamalı, etalon ekran olan rəng həlli studiyası da yaradılmalıdır. Ümumiyyətlə, səs və təsvir cəhətdən etalon ekranı olan məkanı ancaq Mədəniyyət Nazirliyinin köməyi ilə "Azərbaycanfilm"də yaratmaq olar".
Əli İsa Cabbarov vurğulayıb ki, studiyanın girişi də təmir olmalıdır:
"Kapital təmir gözləyə bilər, amma iş otaqlarının çoxalması, etalon ekranlı zalları indi də yarada bilərik. Studiyanın girişi də təmir olmalıdır. Bu çox vacibdir, kinoya inamı artırar".
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 18 Noyabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















