Icma.az
close
up
RU
Bahalı hotellər, boş otaqlar Sektorun görünməyən problemi

Bahalı hotellər, boş otaqlar Sektorun görünməyən problemi

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son vaxtlar ölkədə hotellərin təxminən yarıdan çoxunun boş qalması turizm sektorunda ciddi suallar doğurur. Bu mənzərə bazarda balansın pozulduğunu açıq göstərir. Potensial kifayət qədər olsa da, mövcud turizm infrastrukturu gözlənilən nəticəni vermir. Mövsüm faktoru, xidmət səviyyəsi, qiymət siyasəti və düzgün qurulmayan bazar strategiyaları problemin əsas səbəbləri kimi önə çıxır. Məsələnin mahiyyəti isə daha dərindir və yalnız statistik göstəricilərlə izah olunmur.
Mövzu ilə bağlı danışan turizm eksperti Rəhman Quliyev Demokrat.az-a açıqlamasında bildirib ki, hotellərin boş qalmasının səbəblərini yalnız bir amillə izah etmək mümkün deyil:
“Xarici turistlərin sayı artsa da, bu artım hələ ölkənin bütün regionlarına bərabər şəkildə yayılmayıb. Turistlərin böyük hissəsi əsasən Bakıya və bir neçə məşhur bölgəyə üstünlük verir. Məsələn, turistlərin 77 faizdən çoxu məhz paytaxtda qalır ki, bu da regionlardakı hotellərin boş qalmasına səbəb olur. Bəzi hallarda, xüsusilə yüksək səviyyəli otellərdə və turizm mövsümündə qiymətlərin baha olması da turistlərin daha qənaətcil seçimlərə yönəlməsinə gətirib çıxarır. Bundan əlavə, xidmət səviyyəsi və turizm infrastrukturunun keyfiyyəti hər yerdə beynəlxalq rəqabətə tam uyğun olmadığından, bu amil turist təcrübəsinə və təkrar səfər qərarına mənfi təsir göstərə bilir”.
O deyib ki, turizmin Azərbaycanda daha çox mövsümi xarakter daşıması da doluluq göstəricilərinə təsir edir:
“Yay aylarında dənizkənarı ərazilərdə, qışda isə bəzi kurort zonalarında canlanma olsa da, ilin qalan dövrlərində tələbat xeyli aşağı düşür. Nəticədə hotellərin doluluq səviyyəsi şəhər və bölgələr üzrə kəskin fərqlənir: bəzi məkanlarda yüksək olduğu halda, əksər regionlarda aşağı olaraq qalır. Rezervasiya və qiymət müqayisə platformalarında əsasən iri və mərkəzi hotellər daha görünən olur. Kiçik və region hotelləri isə bu rəqabətdə kifayət qədər seçilə bilmədiyi üçün müştəri cəlb etməkdə çətinlik çəkir. Beləliklə, hotellərin 75 faizdən çoxunun boş qalmasının səbəbi təkcə baha qiymətlər deyil. Burada sərhəd və axın məhdudiyyətləri, bölgələr üzrə qeyri-bərabər tələbat, xidmət və infrastruktur keyfiyyəti, eləcə də mövsümilik kimi bir neçə əsas amil eyni vaxtda rol oynayır. Qiymət siyasəti isə bu amillərdən yalnız biri olaraq turist seçimlərinə təsir göstərir”. 
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Fevral 2026 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri