Icma.az
close
up
RU
Bağırsaq sağlamlığı və meditasiya arasındakı əlaqə tədqiq edilib ARAŞDIRMA

Bağırsaq sağlamlığı və meditasiya arasındakı əlaqə tədqiq edilib ARAŞDIRMA

News24 saytına istinadən Icma.az xəbər verir.

Bağırsaq sağlamlığı və meditasiya arasındakı əlaqə tədqiq edilib.

 News24.az xarici mediaya istinadla xəbər verir ki, aparılan tədqiqatlardan birində 64 iştirakçı olub. Onların qatıldığı bu tədqiqat, meditasiya proqramının iltihab əleyhinə xüsusiyyətləri olan bəzi maddələrin səviyyəsini artırdığını və ateroskleroz riski ilə əlaqəli maddələrin azaldığını göstərib. 288 nəfərlik başqa bir tədqiqat isə vegan pəhrizlə birlikdə meditasiyanın bağırsaq bakteriyalarının tarazlığını müsbət təsirləndirdiyini aşkarlayıb. Bundan əlavə, Tibet rahiblərinin bağırsaq mikrobiomları üzərində aparılan bir tədqiqat da meditasiya ilə bağırsaq sağlamlığı arasındakı əlaqəni dəstəkləyib. Rahiblərin bağırsaqlarında narahatlıq və ürək-damar xəstəlikləri riskini azalda biləcək müəyyən bakteriyalar tapılıb.

Tibbdə önəmli olan bağırsaq sağlamlığı son illərdə qidalanmada diqqət mərkəzindədir. Tədqiqatlar, sağlam bağırsağın psixi sağlamlıqdan tutmuş ümumi rifaha qədər bir çox aspektdə əhəmiyyətli rol oynadığını göstərir. Məhz bu səbəbdən bağırsaq sağlamlığını dəstəkləyən probiotik qidalar və əlavələr getdikcə daha çox populyarlaşır. Bağırsaq və beynin ikitərəfli əlaqəsi artıq geniş qəbul olunur. Bağırsaq-beyin oxu adlanan bu biokimyəvi siqnal yolu, beyindəki mərkəzi sinir sistemi və bağırsaqda yerləşən bağırsaq sinir sistemi arasında əlaqə yaradır. Bağırsaq mikrobiomu, yəni orada yaşayan trilyonlarla mikroorqanizm, psixi və fiziki sağlamlığı dəstəkləyən serotonin və GABA kimi neyroaktiv maddələr ifraz edir. Zəif bağırsaq sağlamlığı müxtəlif xəstəliklər, o cümlədən depressiya və narahatlıq kimi psixi sağlamlıq problemləri ilə əlaqələndirilir. Bağırsağın “bədənin ikinci beyni” kimi işləməsi fikri, beyinə və əhval-ruhiyyəyə olan təsirinin nə qədər əhəmiyyətli olduğunu vurğulayır.

Meditasiya praktikaları, xüsusilə də zehinlilik meditasiya, stressin azalmasına və ümumi rifaha kömək edir. Meditasiya stresslə bağlı dəyişiklikləri modulyasiya edərək bağırsaq hərəkətliliyini, maneə funksiyasını və mikrobiomu müsbət təsirləndirir. Stressin, bağırsaqda iltihab və disfunksiya yaradan əsas faktor olduğu nəzərə alınaraq, meditasiya bağırsaq sağlamlığı üçün təsirli bir vasitə kimi görünür.

Meditasiya, xroniki stressin beyin-bağırsaq oxuna mənfi təsirini azalda və bağırsaq sağlamlığını yaxşılaşdıra bilər. Yoqa və koqnitiv-davranış terapiyası kimi zehinlilik təcrübələri, stressi azaltmaqla bərabər, bağırsaqla bağlı problemlərin qarşısını almağa da kömək edir. Sağlam bir bağırsağın qorunması üçün stress idarəetməsi vacibdir və meditasiya bu yolda perspektivli bir vasitə olaraq qəbul edilir. Zehinlilik praktikasının gündəlik həyata daxil edilməsi sağlam bağırsağın qorunması və dəstəklənməsi üçün təsirli bir addım ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Dekabr 2024 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri