Icma.az
close
up
RU
Bacanağı mərhum Xalq artisti barədə yazdı: “Son arzusu baş tutmadı”

Bacanağı mərhum Xalq artisti barədə yazdı: “Son arzusu baş tutmadı”

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Xalq artisti Tofiq Mirzəyevin vəfatına yazı həsr edib.

"Yeni Sabah"  xəbər verir ki, mərhumun bacanağı olan Xalq yazıçısı "Acı xəbər" məqaləsində qeyd edib: 

Uzaq İsraildən acıdan acı xəbər gəldi: Tofiq Mirzəyev vəfat edib. Tofiq mənim unudulmaz baldızım Elmiranın həyat yoldaşı idi, bacanağım olmaqdan başqa, həm də çox yaxın dostum idi. Zemfirayla, Elmirayla, Tofiqlə birlikdə Azərbaycanın yarısını gəzmişdik, Şuşada, Şamaxıda, Şəkidə, Gəncədə, mərhumun ata yurdu Goranboyda unudulmaz günlər, saatlar yaşamışdıq. İstanbulda dərs dediyim zaman Tofiq qardaşı Teymurla qonağımız olmuşdu. Ömrümün ən ağır çağında – yüz gün içində atamı və anamı itirdiyim 1981-ci ildə Tofiq mənim ən yaxın dayağım kimi yanımda idi. Şuşada “Üzeyir ömrü” filmində aparıcı rolda çəkilirdi. Axı biz həm də eyni sənət sahəsində – kinoda çalışırdıq. pizza

Şuşamız yağı işğalı altında olan gedər-gəlməz illərdə kino və teleekranlardan Tofiq Şuşanın füsunkar mənzərəsi fonunda yeni nəsillərə qədim

Azərbaycan torpağı Qarabağın musiqi həyatından, Üzeyir sənətinin ecazından söz açırdı.

“Üzeyir ömrü” filmindən başqa, Tofiq “Azərbaycanfilm” studiyasının bir çox məşhur filmlərində, hətta “Mosfilm”in çəkdiyi filmdə baş rollarda oynamışdı. Aktyorluq və televiziya rejissorluğu Tofiqin sonrakı peşələri idi. O, konservatoriyanı qaboy ifaçısı kimi bitirmişdi və uzun zaman maestro Niyazinin rəhbərlik etdiyi simfonik orkestrin ifaçılarından olmuşdur. Elə o illərdən böyük sənətkarlarımız Qara Qarayevlə, Fikrət Əmirovla, Tofiq Quliyevlə sıx ünsiyyəti başlayır, kiçik qardaşı Teymur Mirzəyevin iştirakçısı olduğu “Qaya” vokal ansamblı, Müslüm Maqomayevlə birlikdə bütün SSRİ-ni gəzir, bir neçə Afrika ölkəsində olurdu.

Bakının musiqi həyatının özəlliklərini də, Bakı cazının tarixini və yaradıcılarını da Tofiq qədər dərindən bilən başqa birisini tanımıram.

Pərviz Rüstəmbəyov kimi parlaq istedadlı və nakam taleli saksafonçu haqqında ilk dəfə Tofiqdən eşitmişdim və bundan sonra onun haqqında “Qobustan”da yazı verdik.

Tofiqin söhbətlərindən doymaq olmurdu. Onların ya bizim evimizdə, çox vaxt dostlarımızın da iştirakı ilə söhbətlərimiz gecə yarısını da keçir, bəzən səhərəcən çəkirdi.

Klassik musiqini də dərindən bilən Tofiq üçün caz bir növ həyat fəlsəfəsi idi. Hələ sovet dövründə etdiyi bir etirafını unutmuram. Məhrəm söhbətlərimizdə deyirdi ki, “Günəşli vadinin serenadası” Amerika filmində Qlen Millerin caz ansamblını dinləyəndən sonra sovet quruluşunun mahiyyətini dərk etdim.

Şərhə ehtiyac varmı? Sovet sisteminin boğucu mühitində caz – bir udum saf rüzgar nəfəsi kimiydi. Bakıda mövcud quruluşa ilk asilər də məhz caz musiqiçiləri olub.

Tofiq də, Elmira da cavanlıqlarından zahirən də çox gözəl cütlük idilər. Oğullarının xəstəliyi ilə bağlı İsrailə getməyə məcbur olanda, Elmira vətəndən heç ayrılmaq istəmirdi, bəlkə elə bu xiffət xəstəliyini şiddətləndirdi. Vətəndən ayrılmadı, Fəxri xiyabanda dəfn edildi. Neçə il sonra Tofiq oğluyla İsrailə getməli oldu. Amma demək olar ki, hər il Bakıya gəlirdi. Yaxın dostları Rüstəm İbrahimbəyovla, Fərhadlarla – Xəlilov və Bədəlbəyli ilə, Rasim Əliyevlə, Rafiq Hüseynovla görüşürdü. Saatlarla bizimlə – rəhmətlik qayınım Çingizlə, Zemfirayla, Turalla, Günellə xoş saatlar keçirirdi.

İsrar edirdim ki, yaşanmış zəngin ömrü barədə xatirələr yazsın. Bu səpgidə bir neçə çox maraqlı yazılar yazdı da.

Danışırdı ki, İsrail qaydasıyla xaricə getmək istəyəndə yollanacağın ölkənin adını əvvəlcədən qeyd etdirməlisən. Tofiq ABŞ-ı, Fransanı, İtaliyanı qeyd etdirirmiş. Amma getmək məqamı gələndə: “Yox, xahiş edirəm, dəyişin, Azərbaycana getmək istəyirəm”, – deyirmiş. Bir dəfə getmək istədiyi hansısa ölkənin adını deyəndə artıq ona bələd olan qeydiyyatçı: “Gəlin elə bu başdan Bakı yazaq”, – deyib, – “onsuz da vaxtı gələndə fikrinizi dəyişib ora uçacaqsınız”.

Əfsus! Son illər artıq heç bir yerə getməyə səhhəti imkan vermirdi. Yalnız telefonla əlaqə saxlayırdıq. Son aylar xəstəxanada yatdığı üçün heç telefonla da danışa bilmirdik.

Daha Bakıya gələ bilməyəcəyini dərk edirmiş. Son arzusu Bakıda dəfn olunmaq istəyi imiş. Bu da baş tutmadı.

Cismi qərib ölkənin torpağında basdırıldı. Ruhu, xatirəsi, doğma siması, gülüşü, səsi isə əzizlərinin, yaxınlarının, dostlarının qəlbindədir.

Əlvida, Tofiq, əlvida, əzizim.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 İyul 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri