Icma.az
close
up
RU
Ürək üçün xeyirli bitkilər

Ürək üçün xeyirli bitkilər

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Müalicəvi bitkilər ta qədimdən müxtəlif xəstəliklərin müalicəsi və profilaktikası zamanı uğurla istifadə olunurdu.

Onların faydalı təsiri tibb elmində də təsdiq olunub. Bu bitkilər dərman prepartaların hazırlanması zamanı geniş istifadə olunur.

Ürək üçün faydalı müalicəvi bitkilər:

1. Yemişan

Sakitləşdirir, ürək əzələsini tonuslaşdırır, ürəyin qanla təchiz olunmasını yaxşılaşdırır, aritmiyanı və taxikardiyanı aradan qaldırır, arterial təzyiqini aşağı salır.

Ev şəraitində yemişandan təbii dərmanlar hazırlamaq olar:

- 1/2 kq tam yetişmiş yemişan həvəngdəstədə əzilir, ora 100 ml qaynanmış su əlavə olunur və vam odda 40 C-yə kimi qızdırılır. Alınmış şirə sıxılır və gündə 3 dəfə 1 xörək qaşığı  olmaqla yeməkdən əvvəl içilir. Bu vasitəni uzun müddət ərzində (bir neçə ay) istifadə etmək olar. Yaşlı insanlar üçün xüsusilə xeyirlidir.

- 3 xörək qaşığı quru yemişan meyvələri 1 l-lik termosa tökün və qaynar su əlavə edin. 2 saat dəmlədikdən sonra dəmləməni süzün. Gündə 3-4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı için.

2. Nanə

Nanə ürək üçün ən faydalı bitkilərdən biri sayılır. Məhz bu səbəbdən nanə ən populyar ürək dərmanın "validolun" tərkibinə daxildir. Nanə ürək və beyin damarlarını genişləndirir, ürəyin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir.

- 2 çay qaşığı xırdalanmış yarpaqlar 1 stəkan qaynar suda dəmlənir və 1 saatdan sonra süzülür. Dəmləmə xırda qurtumlarla gün ərzində içilir.

3. Peyğəmbərgülü

Bu bitki taxikardiya zamanı yaxşı kömək edir.

- Quru güllərin 2 çay qaşığını 1 stəkan qaynar suda dəmləyin, 1 saatdan sonra süzün, gündə 3 dəfə stəkanın 1/4 hissəsini yeməkdən əvvəl için.

4. Pişikotu kökü

Bu ot da ürəyə çox yaxşı təsir edir. Pişikotu kökü tac damarlarını genişləndirir, sakitləşdirir, ürəyin fəaliyyətini yaxşılaşdırır. Bir çox ürək preparatların tərkibinə bu ot daxildir.

- 1 xörək qaşığı pişikotu kökü axşamdan 1 stəkan qaynar suda dəmləyin və ertəsi gün axşama kimi xırda qurtumlarla için.

- Pişikotu kökü - 2 çay qaşığı, nanə - 2 çay qaşığı, quru yemişan meyvələri - 2 çay qaşığı 1 l-lik termosa tökün, qaynar su əlavə edin və 1 saat ərzində dəmləyin. Sonra dəmləməni süzün və gün ərzində 3-4 dəfə 1 xörək qaşığı için.

5. Boymadərən

Bu ot ürəyin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirin, ürək ritmini tənzimləyir, arterial təzyiqini aşağı salır.

- Boymadərən - 2 çay qaşığı, pişikotu kökü - 3 çay qaşığı, mayaotu toxumu - 2 çay qaşığı, badrənc - 3 çay qaşığı.  Otlar qarışdırılır. 1 xörək qaşığı 1 stəkan qaynar suda dəmlənir, 1 saatdan sonra süzülür. Gündə 4 dəfə 1/4 stəkan içilir.

6. Çaytikanı

Aterosklerozun və trombların əmələ gəlməsinin və inkişafın qarşısını alır, sakitləşdirir.

Çaytikanı dəmləmə (1 xörək qaşığı meyvələr + 1 xörək qaşığı qaynar su) və mürəbbə şəklində qəbul etmək olar.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 08:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see738

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see543

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see305

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see287

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see274

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see271

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see267

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see267

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see259

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see223

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see191

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see186

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see175

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri