“Bakı Marafonu”nda voleybol oynayıb hədiyyə qazandılar Fotolar
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2025”də Azərbaycan Voleybol Federasiyası (AVF) da yaxından iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, “Küləyə qalib gəl” şüarı ilə keçirilən Bakı Marafonunda AVF voleybolçuların və şəhər sakinlərinin iştirakı ilə festival təşkil edib.
Festivalda federasiyanın prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov və federasiya nümayəndələri iştirak ediblər.
Festival çərçivəsində Dövlət Bayrağı Meydanında ayrılan xüsusi ərazidə AVF tərəfindən dörd ədəd voleybol toru quraşdırılıb.
Burada paytaxt sakinləri və voleybolçular arasında oyunlar keçirilib. Festivalda daha fəal iştirak edən şəhər sakinlərinə AVF tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. Voleybolçuların imzası olan top isə federasiya tərəfindən “Baku Marathon Club”a təqdim olunub.
Daha sonra AVF rəhbərliyi, əməkdaşlar və voleybolçular Bakı Marafonuna qatılıblar.
Qeyd edək ki, festivalda ümumilikdə 500-dən çox voleybolçu və 300-dən çox paytaxt sakini iştirak edib.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 04 May 2025 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















