Icma.az
close
up
RU
Bağbanların yeni sirri: adi un bitkilər üçün möcüzə yaradır

Bağbanların yeni sirri: adi un bitkilər üçün möcüzə yaradır

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Mətbəxdə gündəlik istifadə etdiyimiz unun bağçılıqda da faydalı ola biləcəyini çox az adam bilir. Halbuki bu sadə məhsul zərərvericilərlə mübarizə aparmağa, kompostun keyfiyyətini yaxşılaşdırmağa, torpağı zənginləşdirməyə və hətta küləyin istiqamətini müəyyən etməyə kömək edə bilər.

Lent.az xəbər verir ki, müasir bağçılıqda kimyəvi vasitələrdən istifadəni azaltmaq istəyənlərin sayı artır. Bir çox bağ sahibləri daha ekoloji və təbii üsullara üstünlük verirlər. Belə alternativlərdən biri də adi undur. Mütəxəssislər bildirirlər ki, undan düzgün istifadə edildikdə o, eyni anda bir neçə faydalı funksiyanı yerinə yetirə bilər. Əsas şərt onun harada və hansı miqdarda istifadə olunacağını bilməkdir.

Zərərvericilərə qarşı təbii vasitə

Mənənələr, kələm tırtılları və müxtəlif böcəklər bitkilərə ciddi ziyan vura bilər. Mütəxəssislərin sözlərinə görə, un insektisidlərdən istifadə etmədən onların aktivliyini azaltmağa kömək edir. Bunun üçün səhər saatlarında, yarpaqların üzərində hələ şeh olduğu vaxt bitkilərin yarpaqlarına nazik qat şəklində un səpmək kifayətdir. Rütubət sayəsində un yarpaqlara və həşəratların bədəninə yapışır. Bu isə onların ağız hissələrinin tutulmasına səbəb olur və qidalanmasını çətinləşdirir. Lakin undan həddindən artıq istifadə etmək əks nəticə verə bilər. Qalın un qatı qarışqaları cəlb edə və rütubətli havalarda kif əmələ gəlməsinə səbəb olur.

Qarışqalara qarşı da kömək edir

Un qarışqalarla mübarizədə də faydalı ola bilər. Qarışqaların hərəkət etdiyi cığırlara az miqdarda un səpdikdə onlar qoxu izlərini daha çətin hiss edir, qida mənbəyini tapmaqda və yuvaya qayıtmaqda çətinlik çəkirlər.

Alaq otlarına qarşı istifadə

Un alaq otlarına qarşı hazırlanan ev vasitələrinin tərkib hissəsi kimi də istifadə olunur. Bunun üçün az miqdarda un duzla qarışdırılır və plitələr, daş döşəmələr və ya beton səthlər arasındakı çatlara tökülür. Unun xırda hissəcikləri duzun səthdə daha yaxşı qalmasına və alaq otlarının köklərinə təsir etməsinə kömək edir. Lakin bu qarışıqdan çox ehtiyatla istifadə etmək lazımdır. O, yaxınlıqdakı mədəni bitkilərə də zərər verə bilər. Buna görə qarışığı yalnız alaq otlarının olduğu sahələrə tətbiq etmək tövsiyə edilir.

Kompost üçün faydalıdır

Əgər bağınızda kompost hazırlayırsınızsa, un onun üçün də faydalı əlavələrdən biri ola bilər. Buğda, badam, qarabaşaq və kokos unu kimi bitki mənşəli un növləri kompostda asanlıqla parçalanır. Un karbonla zəngin "qəhvəyi tullantılar" qrupuna daxildir və sağlam kompostun yaranmasına kömək edir. Mütəxəssislər onu böyük həcmdə deyil, az-az əlavə etməyi və digər kompost materialları ilə yaxşı qarışdırmağı məsləhət görürlər. Əks halda gəmiricilər cəlb oluna bilər.

Torpağın qidalanmasına kömək edir

Unun tərkibində bitkilərin inkişafı üçün vacib olan azot da var. Azot yaşıl kütlənin inkişafını sürətləndirir və torpaqda faydalı mikroorqanizmlərin fəaliyyətini dəstəkləyir. Torpaqda azot çatışmazlığı olduqda az miqdarda un səpərək onu torpaqla qarışdırmaq və daha sonra suvarmaq tövsiyə olunur. Lakin burada da ölçünü gözləmək vacibdir. Həddindən artıq un bəzi zərərvericilər üçün qida mənbəyinə çevrilə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 İyun 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see311

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see308

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see306

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see305

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see296

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see291

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see287

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see262

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see258

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see254

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see251

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see251

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see249

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see240

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see238

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see237

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see236

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see207

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri