Icma.az
close
up
RU
Bahalı məzar daşları, cənnət üçün 7 minlik rüşvət, internet əsrinin ÖLÜLƏRİ...

Bahalı məzar daşları, cənnət üçün 7 minlik rüşvət, internet əsrinin ÖLÜLƏRİ...

Icma.az bildirir, Sia Az portalına istinadən.

Mən yazıma onunla başlayım ki, internet əsrində cənnətə getmək üçün fırldaqçılara 7 min manat ənam verənləri, ölüsünə 25-30 min manatlıq başdaşı qoyduranları, məzarlıq başında şəhərcik yaradıb ora internet çəkdirənləri, məzar başında bahalı çılçıraqlar və oturmaq üçün son dəb oturacaqlar quraşdıranları, “dini toy” adı ilə eşşək anqırtısı çıxarıb cibini pullarla dolduranları, tort kəsib ətrafında dövrə vurub mahnı oxuyanları görəndən sonra, rəhmətlik Cəlil Məmmədquluzadə yaşasaydı yəqin ki, bircə bunu deyərdi – ÖLÜLƏR!

Əslində o kişinin qoyub getdiyi zamandan bəri ancaq qazalaq- faytonu bahalı avtomobillərlə, balaca kənd evlərini 20-25 mərtəbəli göydələn “novostroykalar”la, “poçt qutusu”nu da internet, tik-tok və vatçapla əvəzləmişik, başqa heç bir dəyişiklik filan yoxdur. Yəni edə bildiyimiz bunlardır. Amma əsrlərdir tərgidə bilmədiyimiz, həmişə əzabını çəkdiyimiz əsas məsələ yenə yüz illərdir bizimlə yol gəlir. Heç cürə dəyişə bilmədəyimiz, daha doğrusu xilas ola bilmədəyimiz bir məsələ qalır – DÜŞÜNCƏ VƏ HƏYATA BAXIŞIMIZ! Bax bu məsələdə indi əvvəlkindən daha pis axsayırıq. Nə düşüncəmizdə dəyişiklik var, nə də həyata baxışımızda. “Poçt Qutusu”ndan ötən əsrlərdə bütün millətlər və xalqlar çox dəyişdi, yeniləndi, təkmilləşdi, bir bizdən başqa. Bizdən qat-qat geridə olan xalqlar başa düşdülər ki, ziyanlarına nədir, xeyirlərinə nə, necə qabağa getmək olar. Onların əksinə olaraq təkcə biz özümüz - özümüzə düşmən olmağı, qabağa gedənimizin ayağından tutub dala çəkməyi, bir-birimizə ürək yandırmaq əvəzinə bir-birimizi didişdirməyi tərgidə bilmədik.
Dəqiq yadımdadır, 2020-ci ildə, pandemiyanın qızğın vaxtı Bakıda qoruyucu maska tapmaq qızıl tapmaqdan çox qəliz idi. Qəhətə çəkmişdilər apteklərdə qoruyucu maskaları. Sən demə yerli işbazlar bu qoruyucu maskaları qanı bahasına iranlılara satmağa girişmişdilər. “Millət necə tarac olur olsun nə işim var, düşmənlərə möhtac olur olsun nə işim var” məsəli yenə iş başında idi. Tanış “təfəkkür”, tanış tamahkarlıq...

Nə isə gələk MƏTLƏBƏ, Mətləb də odur ki, son günlər ölkə mətbuatında bahalı başdaşları qoyanlar barədə yazılar hər gün çoxalmaqdadır. Bir para gerizəkalı, dünyagörüşü və savad problemi olanlar guya əzizlərini “qiymətə mindirmək” üçün başlayıblar 25-30 min manatlıq başdaşları qoydurmağa. Həttda bunu səviyyəsiz efirlərdə milyonarla insanın qarşısında deməkdən utanmırlar. Sanki fəxr ediləsi, rəhmətə gedən atası üçün əsl övladlıq edirmiş kimi qürrəlinəsi iş görüblər. Ay düşük gədə, axı sağlığında qara qəpik qiymət qoymadığın çuvalsız atana ən bahalı mərmərdən baş daşı qoymaqla ölmüş dədənimi “qiymətə mindirirsən”, yoxsa sadəcə özünə reklam qazanırsan? Axı bu cahil və gerizəkalı imic sənin nəyinə gərəkdir? Bu savadsız gədə-güdə yığını trilyard dollar cah-cəlal sahibi olan Səudiyyə şahzadəsinin yarım metrlik sadə ağ daşdan olan məzarını heç görüblərmi? Türkiyəli məşhur milyarderlərin, böyük sənət adamlarının məzarlarını necə, görüb seyr ediblərmi? Əlbəttdə rüşvətlə, onun-bunun haqqını yeməklə milyonlar yığmaqdan, sosial şəbəkələrdə “maska tutmaq”dan, cinsi azlıqlara sponsorluq etməkdən başları ayılarsa, dünyada olub keçənlərdən xəbərdar olarlar...

Görün din-iman necə ucuzlaşdırılıb ki, Həcc, Kərbəla, Məşhəd ziyarətləri əməlli-başlı biznes və qanı-qiyamətinə turistik qazanc mənbəyinə çevrilib. İndi bu yerlərə bir nəfər üçün gediş-gəliş haqqı fantastik qiymətə təklif edilir. Həcc ziyarəti bir nəfər üçün 10 min manata,Ümrə-Kərbəla ziyarəti 3500 manata başa gəlir. Məgər bu qədər pulu turistik ziyarət xətrinə, səni “Kərbəla”,”Hacı” çağırsınlar deyə ərəblərin, farsların büdcəsinə xərcləməyə dəyərmi? İnternet əsrində dini bu şəkildə başa düşən, cənnətə düşmək üçün hansısa fırıldaqçıya 7 min manat rüşvət verən cəmiyyətin anlamalı olduğu bir həqiqət var: Allahı sevmək, ona sevgisini göstərmək üçün ilk növbədə ƏMƏL İBADƏTİ etməlisən. Gözəl əməl sahibi olmaq, Allahını daima başının üstündə görmək və hər gün vicdanının səsinə qulaq asmaq üçünsə min kilometrlərlə yol qət etməyə, ərəbin, farsın xəzinəsinə hər il yüz minlər ödəməyə ehtiyac yoxdur...

Mətləb Salahov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Fevral 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri