Icma.az
close
up
RU
Bağçada uşağın qolu sındı: Müdirə ilə valideyn arasında QALMAQAL VİDEO

Bağçada uşağın qolu sındı: Müdirə ilə valideyn arasında QALMAQAL VİDEO

Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İyunun 19-da "Little Stars" uşaq bağçasında bədbəxt hadisə baş verib.

Sitat.info xəbər verir ki, həmin bağçada təhsil alan 2019-cu il təvəllüdlü Alparslan Məmmədovun qolu sınıb. Bu barədə uşağın anası Turanə Məmmədova "Sitat.info" ya danışıb. O bildirib ki, hadisədən sonra bağça rəhbərliyinin diqqətsizliyi və məsuliyyətsizliyi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Valideyn qeyd  edib ki, hadisə bağçada baş versə də, bağça müdirəsi İlahə Həsənova hər hansı tibbi yardım göstərməyib, onun gəlməsini gözləyib. Bu səbəbdən qolu sınan övladı saatlarla əziyyət çəkib. 

Valideyn Turanə Məmmədova hadisənin kamera görüntülərini də bizə göndərib. Videodan görünür ki, uşaqlarla oynayarkən nəzarətsiz qalan Alparslan yıxılaraq qolunun üstünə düşüb. Valideyn iddia edir ki, hadisə 16:10-da baş verib. Buna baxmayaraq bağça müdirəsi və müəllimlər vəziyyəti ciddiyə almayıblar. 17:21-də müdirə İlahə Həsənova Alparslanın durumu ilə bağlı anasına zəng edib. Turanə Məmmədova övladının bu vəziyyətdə iki saatdan çox əziyyət çəkdiyini bildirir. 

Hadisədən sonra Turanə Məmmədova "Little stars" uşaq bağçasına gedərək, övladını bu duruma düşürənləri lentə alıb. Bağça müdirəsi və müəllimlərlə  valideyn arasında qalmaqal yaşanıb.

Hadisədən sonra Alparslanın rentgen müayinəsi zamanı bəlli olub ki, sol qolunda hər iki said sümüyünün 3/1 yerdəyişmiş sınığı aşkarlanıb. Travmatologiya İnstitunda ekspertizadan keçib, epikrizi var. Turanə Həmidova deyir ki, bağça müdirəsi övladının qolunun sınmasına biganə yanaşıb, onunla maraqlanmayıb: "Bağça müdirəsi övladının qolunun sınma saatını gizlətmək istəyib. Baş verən hadisənin videogörüntülərini əldə etmək istəyən valideynə yalnız yıxılma anının görüntüsü verilib. 

 Aydın olur ki, bağçada onlayn videomüşahidə sistemi olsa da, bağça müdirəsi qaydaları pozaraq baxılmasına icazə verməyib. Videoda  müəllimələr uşağın qolunun sınmasını müvəqqəti olsa da, gizlətmək istəyiblər. Mobil telefon verərək, başını qatmağa çalışıblar. 

Turanə Məmmədova bağça müdirəsi ilə yazışmalarını "Sitat.info"ya təqdim edib. Hadisədən bir xeyli müddət keçdikdən sonra yazışmalarda İlahə Həsənovanın hadisənin baş diqqətsizlikdən baş verdiyini etiraf edib. 

Məsələ ilə bağlı "Little Stars" uşaq bağçasının rəhbərliyi ilə əlaqə saxladıq. Müdirə İlahə Həsənova suallarımıza qısa zamanda cavablayacağını bildirsə də, müdirənin həyət yoldaşı bizimlə əlaqə saxlayaraq, məsələ ilə bağlı Səbail Rayon Prokurorluğunda iş getdiyini bildirdi. 

Sitat.info 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://sitat.info
archiveBu xəbər 28 İyul 2025 22:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri