Bakı Fond Birjası Listinq Məsləhət Proqramını yeniləyib
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Məsləhət Proqramı (LMP) yenilənib.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, artıq Birjanın üzvü olan 9 investisiya şirkəti ("Assist Finance", "Capital Partners", "CPM-İnvest", "CFI Financial", "Xalq Kapital", "İnvest-AZ", "PAŞA Kapital", "PSG-Kapital" və "Unicapital") yeni proqrama qoşulublar.
"BFB-nin əsas məqsədi yerli kapital bazarının artımına təkan verməkdir. Bu istiqamətdə potensial emitentlərlə (qiymətli kağızları buraxmaq istəyən şirkət) danışıqlar aparan Birja ona üzv olan və LMP proqramına qoşulan investisiya şirkətləri ilə əməkdaşlıq edərək potensial emitentləri investisiya şirkətlərinə yönləndirir.
BFB kapital bazarının inkişafını, habelə onun şəffaflıq və obyektivliyini dəstəkləyən emitentləri və investisiya şirkətlərini LMP-də birləşdirir. Proqramın əsas məqsədi ölkə iqtisadiyyatının müxtəlif sektorlarında qiymətli kağız buraxmaq istəyən şirkətlərin Birjanın mövcud bazar seqmentlərinin tələblərinə cavab verəcək səviyyədə hazırlanmasına, maliyyə şəffaflığının təşviqi məqsədi ilə hesabatlılığın təmin edilməsinə, korporativ idarə etmənin təkmilləşdirilməsinə, kapital bazarlarından əlverişli şərtlərlə maliyyə vəsaitlərinin cəlb etməsinə dəstək verməkdir", - deyə məlumatda qeyd olunub.
Baxış sayı:63
Bu xəbər 03 Dekabr 2024 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















