Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Biri qazi, biri şəhid… İki qardaşın qələbə DASTANI

Biri qazi, biri şəhid… İki qardaşın qələbə DASTANI

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müharibəyə fərqli təriflər verilsə də, o, güc nümayişinin bir formasıdır əslində. Bir zamanlar həyatda qalmaq, qidalanmaq, qorunmaq və nəhayət öldürmək üçün daş atan insanın əli bir düymə ilə bir şəhəri yerlə-yeksan etməyə qadir olandan sonra yaşamaq uğrunda mübarizə fikri də fəlsəfi gücünü itirdi.

Dünyanı dəyişdirən reallıqlar müharibələrin gücünü, güclünün iradəsi ilə baş verməsini bir daha gözlər önünə sərdi. Gəlin etiraf edək: çağdaş müharibələrin səbəbi dil, din, irq ayrı-seçkiliyi, yeni ərazilərin zəbti, daha çox gəlir əldə etmək, sərvətlərə yiyələnmək deyilmi? İbtidai icma dövründəki insanla müasir insanın bir fərqi var: o, həyatda qalmaq, aclıqdan ölməmək üçün mübarizə aparırdı, bu gün dünyanı yenidən bölüşdürmək istəyənlər isə həyatda qalmaq istəyəni acından öldürmək, onun əldə etdiklərinə sahiblənmək üçün müharibə aparırlar.

Məhz ötən əsrin tariximizə qara damğası kimi vurulan sonuncu deportasiyadan sonrakı dönəm, daha doğrusu, 90-cı illər xalqımızı süni yaradılan müharibənin əsirinə çevirdi. Bu müharibənin əsəri isə yurdsuz-yuvasız, evsiz-eşiksiz qalan insanlar idi…

Mənim qəhrəmanımın babaları bu mənzərələri 1948-1953-cü illərdə dədə-baba yurdları Dərələyəzdən Saatlıya, Kür-Araz ovalığına köçürüləndə görmüşdülər. Taleyinə qaçqınlıq yazılanların nisgili, ahı-naləsi heç vaxt dinmir, çünki itirdiklərinin sənin varlığının bir parçası olduğunu və necə dəyərli olduğunu bilirsən. 

Sadaladıqlarım, müharibənin daş üzü, xalqımızın üzləşdiyi faciələr onunla həmsöhbət olandan sonra yazımın axarını dəyişdi. Məni tamam bir başqa havaya köklədi. “Babalarımın zorla qovulduğu Vətən torpaqları uğrunda da döyüşmək arzusundayam”,- deyən həmkarım  xalqımızın unutqan olmadığının, qanında, canında, ruhunda itirdiklərini qaytarmaq eşqi ilə yaşadığının bariz nümunəsi idi.

Vətən qarşısında vəfa borcumuz olan Vətən müharibəsinin, eləcə də ərazi bütövlüyümüzün, suverenliyimizin təcəssümü kimi tarixə düşən antiterror tədbirlərinin iştirakçısıdır Əlahiddə Çevik Polis Alayının əməkdaşı olan polis baş serjantı Vəfadar Bayramov. O, torpağı şəhid kimi müqəddəsləşdirən, qazi kimi azadlığına qovuşduran, Vətənə layiq övladlar yetirşdirən atanın, ananın övladıdır. Vəfadar 1993-cü ildə Saatlı rayonunun Məmmədabad kəndində dünyaya göz açıb. Şəhid Azad Bayramov adına Məmmədabaddakı tam orta məktəbi 2010-cu ildə bitirib və 2011-ci ildə həqiqi hərbi xidmətə çağırılıb.

Qartalların yuva qurduğu Murovdağdakı “N” saylı hərbi hissədə Vətənin keşiyini çəkib və həqiqi hərbi xidmətini 2013-cü ildə başa vurub. Müharibənin izi qalan dağlarımızda mövqe tutan düşməndən əmisinin, əmisi oğlunun və bir çox doğmalarının qisasını almaq üçün hərbçi peşəsini seçir. 2017-ci ildə Daxili İşlər Nazirliyinə müraciət edir. DİN-in Daxili Qoşunlarında xidmətə qəbul olunur.
Xidməti dövründə bir çox əməliyyatlarda iştirak edir, qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirir. Adı qorxulu olsa da nəticədə Vətəni azadlığına qovuşduracağına görə silaha sarılan yüzlərlə igid oğullarımız kimi Vətən müharibəsinin qəbul olunan dua, çin olan arzu kimi sevincini yaşadı o da.

Ali Baş Komandanın əmri ilə düşmən təxribatının qarşısını almaq üçün əks həmlə əməliyyatına başlanılanda ilk istiqamətləri Füzuli rayonu olub. Düşmən əlverişli mövqedə qərar tutsa da qısa zamanda yaratdığı süni cəbhə xətti darmadağın edilib.
Azad etdiyimiz yüksəkliklər, ərazilər sanki bizə yuxu kimi gəlirdi. Döyüş filmlərində gördüyümüz səhnələrin içində idik. Son anlarında gülə-gülə canını tapşırıb şəhid olan döyüşçülərimizin qisasını almaq üçün hətta ağır yaralanan silahdaşlarımız belə ilkin tibbi yardım göstərildikdən sonra yenidən sıramıza qoşulurdular.

Döyüşçü yoldaşları kimi onun da həsrətlə, qisas hissi ilə gözlədiyi an gəlir. Növbəti tapşırıq Şuşanın azad olunması idi. Bunun üçün əvvəlcə Şuşaya gedən yollar, strateji yüksəkliklər nəzarət altına alınmalıydı. Xüsusi təyinatlılar digər qüvvələrin Şuşa istiqamətində hərəkət etmələri üçün oktyabrda Hadrutu və ətraf kəndləri düşməndən təmizləyirlər. Qırmızı bazar istiqamətində irəliləyən qüvvələrimiz düşmənin planlarını alt-üst edir.

“Komandanlığın qərarı ilə 400 nəfərlik heyətlə sıx meşələrdən keçib Şuşaya doğru istiqamət götürdük. Düşmən gəlişimizdən xəbər belə tutmadı. Noyabrın 4-də Şuşa-Laçın yolunun bir hissəsini düşməndən təmizləyib, nəzarətə götürmüşdük. Noyabrın 6-da səhər tezdən kiçik qruplar şəklində Şuşaya daxil olmaq üçün hərəkətə keçdik”.

Düşmən özü də etiraf edir ki, Azərbaycan əsgəri Şuşanı yüngül atıcı silahlarla və əlbəyaxa döyüşlə geri aldı. Şuşa təbii istehkam olduğundan ora ağır texnika ilə girmək mümkün deyildi. Düzdür, düşməni hava zərbələri ilə məhv etmək olardı. Lakin bu böyük dağıntılara səbəb olacağından yüngül silahlarla döyüşmək taktikası seçilmişdi.

Şuşa ordumuzun nəzarətində idi. Düşmən hətta ballistik raketlərdən belə istifadə etsə də, bu döyüşün taleyini dəyişə bilmədi.

“İlk tapşırığımız Şuşa-Xankəndi yolunu bağlamaq oldu. Biz 22 nəfərlə düşmənin böyük bir qüvvəsinin qarşısını alıb onun 200 nəfərə yaxın canlı qüvvəsini, xeyli ağır texnikasını məhv etdik.  Noyabrın 7-də daha bir döyüş tapşırığı zamanı mən və yanımda olan 4 nəfər döyüşçü yoldaşım yaralandıq. Bizi digər döyüşçü yoldaşlarımız döyüş gedən ərazidən çıxarıb ilkin tibbi yardım göstərdilər. Bizi arxa cəbhəyə təxliyyə etmək istəsələr də razılaşmadıq”.

Noyabrın 9-dan 10-na keçən gecə saat 2-3 radələrində atəşi dayandırın tapşırığı gözlənilməz olur. Lakin növbəti xəbər hər kəsi sevindirir: müharibə bitib, düşmən kapitulyasiya aktına imza atıb.

Ancaq o, Şuşa uğrunda döyüşlərdən öncə görüşdüyü qardaşından - Fərruxdan nigaran idi.  İçindəki narahatlıq onu dinc buraxmırdı. Döyüşə birlikdə atılmışdılar, qələbəni də birlikdə qeyd etməliydilər. Ancaq Fərrux Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdı. Düşmən snayperindən atılan güllə Vətən üçün döyünən ürəyini əbədi susdursa da, Şuşa qalasında dalğalanan üçrəngli bayrağımız onun kimi yüzlərlə şəhidimizin ruhunu şad etmişdi. Çünki uğrunda can verdikləri Vətən torpaqları düşməndən azad edilmişdi.

Polis baş serjantı Vəfadar Bayramov Müzəffər Ali Baş Komandanın müvafiq sərəncamları ilə "Rəşadət" ordeni,  “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Həmkarımız 2024-cü ildən Əlahiddə Çevik Polis Alayında xidmət edir. 

Deyir ki, asayişi, sabitliyi qorumaq postu, səngəri qorumaq kimidir. İkisi də məsuliyyətlidir. İkisində də sənə etibar edilir, etimad göstərilir.

Sözardı: Müharibə ağ-qara şəkil kimidir. Şəkil demiş, bu gün həmkarım Şuşa əməliyyatına girməzdən öncə qardaşı Fərruxla çəkdirdiyi xatirə şəklini döş cibində, ürəyinin başında qoruyub saxlayır. Bu şəkil, qardaşının övladları, ən əsası azad olunmuş Vətən torpaqları onun kimi bizə də əmanətdir. O əmanətləri qoruyaq, sahib çıxaq ki, bayraq kimi enməz oğulların ruhu şad olsun.
 

Hafiz Təmirov,
polis polkovniki 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:272
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Aprel 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see627

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see299

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see289

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see277

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see271

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see250

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see249

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see243

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see238

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see230

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see227

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see214

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see203

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see202

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see202

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see201

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see194

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see187

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see187

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri