Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Bakı ilə Daşkənd bütün istiqamətlər üzrə maraqları üst üstə düşən müttəfiqlərdir ŞƏRH

Bakı ilə Daşkənd bütün istiqamətlər üzrə maraqları üst üstə düşən müttəfiqlərdir ŞƏRH

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 3 iyul, AZƏRTAC

Azərbaycan və Özbəkistan münasibətləri hər zaman yüksələn xətlə inkişaf edib. Şavkat Mirziyoyevin ölkəmizdə budəfəki dövlət səfəri zamanı bir daha aydın oldu ki, Bakı ilə Daşkənd bütün istiqamətlər üzrə maraqları üst-üstə düşən müttəfiqlərdir. Dövlət başçılarının intensiv xarakter alan qarşılıqlı səfərləri, imzalanan sənədlər əlaqələrimizi daha da möhkəmləndirib. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 2022-ci ilin yayında Daşkəndə səfəri zamanı əməkdaşlığın 40-a yaxın sahəsini əhatə edən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Bəyannamə əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

O bildirib ki, Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Ölkələrimiz arasında Ali Dövlətlərarası Şura yaradılıb. İki gün əvvəl Şuranın ikinci iclası keçirildi və dövlət başçıları Ali Dövlətlərarası Şurasının ikinci iclasının Qərarını imzaladılar. Eyni zamanda, ikitərəfli münasibətlərin yeni istiqamətini müəyyən edən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” də artıq ikinci ildir qüvvədədir. Mətbuata birgə bəyanat zamanı dövlətimizin başçısı ölkələrimizin ötən il Daşkənddə rəsmən müttəfiq olduğunu bir daha bəyan etdi.

Bakı ilə Daşkəndin həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyini vurğulayan deputat deyib: “Ölkələrimiz arasında iqtisadi-ticari və logistika sahəsində əməkdaşlıq da genişlənir. Belə ki, 2025-ci ilin əvvəlindən ölkələrimiz arasında ticarət dövriyyəsi 40 faiz artıb. 2030-cu ilədək bu rəqəmin bir milyard dollara çatdırılması nəzərdə tutulur. Hazırda Özbəkistan-Azərbaycan İnvestisiya Fondu fəaliyyət göstərir. Azərbaycan və Özbəkistan nəqliyyat dəhlizlərinin inkişafına da xüsusi diqqət yetirirlər. Daşkənd Bakının infrastrukturundan istifadə edərək öz marşrutlarını getdikcə daha çox Trans-Xəzər istiqamətinə inteqrasiya edir. Budəfəki səfər zamanı Azərbaycan və Özbəkistan müntəzəm dialoqun aparılması və qonşu ölkələrlə nəqliyyat siyasətinin koordinasiyası üzrə razılığa gəldi. Prezident İlham Əliyev də bəyan etdi ki, “biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”.

N.Məmmədova qeyd edib ki, bərpaolunan enerji sahəsində işbirliyi də tərəflərin marağında olan əməkdaşlıq istiqamətidir. Qardaş Özbəkistan həm də Qarabağ və Şərqi Zəngəzurun bərpasına töhfə verən ilk ölkələrdəndir. 2023-cü ildə Qarabağın Füzuli şəhərində Özbəkistan tərəfindən inşa edilən məktəb istifadəyə verilib. Eyni zamanda, Azərbaycan ilə Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkənin prezidentlərinin tapşırıqlarına əsasən, Xankəndidə tikiş fabriki fəaliyyət göstərir. Ötən gün dövlət başçıları yenidən sözügedən müəssisədə oldular. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim keçmiş 250 nəfər hazırda işlə təmin olunub. Ümumilikdə müəssisədə 500 iş yeri yaradılacaq. Fabrikdə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlar işlə təmin olunurlar. Bu da qardaş Özbəkistanın azad olunmuş ərazilərə qayıdan soydaşlarımızın sosial rifahının yaxşılaşmasına töhfəsidir.

“Budəfəki səfər zamanı həm də Özbəkistanın Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılış mərasimi keçirildi. Səfər zamanı ölkələrimiz arasında yeni əməkdaşlıq sənədləri imzalandı. Hesab edirəm ki, bu səfər ikitərəfli əməkdaşlığın inkişafını daha da dərinləşdirəcək. Yeri gəlmişkən, iki gün öncə Xivə şəhərində ilk Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu uğurla keçirildi. Müxtəlif mövzularda müzakirələr aparıldı. Bu Forum münasibətlərin tam fərqli səviyyəsidir. Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu təkcə tarixi hadisə deyil, həm də iki ölkənin parlamentlərarası əməkdaşlığını yeni səviyyəyə qaldıracaq mühüm platformadır. Dövlətlərimizin rəhbərlərinin siyasi iradəsinə əsaslanan, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan parlamentlərarası formatda əməkdaşlığın yeni səhifəsi açılır. Danışıqlar vasitəsilə parlamentlərimiz yeni formatda dövlətlərarası münasibətlərin dərinləşməsinə və hərtərəfli inkişafına təkan vermək niyyətindədir. Bu Forum parlamentlərarası dialoq üçün mühüm platforma olmaqla yanaşı, həm də iki ölkə arasında ümumi inkişaf perspektivlərini müəyyən edən, sıx əməkdaşlığı praktiki məzmunla zənginləşdirən mühüm reallıq kimi tarixə düşdü”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyul 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see642

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see315

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see300

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see288

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see285

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see272

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see265

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see264

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see259

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see256

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see246

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see242

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see222

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see213

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see212

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see212

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see206

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see201

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see198

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri