Icma.az
close
up
RU
Bakı COPu iqlim diplomatiyasında yeni səhifə açdı Ülvi Quliyevin yazısı Yeni Çağ Media

Bakı COPu iqlim diplomatiyasında yeni səhifə açdı Ülvi Quliyevin yazısı Yeni Çağ Media

Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan müstəqil dövlət kimi son 30 ildə bir çox beynəlxalq səviyyəli tədbirə ev sahibliyi edib. Amma heç şübhəsiz ki, COP29 onların arasında əlahiddə yer tutur: istər BMT-nin ən nüfuzlu platformalarından biri olduğu üçün, istərsə də yüksəksəviyyəli təmsilçilik amilinə və iştirakçıların sayına görə. Bununla yanaşı, COP29-u əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqləndirən həm də odur ki, onların heç biri Bakı COP-u qədər qarayaxma kampaniyası və haqsız hücumlarla üzləşməmişdi.

Ötən ilin dekabrından etibarən bəzi siyasi mərkəzlər əllərinin altında olan ayrı-ayrı təşkilatların və media resurslarının köməkliyi ilə hər şeyi etdilər ki, Bakı COP-u uğursuzluğa düçar olsun. Əvvəlcə bu çirkin oyuna demokratiya və insan haqlarından don geyindirməyə çalışdılar. Görəndə ki, bu, yetərli deyil və Azərbaycan cəmiyyətinin gözündə deşifrə olunurlar, Avropa Şurası kimi təşkilatlar bir az da irəli gedərək, guya ölkəmizdə milli azlıqların hüquqlarının pozulması ilə bağlı daha böyük yalanı dövriyyəyə buraxdılar. Təsəvvür edilməsi nə qədər çətin olsa da, eyni vaxtda orta əsrlərin “səlibçi” düşüncəsinə xas olan dini təəssübkeşlik kimi cahil çağırışlar da işə salındı, təhlükəli bölücülük və ayrı-seçkilik siyasətinə yeni nəfəs verildi. Lakin nə qədər çalışsalar da, gizlədə bilmədilər ki, bütün bu hücumların, qərəz və şantajın yalnız bir səbəbi var: Azərbaycan onların iki əsrlik planının, arzu və istəklərinin ziddinə olaraq, Qarabağı geri qaytarıb. Bəziləri özlərini aldadaraq elə düşünürdülər ki, uydurduqları yalanın sayı nə qədər çox və miqyası nə qədər böyük olarsa, dünya ictimaiyyətini asanlıqla onlara inandıra biləcəklər. Yalan ayaq tutsa da, yerimədi. Çünki bədxahlarımız demokratiya və insan haqları ilə bağlı iddianı, ilk növbədə, ona görə irəli sürürdülər ki, ermənilərin guya Qarabağda etnik təmizləməyə uğraması yalanını tirajlaya bilsinlər. Lakin nəzərə almadılar ki, onların iftirasına qədər BMT kimi mötəbər təşkilatın səlahiyyətli missiyası bu cür faktın baş vermədiyini və mülki erməni əhalisinə qarşı zor işlədilmədiyini bir neçə dəfə bəyan edib. Bəlkə, elə bu faktın özü də BMT tədbiri olan Bakı COP-nun hədəfə alınmasında əlavə rol oynadı.

Məlum dairələr son bir ildə media resurslarında ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyasına insan haqları kimi bəşəri dəyərdən nə qədər don geyindirməyə çalışsalar da, bu cəhdləri də hədəfinə çatmadı, əksinə, Azərbaycan cəmiyyətinin haqlı və kəskin etirazı ilə üzləşdi. Xalqımız bir daha əmin oldu ki, erməni separatçılarını “siyasi məhbus” adlandıran və onlara azadlıq tələb edən ölkə, təşkilat və media resursları üçün insan haqları siyasi spekulyasiya predmetindən başqa bir şey deyil. Bu iyrənc oyuna rəvac verənlər hələ də anlamırlar ki, əslində, öz ayaqlarına güllə sıxır, ən azından Ukrayna ilə bağlı yürütdükləri siyasəti gözdən salırlar. Axı, necə ola bilər ki, Ukrayna ərazisində separatçılığa yox deyəsən, orada separatçıların nəinki həbsini, hətta fiziki cəhətdən məhvini təqdir edəsən, amma Azərbaycana gəldikdə, erməni separatçılarını “siyasi məhbus” adlandırmaqla onları “qəhrəmanlaşdırasan”? Erməni separatizmini başqa coğrafiyalardakı separatçılardan fərqli və üstün hesab edənlər fərqinə varmırlar ki, bu cür ayrı-seçkilik təhlükəsiz dünya nizamını təhdid edən yeni münaqişə ocaqlarının yaranmasına rəvac verir.

Guya Azərbaycanda milli azlıqların hüquqlarının pozulması ilə bağlı çirkin iftiraya gəldikdə isə, bu, ümumiyyətlə, heç bir əndazəyə sığmır. Multikulturalizm və tolerantlıq əsrlər boyu xalqımızın dəyər verdiyi, bugünədək qoruyub saxladığı və bir çoxlarına örnək olan bənzərsiz həyat tərzidir. Milli azlıqlarla bağlı iftiranı uyduranlar yenə də özləri-özlərini ifşa etdilər. Sən demə, bunlar milli azlığın hüququndan danışarkən, ermənilərin öz müqəddəratını təyinetmə hüququnu nəzərdə tuturlarmış. Amma onlardan soruşsan ki, bu hüququ Marseldə, Kaliforniyada və ya Krasnodarda, yaxud bir başqa yerdə kompakt yaşayan erməni millətçilərinə tanıyarsınızmı, bunu özlərinə təhqir və daxili işlərinə müdaxilə hesab edərlər. Özlərinə rəva görmədiklərini başqalarına rəva bilənlərə Prezident İlham Əliyev Vətən müharibəsindən hələ 7 ay əvvəl- 2020-ci ilin fevralında Mühxen Təhlükəsizlik Konfransında bu tutarlı cavabı vermişdi: “Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”

Eyni dairələr artıq iddia edirlər ki, guya ölkəmiz COP29 platformasından siyasi məqsədləri üçün istifadə edib. Amma nədənsə unudurlar ki, Azərbaycan ötən ilin dekabrında COP29-a ev sahibi seçildikdən sonra elə özləri yalnız ona çalışdılar ki, Bakı COP-nun gündəliyi iqlim dəyişmələri ilə bağlı mövzunun müzakirəsindən mümkün qədər uzaqlaşsın və nəticədə heç bir konsensus əldə olunmasın. Əgər belə olmasaydı, aparıcı aktorlardan bəziləri müxtəlif bəhanələrlə COP29-da yüksəksəviyyəli iştirakdan yayınmaz və nümayəndə heyətlərinin ranqını aşağı salmağa çalışmazdı, iqlim dəyişmələri ilə bağlı qlobal problemin müzakirəsinə qoşulmaq və onun həllinə töhfə vermək əvəzinə, kənar mövzuları uydurma iddialarla süni şəkildə gündəm etməyə cəhd göstərməzdi. Belələri elə düşünürdülər ki, onlar qərəzli qətnamələrlə, yalan və iftira dolu qarayaxma kampaniyası ilə ölkəmizin üzərinə gələcək, ərazi bütövlüyümüz və suverenliyimizlə bağlı milli maraqlarımızı təhdid edəcəklər, Azərbaycan Prezidenti isə bəziləri kimi susub geri addım atacaq. Bədxahlarımız bu gün də fərqinə varmırlar ki, öz xalqının iradəsinə söykənən və rəhbərlik etdiyi dövlətin maraqlarından çıxış edən Prezident İlham Əliyev bu illər ərzində mövqeyini heç vaxt gizlətməyib və 2020-ci il sentyabrın 24-də, Vətən müharibəsindən üç gün əvvəl BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında olduğu kimi, həmişə açıq şəkildə bəyan edib: “Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!”

Bütün əngəllərə baxmayaraq, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. Məhz Bakı COP-da 6-cı maddə, o cümlədən İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Azərbaycan diplomatiyasının səyi nəticəsində Bakıda 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları həcmində vəsaitin ayrılması qərara alındı. Bu razılaşma həmin ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə yardım məqsədini daşıyır. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox nümayəndənin iştirak etdiyi COP29 bəzi siyasətçilərin son bir ildəki qərəzli səylərinin əbəs olduğunu ortaya qoydu. Azərbaycan nümayiş etdirdi ki, xoşniyyətli məramı və konstruktiv dialoq əzmi ilə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulmasına töhfə vermək gücündədir və bunun üçün real siyasi çəkiyə malikdir. Heç kimdə şübhə olmasın ki, COP30-a qədər Azərbaycan öz fəaliyyətini məhz bu amalla davam etdirəcək. Lakin bu o demək deyil ki, ölkəmizi qərəzli şəkildə hədəf seçən və tarixi Zəfərimizi hələ də həzm edə bilməyən dairələr asanlıqla və tezliklə sakitləşəcək. Cənab Prezidentin andiçmə mərasimində açıq mətnlə və tam haqlı olaraq qeyd etdiyi kimi: “Biz, -İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim,- sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir”.

Ülvi Quliyev
Milli Məclisin deputatı

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 28 Noyabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see200

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see162

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see138

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see128

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see122

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see121

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see120

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see119

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see119

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see115

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri