BAFTA da qalmaqal: Münsiflər heyətinin üzvü istefa verdi
Icma.az bildirir, Oxu.az portalına istinadən.
BAFTA mükafatının münsiflər heyətinin üzvü Konte Riçardson istefa verdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində paylaşım edib.
Riçardson istefasının 2026-cı il mükafat mərasimində baş vermiş insidentlə bağlı olduğunu bildirib. Belə ki, mərasim zamanı şotlandiyalı fəal Con Devidson qaradərili aktyorlar Maykl B.Cordan və Delroy Lindoya mükafat təqdim edərkən "N" hərfi ilə başlayan irqçi ifadə səsləndirib.
Məlumata görə, Devidson Turet sindromundan əziyyət çəkir. Bu xəstəlik zamanı insanın iradəsindən asılı olmayaraq müxtəlif səslər və sözlər səsləndirməsi mümkündür.
Riçardson qeyd edib ki, təşkilat yayımın iki saatlıq gecikmə ilə efirə verilməsinə baxmayaraq, insidenti montaj etməyib və buna görə üzr istəməyib. Onun sözlərinə görə, belə bir vəziyyətdə BAFTA ilə əməkdaşlığı davam etdirmək yolverilməzdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 24 Fevral 2026 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















