Icma.az
close
up
RU
Bakı Kitab Mərkəzində SOCAR ın dəstəyi ilə hazırlanmış “Qara qızılın sirri” adlı kitabın təqdimatı keçirilib

Bakı Kitab Mərkəzində SOCAR ın dəstəyi ilə hazırlanmış “Qara qızılın sirri” adlı kitabın təqdimatı keçirilib

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı Kitab Mərkəzində SOCAR-ın dəstəyi ilə hazırlanmış “Qara qızılın sirri” adlı kitabın təqdimatı keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəxri qonaq qismində iştirak etdiyi tədbirdə ilk öncə Şəhid və Vətən müharibəsi veteranlarının övladları üçün qısa tur təşkil edilib.

Daha sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin vokal dərnəyinin üzvləri Tofiq Quliyevin “Dostluq Mahnısı”nı ifa edib, həmçinin “Sənət” incəsənət mərkəzinin bədii qrupu “Dəniz” rəqsini təqdim edib.

Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı, SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova və kitabın müəllifi, Əməkdar artist Bəhram Bağırzadə qonaqları salamlayaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya tədbirdə iştirakına və göstərdiyi diqqətə görə təşəkkürlərini bildiriblər. “Qara qızılın sirri” kitabı barədə fikirlərini bölüşən çıxışçılar Azərbaycanın neft tarixindən bəhs edən nəşrin əhəmiyyətini qeyd edib, kitabın növbəti cildinin ölkəmizin yeni enerji strategiyasının müəllifi, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nə həsr ediləcəyini ifadə ediblər.  

Tədbirdə Şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının dövlətimiz tərəfindən xüsusi qayğı ilə əhatə olunduqları vurğulanıb. Tarixi zəfərlərimizin memarı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli ordumuza minnətdarlıq ifadə edilib. Heydər Əliyev Fondu tərəfindən Şəhid ailələrinə və müharibə veteranlarına göstərilən davamlı diqqət xüsusi vurğulanaraq Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın bu kimi layihələrdə şəxsən iştirakının tədbirləri daha da əlamətdar etdiyi bildirilib.

Təqdimatın “Oxu saatı” hissəsində SOCAR könüllüləri tərəfindən uşaqlara “Qara qızılın sirri” kitabından parçalar səsləndirilib.

Tədbir çərçivəsində kitabın müəllifi Bəhram Bağırzadə uşaqlar üçün xüsusi imzalama sessiyası keçirib.

Sonda uşaqlara hədiyyələr təqdim olunub.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:29
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Dekabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2008

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see227

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see200

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see187

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri