Icma.az
close
up
RU
Bakı enerji və nəqliyyat siyasətini suverenlik prinsipi əsasında həyata keçirir MÜNASİBƏT BİLDİRİLDİ

Bakı enerji və nəqliyyat siyasətini suverenlik prinsipi əsasında həyata keçirir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində ABŞ şirkətinin Zəngəzur dəhlizi layihəsində roluna dair yayılan xəbərlərə münasibət bildirib. Hacıyev qeyd edib ki, bu məsələ Ermənistanın qərarına bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: “”Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu, onların işidir. Biz isə öz üzərimizə düşəni edirik: Gürcüstan, İran və Rusiya ilə nəqliyyat əlaqələrimizi gücləndiririk. Bu layihələr bütün bölgəyə fayda verəcək. Əgər Ermənistan istəsə, biz Transqafqaz dəhlizi üzərində birgə işləməyə hazırıq”, – deyə o, vurğulayıb.

Hacıyevin bu sözləri, Bakının birbaşa İrəvana, dolayı yolla isə Vaşintona cavabı kimi qiymətləndirilə bilər. Məlum olduğu kimi, qısa müddət öncə İspaniyanın “Periodista Digital” nəşrində yayılan mübahisəli məqalədə Ermənistan hökumətinin Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinə nəzarəti ABŞ-a verməyə razılaşdığı iddia edildi. Nəşr yazır ki, hətta bu istiqamətdə memorandum imzalanıb və sənəd Ermənistanın Sünik rayonu (Zəngəzur-.red) ərazisindən keçməklə, Azərbaycanın Naxçıvanla birləşdirəcək 42 kilometr uzunluğunda nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur. Marşruta da müvəqqəti olaraq “Tramp körpüsü” adı verilib.

Ən diqqətçəkən məqam isə dəhlizin özəl Amerika şirkəti tərəfindən idarə olunması iddiasıdır. Burada söhbət nizami ordudan yox, 1000-ə yaxın döyüşçüdən ibarət özəl hərbi şirkətdən gedir. Bu qüvvələr dəhlizin təhlükəsizliyini təmin edəcək və marşrutdan əldə olunan gəlirin yalnız 30%-i İrəvana veriləcək.

Nəşrin iddiasına görə, memorandum artıq Ermənistan, Azərbaycan və ABŞ tərəfindən təsdiqlənib. Lakin Hikmət Hacıyevin açıqlamasından belə nəticə çıxarmaq olar ki, ortada təsdiqlənmiş bir sənəd yoxdur. İstisna deyil ki, Vaşinqton tərəflərə bu məzmunda memorandum təklif edib və müəyyən təzyiqlər də göstərib. Ancaq bütün bunlara rəğmən, İrəvandan fərqli olaraq Bakının belə bir təklifi qəbul etməsi gözlənilmir.
Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı siyasəti praqmatik və çoxvektorlu xarakter daşıyır. Bakı regional iqtisadi inteqrasiyanı təşviq edir, eyni zamanda təhlükəsizlik risklərini qabaqcadan nəzərə alaraq ehtiyatlı addımlar atır. ABŞ və Ermənistan arasında imzalanmış memorandumun detallarına rəsmi təsdiq verilməsə də, belə bir gediş Azərbaycanın maraqlarına uyğun deyil. Xüsusilə də 1000 nəfərdən ibarət özəl hərbi şirkətin dəhlizə nəzarət etməsi məsələsi…

ABŞ-ın layihəyə hərbi komponent əlavə etməsi, regionda güc balansını dəyişməyə yönəlməsi Azərbaycanın maraqlarına uyğun gəlmir. Əgər Bakı dəhlizə nəzarəti başqa ölkəyə vermək niyyətində olsaydı, Rusiya ilə əməkdaşlığı davam etdirərdi. Bu baxımdan, Hikmət Hacıyevin açıqlaması Azərbaycanın ABŞ təklifinə birbaşa “yox” demədən, məsafəli və ehtiyatlı yanaşdığını göstərir. Azərbaycan tərəfi açıq şəkildə bildirir ki, Ermənistanın dəhlizdə kiminlə işləmək istəməsi onun seçimidir. Bakı isə enerji və nəqliyyat siyasətini suverenlik prinsipi əsasında həyata keçirir.

Bakı alternativ marşrutlar üzərində işləməklə həm siyasi çevikliyini qoruyur, həm də İrəvanla aparılan müzakirələrdə təzyiq imkanlarını artırır. Hacıyevin, “Gürcüstan, İran və Rusiya ilə nəqliyyat əlaqələrimizi gücləndiririk. Bu layihələr bütün bölgəyə fayda verəcək. Əgər Ermənistan istəsə, biz Transqafqaz dəhlizi üzərində birgə işləməyə hazırıq”, – sözləri bunu təsdiqləyir.

Hacıyev açıqlamasında İran və Gürcüstanı xüsusi olaraq qeyd edir ki, bu da təsadüfi deyil. Azərbaycan Zəngəzur dəhlizinin alternativ marşrutlarını məhz bu iki ölkə istiqamətində inkişaf etdirir. İran vasitəsilə Naxçıvanla quru bağlantının gücləndirilməsi, eləcə də Gürcüstan üzərindən Avropa bazarlarına çıxış imkanı ölkəmizin manevr sahəsini genişləndirir. Prezidentin köməkçisi hələ 2023-cü ildə “Politico” nəşrinə müsahibəsində demişdi: “Tərəflər Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gələ bilmədikdən sonra, layihə bizim üçün cəlbediciliyini itirib. Biz bunu İranla yerinə yetirə bilərik Məsələ hələ də masanın üstündədir, lakin Ermənistan tərəfi bununla həqiqətən maraqlandıqlarını göstərmək üçün tələb edəcək”.

Bakı həmçinin bilir ki, İran ABŞ-ın regiondakı hərbi varlığına qarşı sərt reaksiya verəcək. Bu səbəbdən “topu” İrəvana ataraq bir daha alternativ marşrutlara üstünlük verdiyi mesajını çatdırır. Bununla da İran və Rusiyanın ehtimal olunan reaksiyalarından özünü sığortalayır.

Nəticə etibarilə, Hikmət Hacıyevin açıqlaması göstərir ki, Bakı üçün əsas məsələ suverenliyə hörmət, regional əməkdaşlıq və uzunmüddətli sabitliyin təmin olunmasıdır. ABŞ-Ermənistan memorandumu olsun, ya da olmasın, Azərbaycan öz yolunu seçir. Zəngəzur dəhlizinin hansısa xarici ölkə və ya beynəlxalq şirkətin nəzarətinə verilməsinə isə isti yanaşmır. Hətta belə şərtlərlə dəhlizin açılması məsələsi gündəmdən çıxarıla və prosesdə arxa plana keçə bilər”.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:23
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 İyul 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın Zəngəzur dəhlizi ilə bağlı dəyişməz mövqeyi

28 İyul 2025 06:35see697

İxtisas seçimi bu il gec başlayacaq? RƏSMİ

28 İyul 2025 14:45see168

Mingəçevirdə zəlzələ qeydə alındı

28 İyul 2025 06:24see134

Almaniya hərbi büdcəsini iki dəfə artırır

29 İyul 2025 08:02see122

Mançester Yunayted müqavilə müddətini uzatdığı qapıçısını icarəyə göndərib

28 İyul 2025 22:46see121

“Embraer 190” hava təhlükəsi yaşadı Xəzər üzərində həyəcan

28 İyul 2025 07:17see120

Bakıda kişi iki manata görə arvadını döydü

28 İyul 2025 09:51see120

Nəhayət, gözləntilər sona çatır: Şrek franşizası yeni filmlə qayıdır

29 İyul 2025 06:48see119

Əfqanıstan səfirliyindən Rusiyaya cavab: “Ədəbsiz mahnını himn saymaq olmaz”

29 İyul 2025 00:35see118

Milan ın hücumçusu rəsmən Cenoa da

28 İyul 2025 23:33see118

“Hücumçu almaq istəyirik” “Qarabağ”ın prezidenti

28 İyul 2025 19:04see117

Novxanı çimərliyində iki nəfər boğulub öldü

28 İyul 2025 09:24see117

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü VİDEO

28 İyul 2025 22:47see117

Xıdırlıya qayıdan sakin: Elə hadisələrin şahidi olduq ki, qələmə alsalar, bir kitab çıxar

29 İyul 2025 06:56see117

Zəngəzur dəhlizinin taleyi məsələsi nə iqtisadi, nə də siyasi yanaşma ilə həll olunmayacaq

28 İyul 2025 17:54see117

Yeniyetmələr süni intellektlə romantik münasibət yaşayırlar ARAŞDIRMA

28 İyul 2025 05:14see116

Qvardioladan Barselona açıqlaması

28 İyul 2025 14:47see114

Kobi Brayantın ayaqqabısı 240 min dollara satıldı

29 İyul 2025 06:16see112

Rusiya qazı üçün nəzərdə tutulmuşdu, ilk dəfə Azərbaycan istifadə etdi

28 İyul 2025 15:43see109

Tom Kruzun yeni sevgilisi tənqidə tuş gəlib

29 İyul 2025 08:29see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri