Icma.az
close
up
RU
Bakı ekoloji diplomatiya mərkəzidir

Bakı ekoloji diplomatiya mərkəzidir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qlobal iqlim dəyişikliyi ilə mübarizənin ön cəbhəsinə keçən Azərbaycan beynəlxalq ekoloji diplomatiyanın mərkəzinə çevrilməkdədir. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə sıx tərəfdaşlıq çərçivəsində Bakının Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi etməsi bu uğurlu yolun növbəti parlaq səhifəsidir. Təbiətin harayına səs vermək, planetimizi qorumaq üçün paytaxtımız yenidən bəşəriyyətin ortaq düşüncə platformasına çevrilir.

COP29-dan WUF13-ə – qlobal təşəbbüslərin mərkəzi

Azərbaycanın son dövrlərdə qazandığı ən böyük diplomatik və ekoloji uğurlardan biri, şübhəsiz ki, COP29 kimi mötəbər bir iqlim sammitinə ev sahibliyi etməsi oldu. Bu nəhəng tədbir Bakını qlobal yaşıl siyasətin ürəyinə çevirdi. COP29 planetin iqlim böhranı ilə mübarizə tarixinə konkret və tarixi uğurlarla adını yazdırdı: Bakı sammitinin ən böyük qlobal tarixi uğuru iqlim maliyyəsi üzrə əldə edilən konsensus oldu.

İnkişaf etməkdə olan və iqlim dəyişikliyindən ən çox əziyyət çəkən ölkələrə dəstək məqsədilə 2035-ci ilə qədər 300 milyard dollar həcmində qlobal iqlim maliyyəsinin səfərbər olunması barədə tarixi razılaşma məhz Bakıda əldə edildi. Lakin ölkəmiz bununla da kifayətlənmədi. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) uğurlu ev sahibliyimiz bir daha bütün dünyanı əmin etdi ki, ölkəmiz bu məsuliyyəti missiyanı sona qədər, uğurla daşıyacaq. Bakıda 57 mindən çox iştirakçını birləşdirən bu forum, ölkəmizin həm paytaxt, həm də regionlar səviyyəsində şəhərsalma strategiyasını kökündən gücləndirdi.

Forumda tarixi sənəd – “Bakı Fəaliyyət Çağırışı” məhz Bakıda qəbul olundu. Dünyada kəskinləşən yaşayış sahəsi böhranına qarşı yönələn bu çağırış, təhlükəsiz, dayanıqlı və iqlim dəyişikliyinə davamlı mənzil təminatını qlobal inklüziv inkişafın hərəkətverici qüvvəsi elan etdi.

Qarabağ və Şərqi Zəngəzur: sıfır emissiyalı yaşıl zona

Azərbaycanın ekoloji strategiyasının ən qürurverici və genişmiqyaslı qolu işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilir. 30 ilə yaxın müddətdə ekosidə məruz qalan, meşələri qırılan və su mənbələri çirkləndirilən Qarabağ və Şərqi Zəngəzur bu gün böyük bir ekoloji renesans dövrünü yaşayır. Dövlətimizin başçısı tərəfindən işğaldan azad edilmiş ərazilərin “Yaşıl enerji zonası” elan edilməsi real əməllərlə sübut olunan strategiyadır. “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri alternativ enerji mənbələrindən istifadə, tullantıların idarə edilməsi müasir standartlara uyğun qurulur. Kəlbəcər və Laçındakı hidroelektrik stansiyalar (HES), Cəbrayıldakı günəş enerjisi layihələri bölgəni tamamilə ekoloji təmiz enerji ilə təmin etmək hədəfinə xidmət edir. İşğaldan azad edilmiş ərazilərdə yüzlərlə hektar sahədə yeni meşə zolaqları salınır, çayların ekoloji mühiti bərpa olunur.

Bakı “Yaşıl paytaxt”a çevrilir

Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edən Bakı, bu gün həm də öz daxili ekoloji simasını sürətlə dəyişir. Reallaşdırılan irimiqyaslı layihələrlə ölkəmiz yeni nəfəs alır. Böyükşor gölünün bərpası kimi lahiyələrlə reabilitasiyanın növbəti mərhələləri icra olunur, yeni parklar salınır. Şəhər nəqliyyatında elektrikli avtobusların (elektrobusların) payı sürətlə artırılır, mikromobillik (velosiped və skuter yolları) təşviq edilir. “Yaşıl marafon” və ağacəkmə kimi aksiyalar, yürüşlər reallaşdırılır. Bütün bunlar Azərbaycanın gələcək nəsillərə daha təmiz, daha yaşıl və yaşana bilən bir dünya qoymaq fəlsəfəsinin təzahürüdür.

Qorxmaz İBRAHİMLİ,
“Biosfer” İctimai Birliyinin sədri, ekoloq

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi etməsi ölkəmizin ekoloji gündəliyə verdiyi önəmin bariz göstəricisidir. Bu əlamətdar təşəbbüs Azərbaycanın ətraf mühitin qorunması, dayanıqlı inkişafın təşviqi və ekoloji maarifləndirmənin gücləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığa açıq və məsuliyyətli mövqe nümayiş etdirdiyini bir daha ortaya qoyur.

Uzun illər ölkəmizin Sovet imperiyasının işğalı altında qalması, Qarabağ və Şərqi Zəngəzurun ermənilər tərəfindən qəsb edilməsi ölkə ərazisinin amansız istismarına səbəb olub. Məlum olduğu kimi, bu gün “Ağ şəhər” adlanan ərazi vaxtilə “Qara şəhər” kimi tanınırdı. Bunun üçün Azərbaycan dövləti böyük investisiyalar yatırıb, ərazinin sənaye tullantılarından və radioaktiv maddələrdən təmizlənməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirib. Bu gün də həmin fəaliyyət ardıcıl şəkildə davam etdirilir.

Bu problemin həlli məqsədilə Azərbaycan dövləti məişət tullantılarının emalı üzrə müasir zavodlar inşa edib və bunun nəticəsində xeyli miqdarda tullantının təkrar emalı mümkün olub. Lakin məsələ yalnız tullantıların yığılması və emalı ilə məhdudlaşmır. Eyni zamanda, ekoloji maarifləndirmənin gücləndirilməsi, dəniz və sahilboyu ərazilərin təmiz saxlanılması, park və bağlarda təmizlik mədəniyyətinin formalaşdırılması, “Təmiz şəhər” və “Təmiz dünya” kimi təşəbbüslərin təşviqi mühüm əhəmiyyət daşıyır.

Əlimizdəki tullantını düzgün yerə atmaq vərdişi evimizdə təmizliyə riayət etmək qədər təbii qəbul olunmalıdır. Bunun üçün insanların düşüncə tərzində ciddi dəyişikliklər baş verməlidir. Həyata keçirilən hər bir layihə bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Məişət tullantılarının çeşidlənməsi və təkrar emalı da vacib istiqamətlərdən biridir.

Ümid edirəm ki, gələcəkdə bu sahədə qanunvericilik bazası daha da təkmilləşdiriləcək. Xüsusilə istifadə olunmuş batareyaların ətraf mühitə atılması ciddi təhlükə yaradır. Saat, tərəzi və digər məişət avadanlıqlarında istifadə olunan batareyalar xüsusi qaydada toplanmalı və emala göndərilməlidir. Dünyanın bir çox ölkəsində bu istiqamətdə uğurlu təcrübə mövcuddur.

Nurlan ABDALOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 İyun 2026 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see308

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see281

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see268

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see265

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see216

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see209

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see190

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

23 Sentyabr 2026 08:28see188

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see186

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see186

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see185

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see184

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see182

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see179

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see178

Tıxaclara görə BDU da dərslər onlayn keçiriləcək

23 Sentyabr 2026 07:36see176

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see175

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see174

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see173

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri