Icma.az
close
up
RU
Bahar Muradova: “Ailə dəyərlərinin qorunması dövlət siyasətinin vacib istiqamətidir”

Bahar Muradova: “Ailə dəyərlərinin qorunması dövlət siyasətinin vacib istiqamətidir”

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Ailə siyasətinin həyata keçirilməsi istiqamətində işlərin effektivliyinin və qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə yaradılan İşçi Qrupun 28 fevral 2025-ci il tarixində ilk iclası keçirilib.

İclas iştirakçılarını salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, müasir dövrdə milli kimlik məsələləri, milli-mənəvi dəyərlər və ailə dəyərlərinə zidd olan proseslər qarşımıza ciddi çağırışlar qoyur. Ailə cəmiyyətin nüvəsi və əsasıdır deyən B. Muradova, Azərbaycan ailəsinin mövcud iqtisadi, sosial, maddi imkanlardan, resurslardan istifadə edərək inkişaf etməsi və müasirləşməsi, hüquqlarının qorunması və təhlükəsizliyinin təmin olunmasının dövlətin qarşısında duran vacib istiqamətlərdən olduğunu vurğulayıb.

O bildirib ki, ailə, cəmiyyət və dövlət arasında əlaqə müxtəlif istiqamətli olmalıdır və yekun nəticədə bütün səylər bir araya gəlməlidir: “Biz qarşılıqlı əlaqəni elə təmin etməliyik ki, ailədə formalaşan uşaq dövlətin də qarşısında vətəndaş kimi cavabdeh olduğunu düşünsün. Biz bütün hərəkətlərimizlə ailəmizə, cəmiyyətə və dövlətə xidmət etdiyimizi unutmamalıyıq”.

Azərbaycan ailə institutunun tarixinə nəzər salan sədr, Ümummilli lider Heydər Əliyevin, eləcə də onun siyasi xəttini davam etdirən cənab Prezident İlham Əliyevin dövlət siyasətində ailə məsələlərinə xüsusi yer verdiyini, belə məsələlərə cavab verərkən tutduğu mövqe, ümumilikdə ailə dəyərləri ilə bağlı mövqeyinin dəyişməz olduğunu xatırladıb. O, hər bir qurumun öz səlahiyyətləri çərçivəsində ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsi prosesinə töhfə verdiyini qeyd edərək, təklif və tövsiyələrini səsləndirib.

Daha sonra çıxış edən Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva bildirib ki, ailə dəyərləri və milli dəyərlərin qorunması dövlət və vətəndaş olaraq, hər kəsin qarşısında duran prioritet məsələlərdəndir. Cəmiyyətin təməli olan ailənin qorunması istiqamətində institusional, sosial-iqtisadi tədbirlərin görülməsinə baxmayaraq, ənənəvi və milli-mənəvi dəyərlərə əsaslanan ailə institutunun son zamanlar möhkəmliyinə təsir edən amillərlə qarşılaşdığını diqqətə çatdıran A. Sofiyeva, dövlət ailə siyasəti konsepsiyasının və cavabdeh qurumları əhatə edən tədbirlər planının hazırlanmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. O, ənənəvi və müasirliyin sintezi fonunda ailə dəyərlərini qoruyaraq irəli aparmaq yolunda birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb.

İşçi Qrupunun üzvləri kimi iclasda iştirak edən Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, TƏBİB və Medianın İnkişafı Agentliyinin nümayəndələri genofondun qorunmasına cavabdehlik daşıyan, sosial və mənəvi əminliyi təmin edən ailələrdə münasibətlərin qorunması, bu istiqamətdə preventiv, məqsədyönlü və sistemli tədbirlərin həyata keçirilməsi, qarşıda duran məqsədlərin təkmilləşdirilməsi istiqamətində təkliflərini səsləndiriblər.

Müzakirələr zamanı məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsi, ailə planlaşdırılması məsələsinin önə çəkilməsi, reproduktiv sağlamlıq sahəsində bilik səviyyəsinin artırılması, mediasiya prosesində barışıq sazişlərinin əldə olunmasına səylərin gücləndirilməsi, boşanmaların artmasına təsir edən obyektiv və subyektiv səbəblərin təhlilinə əsasən bu sahədə mənfi tendensiyanın qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi, din amilinin mühüm təsirini nəzərə alaraq, bu istiqamətdə proqram və tədbirlərin intensiv təbliği ilə ziyanlı ideologiyaların qarşısının alınması, gənc ailələrlə görüşlərə ziyalıların cəlb edilməsi və digər mühüm məsələlər diqqətə çatdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 Mart 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri