Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı VİDEO
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb.
Moderator.az ""Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb.
Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib.
Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edir ki, azyaşlı övladı oktyabrın 9-da saat 17 radələrində "Laləli" körpələr evi-uşaq bağçasında tərbiyəçinin diqqətsizliyi və nəzarətsizliyi səbəbindən sürüşkəndən yıxılaraq xəsarət alıb. Valideynin sözlərinə görə, hadisə nəticəsində uşağın sol qolu iki yerdən sınıb. O, övladına ilkin tibbi yardım göstərilmədiyini, təcili tibbi yardıma müraciət olunmadığını və hadisə barədə ailəsinə məlumat verilmədiyini iddia edir.
Bağçadan isə bildirilib ki, hadisə baş verən kimi valideynə məlumat verilib. Uşağın atası uzaqda olduğunu və övladını bibisinin götürəcəyini deyib.
Azyaşlının atası məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. Qarşılıqlı iddialara hüquqi qiymət verilməsi və hadisənin təfərrüatının müəyyənləşdirilməsi aidiyyəti qurumların araşdırmasından sonra mümkün olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 14 Oktyabr 2026 23:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















