Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Bakı beynəlxalq hüququ növbəti dəfə təmin etdi...

Bakı beynəlxalq hüququ növbəti dəfə təmin etdi...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Rusiya kompensasiya ödəyəcək, öhdəliklərini yerinə yetirəcək

Azərbaycan bütün situasiyalarda beynəlxalq hüququn prinsiplərinə sadiqliyi ilə seçilir - hətta ən kəskin fors-major hadisələr zamanı belə təmkinli, ən əsası da məhz beynəlxalq hüquqa əsaslanan xətti davamlı şəkildə inkişaf etdirir, bu xəttdən geri çəkilmir. Misal olaraq Azərbaycan tarixinin ən gərgin və həyati məsələsinə diqqət  çəkmək olar: istər uzun illər davam edən işğal dövründə, istər müharibə mərhələsində, istərsə də post-münaqişə reallıqları fonunda ölkə öz mövqeyini hüquqa əsaslanan ardıcıl və prinsipial yanaşma üzərində qurub. Bu yanaşma qlobal məkanda Azərbaycanın yalnız siyasi deyil, həm də hüquqi müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunmasına zəmin yaradır.

38 nəfər həyatını itirdi, 29 nəfər xəsarət aldı...

2024-cü il dekabrın 25-də Rusiyanın hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması zamanı da Bakı davranışını məhz bu kontekstdə qurdu - hadisəyə emosional deyil, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə yanaşaraq, Rusiyanın məsuliyyətini açıq şəkildə etiraf etməsini və bu cür hallarda dövlətlərin üzərinə düşən öhdəlikləri yerinə yetirməsini tələb etdi.

Xatırladaq ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər vardı. Qəza nəticəsində 38 nəfər həyatını itirdi, 29 nəfər, o cümlədən iki uşaq qəza nəticəsində xəsarət aldı. Göyərtədə ümumilikdə 37 Azərbaycan vətəndaşı vardı ki, onlardan 23-ü vəfat etdi. 16 Rusiya vətəndaşından 7-si həyatını itirdi. 6 Qazaxıstan vətəndaşı dünyasını dəyişdi. 5 nəfərdən ibarət ekipaj üzvü qəza zamanı göstərdikləri dəyanət və qəhrəmanlıqla yadda qaldılar: Hava gəmisinin kapitanı - İqor Kşnyakin, köməkçi pilot - Aleksandr Kalyaninov, təyyarə bələdçisi Hökumə Əliyeva qəzada həyatlarını itirdilər. Təyyarənin pilotları və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olundular - onlar hadisə zamanı fədakarlıq göstərdiklərinə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldülər.

Qəza necə baş verdi?

Qəza və onun nəticələri ilə bağlı Azərbaycanın mövqeyi aydın və açıq idi: baş verən hadisə hüquqi çərçivədə qiymətləndirilməli, zərərçəkən tərəfin hüquqları təmin olunmalı və beynəlxalq praktika əsasında ədalətli həllə nail olunmalıdır. Qəza ilə bağlı açıqlanan hesabatda göstərilirdi ki, təyyarə Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində GPS siqnallarının itməsi halı ilə üzləşib. Daha sonra təyyarə hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar verib - qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb.

O da göstərilirdi ki, hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub və foto, habelə video qeydiyyata alınıb. Həmin zədələr hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub. Hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib. Təyyarənin qalıqlarının kor zədələrində olan, hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülüb və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilib. Hesabatda bildirilirdi ki, 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispetçer “Kover” əməliyyatı barədə Qoznıya məlumat verir.

Bakı prosesi nəzarətə götürdü...

Qeyd edək ki. qəza baş verən zaman Prezident İlham Əliyev Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşmüşdü - dövlət başçısına bu xəbər Rusiya hava məkanında olarkən məruzə edildi. Prezident dərhal geri dönmək barədə tapşırıq verdi. Baş vermiş təyyarə qəzası ilə əlaqədar məsələlər birbaşa dövlət başçısının nəzarətinə götürüldü. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı. Təyyarənin qara qutusu Braziliyanın Hərbi Hava Qüvvələrinin peşəkar mütəxəssisləri tərəifndən açıldı. Aparılan araşdırmalardan sonra təyyarənin Qroznı şəhərinə yaxınlaşan zaman hücuma məruz qaldığı bəlli oldu. Qəzadan sonra Azərbaycan təyyarənin hücuma məruz qalmasında günahkar olan Rusiyadan məsuliyyətli davranış tələb etdi - Rusiya prezidenti Azərbaycanın dövlət başçısına zəng edərək üzr istədi. Bu prinsipial və ardıcıl siyasətin nəticəsi olaraq tərəflər arasında müəyyən razılıq əldə edildi. Azərbaycanın təkidi ilə məsələ hüquqi müstəvidə saxlanıldı və beynəlxalq hüququn tələblərinə uyğun addımların atılması təmin olundu. Bu isə bir daha göstərdi ki, Azərbaycan istənilən mürəkkəb vəziyyətdə belə hüquqa əsaslanan mövqeyindən geri çəkilmir və milli maraqlarını məhz bu çərçivədə qorumağa nail olur.

Prezidentlərin görüşündə razılıq əldə edilmişdi...

Ötən ilin oktyabrında Düşənbədə Prezident İlham Əliyev ilə Rusiya dövlət başçısı Putin arasında keçirilən ikitərəfli görüş zamanı məsələ ildə bağlı yenidən fikir mübadiləsi aparıldı - Rusiya tərəfi baş verənlərin məsuliyyətini üzərinə götürdü. Düşənbədə keçirilən  təkbətək görüşdə çıxış edən Prezident Vladimir Putin Rusiyanın hava məkanında baş verən aviasiya faciəsi haqda danışaraq həmin vaxt iki ölkə başçısı arasında telefon danışığı əsnasında faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istədiyini, həm də həlak olanların ailələrinə ən səmimi başsağlığı verdiyini önə çəkib: “İstərdim ki, bütün bunları təkrar edim, yenidən söyləyim və qeyd edim, biz sözsüz ki, razılaşdığımız kimi, istintaqa hər cür kömək göstəririk”.

Putin faciənin səbəblərini Prezident İlham Əliyevə təqdim etdiyini, belə hallarda, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcəyini və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini bildirdi: “Əlbəttə, bu faciə ilə bağlı ailələrin dəstəklənməsinə, onlara mənəvi dəstək verilməsinə yönəlmiş bütün sözlər belə hallarda əsas problemi həll etmir - faciə nəticəsində həlak olmuş insanları həyata qaytarmaq mümkün deyil. Amma bizim borcumuz, bir daha təkrar edirəm, biz Sizinlə əvvəldən baş verənlərə obyektiv qiymət vermək və əsl səbəbləri üzə çıxarmaq barədə razılaşmışdıq”.

Birgə bəyanat...

Aprelin 15-də Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlikləri birgə bəyanat yayıblar. Bəyanatda bildirilir ki, Azərbaycan və Rusiya prezidentlərinin Düşənbə şəhərində 2025-ci il oktyabrın 9-da keçirilən görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 2024-cü il dekabrın 25-də Rusiyanın hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər.

Bəyanatda, həmçinin bildirilib: “Atılan addımlar müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tərəflərin ortaq səylərini nümayiş etdirir. Əminik ki, Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması əsasında davamlı inkişafı bundan sonra da mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və iki ölkənin xalqlarının mənafeyi naminə əməkdaşlığın genişlənməsinə töhfə verəcək. Təyyarə qəzası nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir və faciədən zərər çəkmiş hər kəslə bu əvəzolunmaz itkinin ağrı-acısını bölüşürük”.

Diplomatik qətiyyət və sosial məsuliyyətin vəhdəti...

Bu, Azərbaycanın tutduğu mövqenin, inkişaf etdirdiyi siyasi xəttin düzgünlüyünü təsdiqləyən növbəti fakta çevrildi. Söhbət yalnız qəza ilə bağlı verilən maddi kompensasiyadan getmir. Azərbaycan dövləti hadisə zamanı həyatını itirən və zərər görən vətəndaşlarının ailələrinə kompleks şəkildə dəstək göstərib, onların sosial müdafiəsini diqqət mərkəzində saxlayıb. Ümumiyyətlə, Azərbaycan dövləti öz vətəndaşının sosial problemlərinin həllini hər zaman ilkin prioritet kimii qəbul edir. Bu yanaşma dövlətin öz vətəndaşına münasibətdə məsuliyyətli və ardıcıl siyasət apardığını nümayiş etdirir. Bu mənada məsələnin mahiyyəti yalnız kompensasiya ilə məhdudlaşdırılmamalıdır - əldə olunmuş razılaşma Azərbaycanın diplomatik imkanlarının genişliyini, siyasi qətiyyətini və beynəlxalq müstəvidə artan nüfuzunu əyani şəkildə ortaya qoyur. Bu proses bir daha təsdiqləyir ki, Azərbaycan dövləti öz vətəndaşlarının hüquq və maraqlarını ən yüksək səviyyədə qorumaq iqtidarındadır və bu istiqamətdə bütün vasitələrdən effektiv şəkildə istifadə edir. Necə ki, hadisə baş verən gündən dövlətmiz açıq, şəffaf və ədalətli araşdırmanın aparılmasında, nəticələrin əldə olunmasında israr edirdi - buna da nail oldu.

Azərbaycan bütün qonşuları ilə müsbət əlaqələrin inkişafında maraqlıdır...

Azərbaycan ilə Rusiya arasındakı müsbət münasibətlər fonunda kompensasiyanın ödənilməsi Bakının regionda formalaşdırdığı yüksək siyasi və diplomatik statusun göstəricisi kimi çıxış edir. İki ölkə arasındakı müsbət əlaqələr daim inkişaf xəttinə əsaslanır. Azərbaycan, bütün qonşu dövlətlərlə olduğu kimi, Rusiya ilə də qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan münasibətlərin davam etdirilməsində maraqlıdır. Bu yanaşma regional sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Eyni zamanda, ölkəmiz bütün məsələlərə beynəlxalq hüquq normaları çərçivəsində yanaşır və bu prinsiplərə sadiqliyini ardıcıl şəkildə nümayiş etdirir. Bu isə Azərbaycanın həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.

Pərviz SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Aprel 2026 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see756

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see322

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see310

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see306

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see272

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see263

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see260

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see257

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see252

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see248

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see244

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see239

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see226

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see226

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see218

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see212

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see206

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see205

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see204

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri