Bakı bu məsələdə İrəvanla əməkdaşlıq etməyəcək
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Milli Məclisin iclasında “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokolun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub.
Axar.az Musavat.com-a istinadla xəbər verir ki, layihəyə əsasən, Azərbaycan “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokolu qeyd-şərt və bəyanatlarla təsdiqləyəcək.
Sənəd haqqında deputat Nizami Səfərov məlumat verib. Bildirib ki, layihəyə əsasən, münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşana qədər protokolun müddəaları Ermənistana münasibətdə tətbiq edilməyəcək.
Azərbaycan, həmçinin protokolun aşağıdakı məsələləri tənzimləyən 16–20-ci maddələrini tətbiq etməmək hüququnu özündə saxlayacaq:
prosessual sənədlərin və məhkəmə qərarlarının poçtla birbaşa göndərilməsi;
transsərhəd müşahidə;
nəzarətli göndəriş;
gizli istintaq; birgə istintaq qruplarının yaradılması.
Protokol digər iştirakçı dövlətlərlə cinayət işləri üzrə hüquqi yardımın genişləndirilməsini nəzərdə tutur.
Sənəd şahid və ekspertlərin videokonfrans və telefon bağlantısı vasitəsilə dindirilməsi, sübutların qorunması və cinayət yolu ilə əldə olunmuş əşyaların qanuni sahibinə qaytarılması kimi məsələləri əhatə edir. Azərbaycanla hüquqi yardım üzrə sorğular və digər yazışmalar mərkəzi orqanlar kimi Ədliyyə Nazirliyinə və Baş Prokurorluğa göndəriləcək.
Elektron və ya digər telekommunikasiya vasitələri ilə göndərilən sorğuların əsli sonradan yazılı şəkildə təqdim olunmalıdır.
Rayon və şəhər məhkəmələri, ağır cinayətlər məhkəmələri, apellyasiya instansiyası məhkəmələri və Baş Prokurorluq konvensiyanın məqsədləri üçün məhkəmə orqanları hesab ediləcək.
Azərbaycan fərdi məlumatların digər dövlət tərəfindən müəyyən məqsədlərlə istifadəsi üçün əvvəlcədən razılığının alınmasını da tələb edəcək.
Sənəd səsvermədən sonra təsdiqlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 30 Sentyabr 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















