Icma.az
close
up
RU
Bahalı taksi yerini avtobusa verir

Bahalı taksi yerini avtobusa verir

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, cari ilin yanvar-iyun aylarında Azərbaycanda taksi xidmətindən istifadə edən sərnişinlərin sayı 39 822 nəfər olub, bu da illik müqayisədə 0,6% azalma deməkdir. 

Dövlət Statistika Komitəsini məlumatına əsasən, ötən ilin birinci yarısında taksi xidmətindən 40 062,5 müştəri istifadə edib. Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 6,2% artaraq 900 898,5 min təşkil edib. 

Taksi istifadəçilərinin sayının azalmasına səbəb nədir? Taksi xidmətləri bahalaşıb, yoxsa ictimai nəqliyyatdakı problemlər aradan qalxıb? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, taksi islahatlarından sonra yararsız avtomobillər dövriyyədən çıxarılıb və bu sahədə fəaliyyət göstərməyə uyğun olmayan şəxslər peşələrini dəyişməli olublar. Ekspert qeyd edib ki, taksi xidmətlərində qiymətlərin müəyyən qədər dəyişməsi sərnişinlərin seçimlərinə təsir göstərib: 

“Taksidən istifadənin azalması gözlənilən idi. Taksi islahatlarından sonra köhnə və yararsız avtomobillər dövriyyədən çıxarıldı. Eyni zamanda, bu sahədə fəaliyyət göstərmək üçün uyğun olmayan şəxslər peşələrini dəyişməyə məcbur qaldılar”. 

O bildirib ki, beləliklə qiymətlərdə müəyyən dəyişikliklər baş verdi: 

“Digər tərəfdən isə ictimai nəqliyyat, xüsusilə nəqliyyatın avtobus seqmeni daha cəlbedici oldu. Son iki il ərzində marşrut xətlərinə təxminən 400 yeni, komfortlu avtobus buraxılıb. Belə şəraitdə vətəndaşlar avtobuslara daha çox üstünlük verdiyi üçün taksiyə olan tələbatın azalması təbiidir”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Taksi avtobus Eldəniz Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:336
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 İyul 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri