Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Bakı ilk dəfə bu yarışa ev sahibliyi edəcək

Bakı ilk dəfə bu yarışa ev sahibliyi edəcək

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Sentyabrın 5-də Bakıda Azərbaycan idman tarixində ilk dəfə “Alufar İronman 70.3 BAKU” triatlon yarışı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutacaq.

“İronman 70.3” triatlon seriyasının Bakıda keçirilməsi Azərbaycan idmanında mühüm hadisələrdən biridir. Bununla Bakı beynəlxalq “İronman 70.3” yarışlarına ev sahibliyi edən şəhərlər sırasına daxil olur. Yarışda 62 ölkədən idmançıların iştirakı gözlənilir. Ümumilikdə isə 1500 iştirakçının yarışa qatılacağı nəzərdə tutulur.

“İronman 70.3” üzgüçülük, velosiped və qaçış mərhələlərindən ibarət beynəlxalq triatlon yarışıdır.
İştirakçıları Xəzər dənizində 1,9 kilometrlik üzgüçülük mərhələsi gözləyir. Uzunluğu 90,1 kilometr olan velosiped mərhələsi Bakının müxtəlif ərazilərindən keçərək şəhərin fərqli mənzərələrini əhatə edəcək. 21,1 kilometrlik qaçış mərhələsi isə Bakı Bulvarı boyunca təşkil olunacaq. İştirakçılar “Yeddi gözəl” fəvvarəsinin yaxınlığında finiş xəttinə çatacaqlar.

Kişi və qadın kateqoriyalarında ilk 25 yeri tutan idmançılar 2027-ci ildə ABŞ-da keçiriləcək “İronman 70.3” Triatlon üzrə Dünya Çempionatına vəsiqə qazanacaqlar.

Qeyd edək ki, “İronman” dünyanın ən tanınmış beynəlxalq triatlon seriyalarından biridir. İlk yarış 1978-ci ildə Havay adalarında keçirilib.

Həmçinin, “İronman” həftəsi çərçivəsində sentyabrın 4-də müxtəlif yaş qrupları üçün “İronkids” və “Fun Run” qaçışları keçiriləcək. “İronkids” yarışında 5–8 yaşlı uşaqlar 500 metr, 9–13 yaşlı iştirakçılar 1 kilometr, 14–17 yaşlı iştirakçılar isə 2 kilometr məsafə qət edəcəklər. 5 kilometrlik “Fun Run” qaçışında isə 18 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər.

Əsas triatlon yarışı ilə yanaşı, bu tədbirlər “İronman” həftəsinin proqramını genişləndirərək müxtəlif yaş qruplarından iştirakçıları bir araya gətirəcək.

Xatırladaq ki, Bakı 2026-cı ildə ilk dəfə Dünya İdman Paytaxtı statusunu daşıyır. “Alufar İronman 70.3 BAKU” yarışının keçirilməsi Bakının beynəlxalq idman tədbirlərinə ev sahibliyi edən şəhər kimi mövqeyini daha da möhkəmləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 Avqust 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see750

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see710

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see710

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see522

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see522

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see507

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see491

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see421

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see372

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see363

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see363

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see356

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see351

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see345

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see343

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see338

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see337

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see333

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see324

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see314
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri