Icma.az
close
up
RU
Bakı Enerji Həftəsi regional və qlobal əhəmiyyət daşıyır

Bakı Enerji Həftəsi regional və qlobal əhəmiyyət daşıyır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycanda hər il keçirilən “Baku Energy Week” (Bakı Enerji Həftəsi) beynəlxalq müstəvidə böyük maraqla qarşılanır. Sayca 30-cu olan bu tədbir hər il bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycana cəmləşdirir. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu təsdiqləyir. Eyni zamanda, dünyanın aparıcı ölkələrinin liderlərinin, beynəlxalq qurumların rəhbərlərinin ünvanladıqları məktublar da onların bu tədbirə vacib əhəmiyyət verdiklərini göstərir.

Ötən illər ərzində “Baku Energy Week” həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşaraq, qlobal tədbirlər arasında mühüm hadisələrdən birinə çevrilib.

“Baku Energy Week” özündə üç mötəbər tədbiri birləşdirir: 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”.

“Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, “Baku Energy Forum” isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil edilib.

Sərgilər çərçivəsində təşkil edilən ənənəvi ikitərəfli işgüzar görüşlər (B2B və B2G) zamanı yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə etmək imkanını əldə edirlər. Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş fürsəti qazanırlar. Tədbir çərçivəsində uzunmüddətli əməkdaşlığın gücləndirilməsi məqsədilə bir sıra Anlaşma Memorandumlarının imzalanması da nəzərdə tutulur.

Qeyd edək ki, sərgi çərçivəsində sessiyalar və panel müzakirələrin keçirilməsi nəzərdə tutulub. Belə ki, “Enerji sənayesində davamlılıq”, “Karbon emissiyasının azaldılması istiqamətində alternativ enerji kimi nüvə enerjisinin rolu”, “Təcrübə mübadiləsi: Gənc istedadları cəlb etmək və inkişaf etdirmək üçün ən yaxşı HR təcrübələri”, “Enerjidə innovasiyalar: Gələcəyin sənayesinin formalaşmasında təhsilin rolu”, “Enerjinin səsi” mövzularında panel müzakirələri keçiriləcək.

“Baku Energy Week” öz əsasını müstəqil Azərbaycanın beynəlxalq ixtisaslaşmış sərgisi olan “Caspian Oil and Gas” sərgisindən alır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış bu tədbir Prezident İlham Əliyevin dəstəyi ilə dünyanın ən nüfuzlu enerji tədbirlərindən birinə çevrilib.

“Caspian Oil and Gas” regionun enerji sektorunun inkişafında mühüm rol oynayaraq, 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi”nin müjdəçisi oldu. “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənməsi ilə bağlı sazişin imzalanmasından hələ bir neçə ay əvvəl danışıqların nəticəsi qeyri-müəyyən idi. Məhz bu zaman Ulu öndər Heydər Əliyevin təşəbbüsü, səyi və təşkilatçılığı ilə Bakıda ilk dəfə neft-qaz sərgisi keçirildi. 2012-ci ildə sərginin açılışında çıxış edən Prezident İlham Əliyev həmin dövrü belə xatırlayır: “O sərgi 1994-cü ildə təşkil edilmişdi. Birinci sərginin Azərbaycanın nəinki neft-qaz sənayesində, ümumi inkişafında çox böyük rolu olub. Çünki Azərbaycan gənc müstəqil dövlət idi. Dünyaya hələ özünü tanıtdıra bilməmişdi. Azərbaycanın zəngin neft-qaz yataqları haqqında, əlbəttə ki, mütəxəssis dairələrində bilgilər var idi. Ancaq geniş biznes dairələri bundan xəbərsiz idi. Məhz sərginin 1994-cü ildə keçirilməsi ilə Azərbaycanın imkanları, xüsusilə neft sektorundakı imkanları dünyaya təqdim edildi. Azərbaycana çox böyük maraq göstərilməyə başlandı. Təsadüfi deyil ki, sərgidən bir neçə ay sonra “Əsrin kontraktı” imzalandı ki, bu gün biz hamımız onun nəticələrini görməkdəyik”.

Yarandığı gündən etibarən, “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı məkana çevrilib. Keçirildiyi 30 il ərzində “Baku Energy Week” Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə vermiş, dünyanın 80 ölkəsindən 9000-dən çox şirkəti, 170 mindən artıq ziyarətçini cəlb edib.

Bu il “Baku Energy Week” 39 ölkədən 267 şirkəti qəbul edir. Ölkələr arasında Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Şimali İrlandiya, Bolqarıstan, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İsrail, İsveçrə, İtaliya, Qazaxıstan, Qvineya-Bisau, Lüksemburq, Macarıstan, Misir, Monako, Niderland, Norveç, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya iştirak edir. Almaniya Federativ Respublikası Milli pavilyon ilə iştirak edir.

Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 70 faizini xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Sərginin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40 faizini əhatə edir. Ənənəvi olaraq, onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər.

13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” sərgisində beynəlxalq və yerli şirkətlərin energetika və yaşıl enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olacaq. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri, enerji resurslarına qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş ediləcək.

Azərbaycan dünyanın enerji siyasətində, enerji təhlükəsizliyində təkcə ənənəvi enerji ilə deyil, həm də yaşıl enerji potensialı ilə mühüm oyunçuya çevrilir. Prezident İlham Əliyevin 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimindəki çıxışında söylədiyi kimi, ölkəmizin yaşıl enerji gündəliyi çox genişdir: “Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər, məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da bizim məsuliyyətimizi nümayiş etdirir”.

Dövlət başçısı, həmçinin bildirib ki, bütün bu yaşıl enerji potensialımız nəticəsində biz Azərbaycanın elektrik enerjisinə artan tələbatını məhz bərpaolunan enerji hesabına təmin edəcəyik.

Ümumiyyətlə, yaşıl enerjiyə keçid Azərbaycanda enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkənin “yaşıl enerji” mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq aparılan islahatların əsas məqsədidir. Ölkəmiz 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmaq və enerji istehsalında bərpaolunan mənbələrin payını 2030-cu ilə qədər 30 faizə çatdırmaq kimi mühüm məqsədlər müəyyən edib. Bu məqsədə çatmaq üçün günəş, külək və bioenerji kimi mənbələrin istifadəsi artırılır. Xüsusilə, azad edilmiş ərazilərdə böyük yaşıl enerji layihələri reallaşdırılır. Bərpaolunan enerjidə Azərbaycanın texniki potensialı quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. 2030-cu ilə qədər təxminən altı giqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır. Bütün bu amillər, Azərbaycanın malik olduğu böyük potensial ölkəmizi əməkdaşlıq üçün daha cəlbedici edir.

Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı bildirib ki, Bakı Enerji Həftəsi dünyanın aparıcı enerji şirkətlərinin rəhbərlərin, dövlət rəsmilərinin, beyin mərkəzlərinin əməkdaşlarının qatıldığı mühüm platformaya çevrilib. Bu məlumatların bölüşdürülməsi, potensialın təqdim olunması və çağırışların müzakirəsi üçün ciddi bir imkandır: “Enerji həftəsi çərçivəsində keçirilən tədbirlər, sessiyalar qlobal eneji məsələlərinin müzakirəsinə imkanlar yaradır. Enerji sahəsində dövlət-özəl əməkdaşlığının gücləndirilməsi, yeni ideyaların müzakirəsi bu sahədə real və səmərəli addımların atılmasına gətirib çıxaracaq ki, bu, innovasiya və texnologiyaların təyinatı baxımından da vacibdir”.

Deputat bildirib ki, yaxın illərdə Azərbaycan Avropa İttifaqına yaşıl enerji ixracı həyata keçirəcək. Bu, enerji keçidi çərçivəsində ölkəmizdə həyata keçirilən fəaliyyətlərin nəticəsi kimi qiymətləndirilməlidir: “Azərbaycan böyük günəş və külək enerjisi potensialı ilə regionun enerji təhlükəsizliyinin formalaşmasına yaxından dəstək olacaq.

Enerji sahəsində ən vacib məqamlardan biri innovativ dəyişikliklərdir. Bakı Enerji Həftəsi yeni texnologiyalarının şirkətlər tərəfindən təqdim edilməsi və bu sahədə dördüncü sənaye inqilabının nəticələrinin müzakirəsinə də imkan yaradır. Bu baxımdan Bakı Enerji Həftəsi regional və qlobal əhəmiyyət daşımaqla yanaşı, Azərbaycanın bu sahədəki potensial və imkanlarının təqdim olunması üçün önəmli rol oynayır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://525.az
archiveBu xəbər 03 İyun 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see358

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see338

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see318

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see318

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see283

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see279

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see268

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see262

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see224

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see210

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see209

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see205

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see203

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see199

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see197

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see196

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see194

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see185

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri