Icma.az
close
up
RU
Babil qülləsi ​​​​​​​ Bir rəsmin dedikləri

Babil qülləsi ​​​​​​​ Bir rəsmin dedikləri

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Fatimə Ağayevadır. Onunla məşhur rəssam Piter Breygelin "Babil qülləsi" əsərindən danışmışıq.

Flamand incəsənətinin parlaq nümayəndəsi sayılan Piter Breygel 1525-ci ildə tarixi Brabant hersoqluğunun Breda şəhərində dünyaya gəlib. Bregel əsərlərində detalların zənginliyi, simvolizmlə əhatəli səhnələr, dini motivləri, insanla təbiət arasında əlaqəni təqdim edən sənətkardır. O, həmçinin mənzərə janrına da bir sıra yeniliklər gətirib. Rəssamın yaşadığı dövr Avropada dini bölünmələr, islahatlar və müharibələrin artdığı bir zaman idi. Bredgel əsərlərində bunu açıq-aşkar göstərməsə də, müxtəlif simvollar, rəmzlər vasitəsilə çatdırırdı. Dahi rəssam 1569-cu ildə Brüsseldə vəfat edib.

- Bu əsər Breygel yaradıcılığının hansı dövrünə təsadüf edir?

- Qərb incəsənətində Babil qülləsinin tikintisinin ilk təsvirlərindən biri İtaliyanın Salerno şəhərinin muzeyində (məşhur "Salerno Antependium"un bir hissəsi) saxlanılan XI əsrə aid kiçik oyma fil sümüyü lövhəsi hesab olunur. Orta əsr illüstratorları adətən, Babil qülləsini bir neçə tərəfi ilə təsvir edərək, kərpic istehsalını, hörgüləri və qaldırıcı mexanizmlərin işini göstərirlər. Biz bunu Palermodakı Palatin Kapellasının mozaikasında (12-ci əsr) və məsələn, "Beytdəki dünya salnaməsi"ndən almanca kitab miniatüründə görürük. 16-cı əsrə qədər Babil qülləsi mövzusu Avropa rəssamlarının demək olar ki, heç bir diqqətini çəkmirdi. Breygel Babil qülləsi əfsanəsini çox sevirdi. Onun bu mövzuda iki rəsm əsəri günümüzə qədər gəlib çatıb. Fil sümüyü üzərində miniatür də var idi, lakin o, günümüzə qədər gəlib çatmayıb. Piter Breygel "Babil qülləsi" əsərini təxminən 1563-cü ildə tamamlayıb. Əsərin yaranma tarixçəsi Bibliya kitabında qeyd edilən Babil qülləsinin tikintisi barədə əhvalata əsaslanır və insanın Tanrıya meydan oxumasının cəhdi kimi rəssamın baxışını əks etdirir.

- Əsərin rəng həlli necədir?

- Bu tablo rəng həlli, texnikasına görə, rəssamın digər işlərindən fərqlənir. Rəng palitrası əsasən torpaq tonlarında, qırmızımtıl-kərpic tonlarını xatırladan rənglər əsasında qurulub. Qüllənin monumental görkəmi, daş-kərpic strukturu çox təbii və realistik formada təsvir edilib. Arxa planda göy üzü hərəkətli buludlarla doludur. Bu isə gələcəkdə baş verəcək hadisələrin rəssam tərəfindən simvolik izahının göstəricisidir. Həmçinin əsərdə işıq-kölgə perspektivasının qorunub saxlanıldığını da görürük.

- Kompozisiya haqqında nə deyə bilərsiniz?

- "Babil Qülləsi" əsəri sipiralvari  və çoxfiqurlu kompozisiya üzərində qurulub. Qüllə əsərin əsas vizual mərkəzidir və demək olar ki, bütün rəsm sahəsini əhatə edir. Aşağı hissədə işçilər təsvir edilib. Qüllənin qarşısında bir izdiham göstərilir: bəzi insanlar işlə məşğuldur, daş ocaqlayır, xərəyə aparır, bəziləri deyəsən, mübahisə edir. Ola bilsin ki, onlar artıq bir-birini başa düşmür. Aşağı sol küncə yaxın yerdə qülləyə (yaxud göylərə) işarə edən uzunboylu çılpaq kişi təsvir edilib. Bruegel alimi Larri Silverə görə, bu, sonrakı müəlliflərin Babil qülləsinin inşaatçısı kimi qeyd etdiyi Kral Nəmruddur. Nəmrud qəddar və qürurlu idi. Bruegelin rəsmində Bibliya personajı 16-cı əsrdə yaşamış bir insana bənzəyir və bu, təbiidir. Kompozisiyaya diqqət etdikdə bunları görürük: Ön planda əl əməyi, sonra daş plitələrin daşınması üçün uzun dirəklərin istifadəsi, birinci mərtəbə səviyyəsində - blokun istifadəsi, sonra getdikcə daha güclü kranlar. Bir versiyaya görə, Breygel bununla tikinti texnikasının inkişafını göstərir. Quruluş səviyyələr və elementlər yığınına bənzəyir. Bu, yəqin ki, Kolizeyə bənzər bir obyekt kimi düşünülmüşdü, lakin hər yeni mərtəbə ilə inşaatçıların məntiqinə əməl etmək daha çətindir. Breygelin fikrinə görə, Tanrının cəzası sənətkarlara çatdı: insanlar bir-birini başa düşməyi dayandırdılar və tikməyə başladılar. Nəticədə material qeyri-bərabər düzülür, zahirən möhkəm görünən qüllənin uçmaq və qürurlu insanları öz dağıntıları altında basdırmaq üzrə olduğu göz qabağındadır. Qüllənin müxtəlif hissələrində inşaat işləri aparılır, lakin artıq burada insanların diqqətsizliyi nəticəsində tikilinin quruluşunun fərqli olduğu görünür. Əsərdə perspektiva ilə bərabər, hərəkət dinamikası var. İnsan fiqurlarının kiçik ölçüdə təsvir edilməsi qüllənin görünüşünü daha qabarıq edir. Əsər taxta lövhə üzərində yağlı boya ilə hazırlanıb.

- Əsər harada saxlanılır?

- Tablonun daha böyük və məşhur forması hazırda Vyana Sənət Tarixi Muzeyində qorunur.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Piter Breygel bu əsərində olduğu kimi, digər işlərində də - "Ölümün zəfəri", "Korların yürüşü", "Kəndlilər toyda" kimi əsərlərində də əxlaqi dərs və simvolizmə əsaslanır. "Babil qülləsi" rəsmi bu baxımdan dini və fəlsəfi təhlilin zirvəsi kimi dəyərləndirilir. Rəssam əsərlər vasitəsilə daima tamaşaçıya nəsə çatdırmaq istəyir.

"Babil qülləsi" tablosu sadəcə bir dini əhvalatın vizual təsviri deyil - bu əsər insan təbiətinin təkəbbürünü və onun nəticələrini dərin fəlsəfi şəkildə bizə izah edir. Əsər Bibliyada yer alan əfsanəyə əsaslansa da, fərqli bir mesaj daşıyır. Əsərdəki qüllə - insanın Tanrıya çatmaq, onunla bərabər olmaq arzusunun simvoludur. Lakin bu, təkəbbürə, həddini aşmağa və nəticədə dağılmaya aparır. Qüllənin hündürlüyü və qeyri-sabitliyi göstərir ki, insan istədiyi qədər güclü görünə bilər, amma son nəticədə onu məhv edəcək. Breygel qülləni elə təsvir edir ki, onun aşağı hissəsinin artıq dağılmağa başladığı görünür. Bu, uğursuz tikinti layihəsindən daha çox, cəmiyyətin və bəşəriyyətin daxili parçalanmasıdır.

Aytac SAHƏD

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Avqust 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see231

Zelenski müharibəyə son qoymaq üçün əsas strategiyanı açıqladı

19 İyul 2026 18:51see218

Argentina İspaniya finalı 19/7/4 rəqəmlərinin sirri

19 İyul 2026 00:42see206

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see193

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see190

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see186

Wildberries hücumları Rusiya iqtisadiyyatının belini qıra bilər...

19 İyul 2026 18:13see181

Əksərinin zibilə atdığı kartof qabığının bilinməyən istifadələri

19 İyul 2026 10:15see178

Gündə 5 dəfə eyni şeyi yedi, 32 kilo arıqladı FOTO

18 İyul 2026 09:09see174

Runi Holanda mərcdə uduzdu və avarçəkənliyə başladı VİDEO

19 İyul 2026 04:16see173

Kim olmasından asılı olmayaraq, addım atırıq Rusiya rəsmisindən Ermənistan qərarı

19 İyul 2026 00:39see169

Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?

18 İyul 2026 22:22see168

Şirvanda partlayış necə baş verdi? FOTO

19 İyul 2026 01:21see167

“Aya bir addım: “Artemida III“ missiyası bəşəriyyətə nə göstərəcək?“ NASA

19 İyul 2026 19:24see158

Valeh Kərimovdan zarafatyana cavab: “Sərin yer axtarıram, deyirlər ki, Mingəçevirdə…“

19 İyul 2026 15:01see158

DÇ 2026: 10 qol vuruldu, İngiltərə 60 il sonra medal qazandı

19 İyul 2026 03:30see156

İrana ağır zərbə: ABŞ Hörmüzə nəzarət edən hərbi bazanı BLOKADAYA SALDI

18 İyul 2026 20:23see156

Çimərliklərə gedənlərə FHN dən təkrar Müraciət

19 İyul 2026 18:21see154

Bir milyona villa aldı Foto

18 İyul 2026 08:40see151

Niyə bəziləri işdən evə getməyə tələsmir?

19 İyul 2026 06:05see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri