Icma.az
close
up
RU
“BAHAR VƏ ZÜLFÜ” DASTANI

“BAHAR VƏ ZÜLFÜ” DASTANI

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Pərişan Məmmədova: “Çox xoşbəxtəm ki, onların övladıyam“...

Cahana səs salmış məhəbbət dastanlarımız var. Müasir dövrümüzdə biri də yaranıb. Bahar nənə və Zülfüqar babanın sevgi hekayəsi.
Əzəli yurd yerimizdə - Göyçə elində göz açıb nənə-babamız. Böyük Qarakilsə mahalının Hollavar kəndində anadan olublar. 1988-ci ilə qədər orada yaşayıblar. Həmin illər Qorbaçovun elan etdiyi "yenidənqurma" siyasi xətti ermənilərin işinə yarayıb. Düşmən fürsətdən istifadə edərək hiyləsini, məkrini işə salıb. Həmişə olduğu kimi bu dəfə də hədəf Azərbaycan, Türk övladları olub…

El arasında Zülfü baba deyilən Novruzov Zülfüqar İsaq oğlu ailəsi-həyat yoldaşı Novruzova Bahar Məmməd qızı və övladları ilə birlikdə doğma ocağını tərk etməyə məcbur olub Şabran rayonunun Zeyvə kəndinə sığınır. Sönmüş ocağının, boya-başa çatdığı yerlərin nisgilini çəkə-çəkə günləri aylara, ayları illərə calayırlar. Zülfü ömür-gün yoldaşı Bahar və övladları ilə birlikdə bu illərdə çox çətinliklər görürlər. Amma dözür, tab gətirə bilirlər. Yeni yerdə ev-eşik qurub yeni həyata başlayırlar.

Bu günlərdə Bakımızın istirahət məkanlarının birində Zülfü baba və Bahar nənənin nikahlarının 75 illiyi münasibətilə təmtəraqlı şah toyu çalındı.

Elə toy vaxtı övladlarından, nəvə-nəticələrindən bəzilərini danışdırdıq. Xoşbəxt cütlüyün qız övladı, tədbirin ərsəyə gəlməsində böyük əməyi olan Pərişan Məmmədova sevincini fəxrlə dilə gətirdi:

-- Bu gün yanımda olan bütün dostlara, qohumlara təşəkkür edirəm. Bütün bəylərə, xanımlara ata və anamın yaşadığı uzun və xoşbəxt ailə ömrünü diləyirəm. Atamla anamın on övladı - üç oğlu, yeddi qızı var. 75 ildə 50 nəvə, 35 nəticə görüblər.
Hamımız da şükür ki, sağ və salamatıq.

Atam və anam el-obanın, nəslimizin tacı, Azərbaycanın simvollarıdır. Çox xoşbəxtəm ki, onların övladıyam.

Nəvələrdən ən böyüyü Salatın Novruzova baba və nənəsinin onlara həmişə dəstək olduqlarından, onlara olan sonsuz sevgisindən söz açdı:

-- Babamla nənəm bizim ailəyə həmişə dayaq olublar. Uşaqlığımız onlarla bağlı xoş xatirələrlə doludur. O vaxtlar hər axşam nənəm bizə nağıl danışırdı. Bəzən müşahidə etdiyi həyat hekayələrini də bizim üçün nağıla çevirirdi. Onu dinləməkdən yorulmazdıq. Bizə çox dadlı yeməklər hazırlayırdı. Biz də nənəmlə babama əkin-biçinlə məşgul olanda kömək edirdik. Nənəm bizə heyvanlarla necə rəftar etməyi öyrədirdi.

Demək olar ki, biz xanımlığa, analığa aid çox şeyi ondan öyrənmişik. Bizim üçün corab toxuyar, dərslərimizdə kömək edirdi.

Ən böyük nəvəsi olaraq nənəm və babama uzun ömür, sağlam can arzu edirəm. Onların böyük nəticələri də elə mənim 27 və 25 yaşda olan övladlarımdır. Ümid edirəm ki, kotücələrini də görərlər.

Cütlüyün digər nəvəsi Günay Novruzova isə öz hisslərini bu cür ifadə etdi:

-- Babam və nənəmlə həmişə fəxr etmişəm. Onlar bizə hər zaman arxa, dayaq olublar.

Böyüməyimizdə, aldığımız tərbiyədə onların böyük rolu olub. Hamının nənə-babası var, hər kəs nənə-babasını sevə bilər. Amma bizim nənə və babamız və onlara olan bağlılığımız bir başqa idi. Bahar nənəmlə Zülfü babanın sevgisi, bir-birinə olan hörməti el-obaya səs salıb. Məhz onların arasında olan həmin sevgi bağıdır ki, bizi heç zaman bir-birimizdən ayrı salmayıb. Onlar bizə böyük sevginin nə demək olduğunu öyrədiblər. Onlardan öyrəndiyim, aldığım tərbiyə mənə ömürlük mirasdır.

Çox maraqlıdır ki, hər yerə bir yerdə gedirlər, bir-birindən ayrı səfərlərini görmədim. Bu mənə həmişə xoş təsir edib. Baxanda zövq almışam, baxmaqdan doymamışam. Allahdan nənəm və babama daha cox uzun ömür, can-sağlığı arzulayıram.

Bahar nənə ilə Zülfü babanın Salatın adlı başqa nəvəsi də var. O, uşaqlığının nənəsi və babasının yanında keçirdiyini söylədi:

-- Mən birinci sinfə gedənə kimi nənə baba yanında böyümüşəm. Mənə elə gəlir ki, nənə, baba yanında böyüyən uşaqlar həyatda daha şən, daha pozitiv, və nikbin olurlar. Axı, nənələr və babalar nəvələrini balalarından da çox istəyir. Bu gün həyatda sevgi dolu olmağım, həmişə müsbətə köklənməyim uşaqlığımda yaşadığım gözəl anlardan gəlir. Seçdiyim sahə də bu üzrədir. Mən psixologiya sahəsində işləyirəm. Həmişə pasientlərimə də deyirəm ki, övladlarınızı sevgiylə böyüdün. Körpəlikdən sevgi ilə böyüməyən uşaqlar illər keçəndən sonra da əziyyət çəkirlər. O şəxslərə dünya qədər sevgi bəxş etsən də, yenə də qəlbləri dolmur. Həyatının hər dönəmində uşaqlığından almadığı sevgini yalnış insanlarda axtaracaq.

Nənə və babasına ona bəxş etdikləri sevgi üçün təşəkkürünü bildirən S.Məmmədova söhbətinə uşaq xatirələri ilə davam etdi:

-- Uşaq vaxtı nənəmə olan sevgim o qədər böyük olub ki, hətta birinci sinfə gedəndə də nənəmdən ayrıla bilmirdim. Belə bir epizod hələ də ağlımdadı , unutmuram. Məni dərsə gətirən nənəmdən ayrılanda sinif rəhbərinə söylədim ki, „olar ki, nənəmi bir dəfə də qucaqlayım“.
Nənəmi qucaqlayanda ondan ayrılmaq istəmirdim. Şəhərə öyrəşmək, nənədən ayrı qalmağım çətin oldu mənim üçün. Hətta dərsdə də hərdən düşünərdim ki, kaş ki, sehrli bir qapı olardı, gedib nənəmi, babamı tez görərdim, sonra qayıdardım.

Həmişə körpə qəlbimlə dua edərdim ki, nənəm və babam çox yaşasın. Bu gün çox şükür ki, nənəmin 95, babamın isə 98 yaşı tamam olur. Müasir zamanda insanların bir-birlərindən soyuduğu, qohumluq əlaqələrinin azaldığı bir vaxtda nənəmlə babam bizim üçün bu istiliyi, mehribanlığı bir arada tutan stimuldur. Hər bayramda, özəl günlərdə hamımız nənəmlə babamın evinə toplaşırıq.

Olduqca, axıcı, maraqlı xatirələrini dilə gətirən Salatın Məmmədova, yanlarında olduğu bu son günlərdə nənə və babasının bir-birinə olan münasibətində maraqlı müşahidələrindən danışdı:

-- Nənəmlə babamdan xahiş edib , onları restorana dəvət etdim. Yanımızda digər yaxınlar da var idi. Havaya görə biz evə başqa maşınlarda qayıtmalı olduq. Nənəm mənim maşınımda, babam isə, ailə üzvlərimizdən digərinin maşınında evə gəldik.

Yolboyu nənə ancaq bu sözləri dedi:

-- Baba dəqiq maşına mindi? O maşın da belə istidi? Birdən ona soyuq olar, xəstələnər. Yolboyu Bahar nənə ancaq Zülfū babamdan danışdı.

Evə gələndə də, babamın maşından düşən kimi ilk sözü bu oldu:

-- Nənəni rahatlayın, ayaqüstə çox qalmasın. Üşüməsin. Sonra mənə baxarsınız.

Inanın ki, nənəmin ayaqqabısını belə bəzən özü əyilib geyindirir.

Belə fikirləşirəm ki, insan həyat yolunda öz həyat yoldaşını doğru seçməlidir.

Nənəmlə babam həmişə bir-biri üçün ən doğru yol yoldaşı oldular. Bu günə qədər də bu gözəl yoldaşlıq davam edir. Əl-ələ verib, əsl ömür yaşayırlar.

Bütün gənclərə nənəm və babamın yolu kimi yol arzulayıram.

Ən böyük nəticələri Səbinə Vüqarlı da bu xoşbəxt cütlük haqqında ürək sözlərini belə ifadə etdi:

-- Hər il yay aylarında babamgilə qonaq gedirik, onlar bizi çox gözəl qarşalayırlar. Bayramlarda, doğum günlərində bizi dəvət edirlər. Onların sevgisinə həmişə heyranlıqla baxıram. Babam hər il nənəmin doğum günündə varlığına şükr edirmiş kimi gurban kəsir. Hər yerdə əl-ələ gəzirlər. Bunu izləmək bizə çox xoş olur. Mən arzu edirəm ki onların sevgisi əbədi, canları sağlam, ömürləri uzun olsun. Kötükcələrini də görmək nəsibləri olsun.

Zülfüqar Baba və Bahar nənənin ən sevimli nəticələrindən olan Aişə Isaqı da sevərək dinlədik:

-- Mən bu xoşbəxt cütlüyün nəticəsiyəm. Bir nəticə kimi onların belə gözəl münasibətlərini özümə də arzu edirəm. Fikrimcə, onları bu zamana kimi ayaqda saxlayan həm öz sevgiləri, həm də el arasında qazandıqları hörmət və məhəbət qazanmalarıdır.
Onlarla birlikdə keçirdiyimiz zaman əyləncəli olur. Gülüb, danışırıq, əylənirik. Həmin vaxtlar mənim üçün ən dəyərli günlərdən sayılır. İndi də o xoş günləri yaşayıram. Çünki onlar yenə də bizim yanımızdadırlar. Nənəm və babam bizim ailə simvolumuzdur! Azərbaycanın bütün ailələrinə belə uzunömürlü sevgi və məhəbbət arzulayıram!

Hazırladı: Gülər Natiq İsaq

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://adalet.az
archiveBu xəbər 28 Fevral 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see324

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see288

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see221

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see202

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see199

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see194

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see191

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see188

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see188

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see184

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see176

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see175

Mbappeni transfer etməkdə maraqlıdır

20 May 2026 01:06see166

Rubio mayın 23 dən 26 dək Hindistana səfər edəcək

20 May 2026 01:45see166

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see158

ABŞ SEPAH la bağlı 15 milyon dollar MÜKAFAT elan etdi

20 May 2026 00:51see156

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see155

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see153

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see146

“Tanqo üçün iki nəfər lazımdır” Vens

20 May 2026 01:36see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri