Bakı Fond Birjası nın dövriyyəsi 35% dən çox azalıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Bu ilin yanvar–iyul aylarında “Bakı Fond Birjası”nın (BFB) ümumi dövriyyəsi 26,028 milyard manat təşkil edib.
“APA-Economics” bu barədə BFB-yə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 35,3% azalıb.
Hesabat dövründə BFB-də bağlanmış əqdlərin sayı 40 559 təşkil edib. Dövlət qiymətli kağızları üzrə bağlanmış əqdlərin ümumi həcmi 727,9 milyon manat, Mərkəzi Bankın (ARMB) notları üzrə bağlanmış əqdlərin həcmi 1,154 milyard manat, korporativ qiymətli kağızların həcmi isə 405,6 milyon manat, ipoteka istiqrazlarının həcmi isə 608,3 milyon manat olub.
Birjada ən böyük dövriyyə isə repo əməliyyatlarının payına düşüb. Belə ki, yanvar–iyul aylarında bu alətlər üzrə bağlanmış əqdlərin ümumi həcmi 23,1 milyard manat təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 05 Avqust 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















