Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Bakı dünyanın ekoloji tribunası və Azərbaycanın gələcək vizyonu

Bakı dünyanın ekoloji tribunası və Azərbaycanın gələcək vizyonu

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyanın beynəlxalq münasibətlər sistemində, qlobal müzakirə platformalarında bu gün rəqabət yalnız iqtisadi göstəricilərlə deyil, dəyərlərlə, məsuliyyətlə və liderliklə ölçülür. Bu baxımdan Azərbaycan artıq çoxdan öz sözünü deyib, indi isə bu sözünü əmələ çevirən nadir dövlətlərdən biri kimi nümunə göstərilir. 2025-ci ildə Bakının ev sahibliyi etdiyi COP29 – sadəcə bir konfrans yox, ekoloji müdrikliyin və qlobal ədalətin zirvəsi kimi tarixə yazıldı. Azərbaycan bu tədbirə ev sahibliyi etməklə təkcə coğrafi deyil, mənəvi baxımdan da dünyanın mərkəzinə çevrildi. İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Cənab Prezident İlham Əliyev bu böyük tarixi hadisənin açılışında bir daha açıq və dürüst şəkildə bəyan etdi: “Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Hədəflərimiz real və praqmatik idi.” Bu sadə, lakin əhatəli cümlə bütün COP prosesinin fəlsəfəsini dəyişdi. Azərbaycan dünya dövlətlərinə bir dərs verdi: ətraf mühitlə bağlı məsuliyyət sözdə yox, əldə tutulan konkret addımlarda və planlarda əks olunmalıdır. Azərbaycan – zəngin enerji resurslarına malik bir ölkədir. Amma bu gün Azərbaycan dünyaya sübut edir ki, neftə arxalanmaq gələcəyi gecikdirmək deyil, onu qabaqlamaqdır. 2030-cu ilə qədər ölkəmizin 6,5 giqavatlıq bərpaolunan enerji potensialı istifadəyə veriləcək. Bu isə ümumi enerji istehsalımızın 35 faizindən çoxunun yaşıl mənbələrdən təmin olunması deməkdir. Bununla paralel, yaşıl enerji sahəsində reallaşdırılan layihələr sayəsində bir neçə milyard kubmetr təbii qaz daxili istehlakdan azad edilərək ixraca yönəldiləcək. Bu, sadəcə enerji optimallaşdırması deyil – bu, dünyanın enerji təhlükəsizliyinə verilən strateji töhfədir. Cənab Prezident İlham Əliyev qürurla vurğuladı ki, “Təbii qaz hasilatını artırırıq, çünki buna ehtiyacı olan ölkələr var və biz bu tələbatı ödəməliyik.” Bu sözlərin arxasında çoxillik diplomatik çeviklik, enerji geosiyasəti və milli məsuliyyət dayanır. Son illərdə qlobal enerji bazarlarında baş verən gərginlik fonunda Azərbaycan etibarlı enerji təchizatçısı kimi Avropanın əsas tərəfdaşına çevrildi. Xüsusilə də 2022-ci ildən sonra yaranmış enerji böhranı zamanı Azərbaycan qısa müddət ərzində ixrac marşrutlarını genişləndirdi, təchizat sabitliyini təmin etdi və heç bir öhdəliyi pozmadan Avropanın yanında oldu.

Prezident İlham Əliyev bu reallığı qətiyyətlə ifadə edib: “Ötən il səkkiz ölkəyə təbii qaz ixrac edirdik. Bu gün onların sayı 12-yə çatıb və bu son deyil.” Bu ölkələr sırasında İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Gürcüstan və digərləri var. Azərbaycan qazı yalnız istilik vermir – o, Avropaya sabitlik, enerji təhlükəsizliyi və strateji balans bəxş edir. Bu gün Cənub Qaz Dəhlizi – Xəzərdən Aralıq dənizinə uzanan 3500 kilometrlik enerji arteriyası – Azərbaycanın qlobal enerji sisteminə müstəqil töhfəsidir. Azərbaycanın ev sahibliyi etdiyi COP29 bir çox baxımdan dönüm nöqtəsi oldu. Uzun illər davam edən danışıqlardan sonra İtki və Zərər Fondu nəhayət ki, işə salındı. Fondda vəsaitin 100 milyard dollardan 300 milyard dollara qədər artırılması, inkişafda olan ada dövlətlərinə yardım paketlərinin elan edilməsi – bunlar Azərbaycanın diplomatik uğurları və qlobal etimad qazancı kimi tarixə yazıldı. Prezident İlham Əliyev bu məsuliyyəti tarixi addım kimi yüksək qiymətləndirdi: “Biz Qlobal Şimal və Cənub arasında körpü qurduq. Bu etimad körpüsü idi.” Bəli, Azərbaycan bu körpünün bünövrəsini ədalət, vicdan və qlobal həmrəylik üzərində qurdu. COP29 həm də karbon bazarlarının işlək hala gətirilməsi, iqtisadi və texnoloji keçidin sürətləndirilməsi, digər inkişaf edən ölkələrlə yeni enerji texnologiyalarının paylaşılması baxımından mühüm nəticələr doğurdu. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Caspian Power” sərgisi Azərbaycan üçün təkcə texnologiyaların vitrini deyil. Bu sərgi – təbiətlə müharibə aparmadan inkişafın mümkünlüyünün rəmzidir. Burada günəş, külək, geotermal enerji texnologiyaları, elektrik nəqliyyat vasitələri, enerjiyə qənaət edən avadanlıqlar nümayiş olundu. Bu sərgi Azərbaycanı göstərdi. Biz sərvəti qorumaqla yanaşı, təbiəti də qoruyuruq. Biz enerji ixrac etməklə yanaşı, yaşıl model ixrac edirik. Biz dövlət olaraq gələcək nəsillər qarşısında borcumuzu dərk edirik. COP29, Bakı Enerji Həftəsi və Cənub Qaz Dəhlizi birgə bir həqiqəti sübut edir – Azərbaycan enerji ilə güclənir, yaşıl enerjiyə keçidlə yüksəlir, qlobal vicdanla tanınır. “Bakı sıçrayışı” – bu təkcə texnoloji deyil, diplomatik, etik və strateji sıçrayışdır. Bu sıçrayışın arxasında liderlik, qətiyyət və vizion sahibi olan cənab Prezident İlham Əliyevin siyasəti dayanır. Beləliklə Azərbaycan bu gün təkcə enerji ixrac etmir. Azərbaycan vicdan ixrac edir, etibar ixrac edir və yaşıl sabah ixrac edir.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 İyun 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see184

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see158

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see149

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see147

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see140

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri