Icma.az
close
up
RU
Bakı ilə Sumqayıt arasında metro stansiyaları tikilsin Millət vəkilindən TƏKLİF

Bakı ilə Sumqayıt arasında metro stansiyaları tikilsin Millət vəkilindən TƏKLİF

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Məsafəyə görə ödənişi təşkil eləmək çox mürəkkəb məsələdir. Nə cür müəyyən edəcəklər - vaqona minən adam "İçərişəhər"dən "Sahil" metrosuna gedir, yoxsa "Dərnəgül" metrosuna? Bunu etməyə də ehtiyac yoxdur".

Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə Bakı metrosunda gediş haqqı sistemində differensial qaydada ödəniş üsullarının, yəni məsafəyə görə ödənişin tətbiq edilməsinin gələcəkdə nəzərdə tutula biləcəyi barədə açıqlamaya münasibət bildirərkən dedi.

"Onsuz da qatarlar hərəkət edirlər, ara məsafəni azaltmaqla, eyni zamanda çox sayda yeni metro stansiyaları işə salmaqla hesab edirəm ki, artıq sıxlıq azalacaq və insanlar daha çox rahatlıq tapacaqlar. Amma ödəniş məsələsində mən çox istəyərdim ki, elə bank kartı ilə ödəniş mümkün olsun. Necə ki, artıq bir çox yerlərdə bunu etmək mümkündür.

Eyni zamanda, Bakı metrosu müəyyən müddət üçün ödəniş kartı da buraxa bilər. Məsələn, bir ay üçün ödəniş kartı 30 günün yox, 25 günün pulu ilə əldə edilsin və həm "Bakı Metropoliteni" vəsaiti əvvəldən toplayır, eyni zamanda da insanlar azacıq da olsa qənaət edirlər. Digər tərəfdən, üç aylıq, altı aylıq, bir illik kartlar buraxmaq olar ki, insanlar hiss etsinlər ki, daha uzunmüddətli kart əldə edəndə az ödəyirlər. Bu isə əlbəttə ki, metropolitenin maliyyə vəziyyətinin düzəlməsinə, insanların da müəyyən qənaət etməsinə gətirib çıxara bilər".

Millət vəkili vurğuladı ki, dövlətimiz "Bakı Metropoliteni"nin inkişafına çox böyük diqqət edir:

"Vaxtaşırı biz yeni metro stansiyalarının tikintisinə dair xəbərlər eşidirik. Həmçinin coğrafiyası genişlənir. Hətta mən arzu edərdim ki, gələcəkdə Bakı ilə Sumqayıt arasında da metro stansiyaları tikilsin ki, insanlar rahatlıqla bu metoddan istifadə etsinlər. Bir sözlə, dövlətimiz bu gün bütün sahələrdə olduğu kimi metropolitenin inkişafını da diqqətdə saxlayır və yenilikləri biz görürük".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Noyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see704

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see317

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see315

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see260

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see198

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see178

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see165

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see148

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see146

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see144

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see126

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri