Icma.az
close
up
RU
Bağırsaq sağlamlığı və meditasiya arasındakı əlaqə tədqiq edilib ARAŞDIRMA

Bağırsaq sağlamlığı və meditasiya arasındakı əlaqə tədqiq edilib ARAŞDIRMA

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Bağırsaq sağlamlığı və meditasiya arasındakı əlaqə tədqiq edilib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, aparılan tədqiqatlardan birində 64 iştirakçı olub. Onların qatıldığı bu tədqiqat, meditasiya proqramının iltihab əleyhinə xüsusiyyətləri olan bəzi maddələrin səviyyəsini artırdığını və ateroskleroz riski ilə əlaqəli maddələrin azaldığını göstərib. 288 nəfərlik başqa bir tədqiqat isə vegan pəhrizlə birlikdə meditasiyanın bağırsaq bakteriyalarının tarazlığını müsbət təsirləndirdiyini aşkarlayıb. Bundan əlavə, Tibet rahiblərinin bağırsaq mikrobiomları üzərində aparılan bir tədqiqat da meditasiya ilə bağırsaq sağlamlığı arasındakı əlaqəni dəstəkləyib. Rahiblərin bağırsaqlarında narahatlıq və ürək-damar xəstəlikləri riskini azalda biləcək müəyyən bakteriyalar tapılıb.

Tibbdə önəmli olan bağırsaq sağlamlığı son illərdə qidalanmada diqqət mərkəzindədir. Tədqiqatlar, sağlam bağırsağın psixi sağlamlıqdan tutmuş ümumi rifaha qədər bir çox aspektdə əhəmiyyətli rol oynadığını göstərir. Məhz bu səbəbdən bağırsaq sağlamlığını dəstəkləyən probiotik qidalar və əlavələr getdikcə daha çox populyarlaşır. Bağırsaq və beynin ikitərəfli əlaqəsi artıq geniş qəbul olunur. Bağırsaq-beyin oxu adlanan bu biokimyəvi siqnal yolu, beyindəki mərkəzi sinir sistemi və bağırsaqda yerləşən bağırsaq sinir sistemi arasında əlaqə yaradır. Bağırsaq mikrobiomu, yəni orada yaşayan trilyonlarla mikroorqanizm, psixi və fiziki sağlamlığı dəstəkləyən serotonin və GABA kimi neyroaktiv maddələr ifraz edir. Zəif bağırsaq sağlamlığı müxtəlif xəstəliklər, o cümlədən depressiya və narahatlıq kimi psixi sağlamlıq problemləri ilə əlaqələndirilir. Bağırsağın “bədənin ikinci beyni” kimi işləməsi fikri, beyinə və əhval-ruhiyyəyə olan təsirinin nə qədər əhəmiyyətli olduğunu vurğulayır.

Meditasiya praktikaları, xüsusilə də zehinlilik meditasiya, stressin azalmasına və ümumi rifaha kömək edir. Meditasiya stresslə bağlı dəyişiklikləri modulyasiya edərək bağırsaq hərəkətliliyini, maneə funksiyasını və mikrobiomu müsbət təsirləndirir. Stressin, bağırsaqda iltihab və disfunksiya yaradan əsas faktor olduğu nəzərə alınaraq, meditasiya bağırsaq sağlamlığı üçün təsirli bir vasitə kimi görünür.

Meditasiya, xroniki stressin beyin-bağırsaq oxuna mənfi təsirini azalda və bağırsaq sağlamlığını yaxşılaşdıra bilər. Yoqa və koqnitiv-davranış terapiyası kimi zehinlilik təcrübələri, stressi azaltmaqla bərabər, bağırsaqla bağlı problemlərin qarşısını almağa da kömək edir. Sağlam bir bağırsağın qorunması üçün stress idarəetməsi vacibdir və meditasiya bu yolda perspektivli bir vasitə olaraq qəbul edilir. Zehinlilik praktikasının gündəlik həyata daxil edilməsi sağlam bağırsağın qorunması və dəstəklənməsi üçün təsirli bir addım ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Noyabr 2024 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri