Icma.az
close
up
RU
Bağışlamaq zəiflərin yox, öz daxili sülhünü qoruyan güclülərin seçimidir PSİXOLOQ İZAH ETDİ

Bağışlamaq zəiflərin yox, öz daxili sülhünü qoruyan güclülərin seçimidir PSİXOLOQ İZAH ETDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Hər bir insan həyatında ən azı bir dəfə xəyanətə, ədalətsizliyə, haqsızlığa məruz qalıb". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Tamila Axmedova deyib.

O bildirib ki, bu anlarda qarşımıza çıxan iki əsas yol var: bağışlamaq və ya intiqam almaq: "Hər iki yol fərqli psixoloji vəziyyətlərdən, daxili ehtiyaclardan və emosional təcrübələrdən qaynaqlanır. Lakin bu iki yanaşmanın insan psixikasında buraxdığı izlər tamamilə fərqlidir.

Bağışlamağın daxili təsiri

Bağışlamaq çox zaman yanlış başa düşülür. İnsanlar düşünür ki, bağışlamaq demək, baş verənləri unutmaq və ya qəbul etməkdir. Əslində isə bağışlamaq – keçmişin yükünü daşımaqdan imtina etmək, öz daxili azadlığını seçməkdir. Psixoloji baxımdan bağışlayan insanlarda aşağıdakı dəyişikliklər müşahidə olunur:

Emosional yük azalır, stress və narahatlıq hissi zəifləyir

Yuxu keyfiyyəti və ümumi həyat məmnuniyyəti artır

Özünü dəyərli, nəzarətdə və güclü hiss etməyə başlayır

Sosial münasibətlərdə sabitlik və empatiya güclənir

Bağışlamaq sadəcə bir emosional jest deyil, bu, insanın özünə verdiyi ən böyük psixoloji dəstəkdir.

İntiqam almağa meyillilik və onun arxasında gizlənənlər

İntiqam hissi, təbii bir reaksiya kimi görünə bilər. İnsan psixologiyasında bu, təhlükəyə qarşı müdafiə, nəzarəti bərpa etmə və ya ədalətsizliyə qarşı çıxma cəhdi kimi formalaşır. Lakin bu hissin arxasında çox zaman aşağıdakı psixoloji ehtiyaclar və qorxular gizlənir:

Ədalət bərqərar edilməlidir inancı ilə içimizdəki nəzarət duyğusunu qorumaq

Güc nümayiş etdirmək və zəif görünməkdən qorunmaq

Dəyərsizlik travması – “əgər cavab verməsəm, məni heçə sayacaqlar” hissi

Keçmiş travmaların aktivləşməsi – indiki hadisəni illər öncə yaşanmış və sağalmamış ağrılarla əlaqələndirmək

İntiqam aldıqda isə çox zaman insanlar gözlədikləri rahatlamanı tapmır. Əksinə, vicdan əzabı, daxili boşluq və təkrarən bu hadisəni yaşamaq ehtiyacı yaranır. Çünki intiqam müalicə etmir – sadəcə ağrını yönləndirir.

Bağışlamaq zəiflərin yox, öz daxili sülhünü qoruyan güclülərin seçimidir. İntiqam almaq isə keçmişin əsiri olmaq deməkdir. Həyatda irəliləmək istəyən insan, daşıdığı yükü yerə qoymağı bacarmalıdır. Çünki yüngülləşmək üçün bəzən sadəcə bir kəlmə kifayətdir: "Səni bağışlayıram – özüm üçün.""

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 İyun 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see224

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see208

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see186

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see182

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see162

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see156

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see136

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see132

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri