Icma.az
close
up
RU
Bağçalara qeydiyyatla bağlı problemlər nə zaman həll olunacaq? AÇIQLAMA

Bağçalara qeydiyyatla bağlı problemlər nə zaman həll olunacaq? AÇIQLAMA

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

"Ölkəmizdə həm ümumtəhsil məktəblərinə, həm də məktəbəqədər təhsil müəssisələrinə, o cümlədən bağçalara qəbul üçün elektron sistem tətbiq olunur. Məqsəd aydındır: insanlarla birbaşa təmasın azalması, süründürməçiliyin qarşısının alınması və vətəndaşların maraqlarının qorunması. Elektron sistem həmçinin vətəndaşlarda məmnunluq yaradır".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Vüqar İskəndərli deyib. 
"Bununla belə, sistemin operativliyi bəzi çətinlikləri də ortaya çıxarır. Hələ də bəzi vətəndaşlar elektron sistemdən istifadə zamanı çətinlik çəkirlər. Digər tərəfdən, insanlar xüsusilə öz yaşadıqları ünvana yaxın və ya tanınmış, uğurlu nəticələri olan bağçalara uşaqlarını qəbul etdirmək istəyirlər. Bu zaman qəbul kvotasından artıq müraciətlərin olması problemi meydana çıxır və nəticədə narazılıq yaranır. Hər bir bağçanın müəyyən qəbul limiti var və bu limiti aşmaq mümkün deyil".
O bildirib ki, bəzi valideynlər isə uşaqlarının müəyyən bağçalarda qəbul olunması üçün alternativ yollar axtarırlar:
"Bu zaman bağça rəhbərliyi məsələyə cəlb olunur və Təhsil Nazirliyinin diqqətində olur. Problemli hallarda bağça rəhbərləri işdən azad edilir və tənbeh olunur. Hər hansı bir problem aşkarlandıqda dərindən araşdırma aparılır və ədalətli yanaşma təmin olunur.
Vətəndaşlara heç bir fərq qoyulmamalıdır. Əsas məqsəd uşaqların öz yaşadıqları ünvana yaxın bağçalara qəbul edilməsidir. Bu yanaşma bir çox problemlərin qarşısını alır və valideynlərin tələblərinə cavab verir".
Deputat deyib ki, dövlətin siyasəti burada əsas rol oynayır:
"Şəffaflıq təmin edilməli, bağçalarda düzgün tərbiyə və təlim prosesi, keyfiyyətli qidalanma, həmçinin tərbiyəçilərin və müəllimlərin təhsili və təcrübəsi ön planda olmalıdır. Bu istiqamətdə artıq müəyyən işlər görülür və görülməkdə davam edir.
Sistem dərhal nəticə verən bir proses deyil; görülən işlərin bəhrəsi bir müddət sonra, bir neçə il sonra görünür. Bağçalara dövlət tərəfindən kifayət qədər diqqət göstərilir və Təhsil Nazirliyi bu sahədə aktiv fəaliyyət göstərir. Zaman-zaman ortaya çıxan problemlərin isə qaynağı tapılıb həll olunmalıdır ki, gələcəkdə təkrarlanmasın. Bu məsələlər hazırda Təhsil Nazirliyinin prioritet və praktik fəaliyyət sahələrindən biridir".
Qeyd edək ki, son zamanlar bağçalara qeydiyyatla bağlı narazılıqlar artıb.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Avqust 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri