Bakı metrosunun keçidlərində NFC dəstəkləyən bank kartları ilə test rejimində ödəniş imkanı yaradılıb
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı metropolitenində keçid zamanı test rejimində NFC texnologiyasını dəstəkləyən bütün yerli bank kartları, eləcə də Apple Pay və Google Pay vasitəsilə ödəniş etmək mümkündür.
Bu barədə XQ-yə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
"Yenilik hazırda Bənövşəyi xəttin bütün stansiyalarında - "Xocəsən", "Avtovağzal", "Memar Əcəmi" və "8 Noyabr"da - sınaq mərhələsində tətbiq olunur və yaxın zamanda bütün xətlər üzrə aktivləşdiriləcək.
Sınaq mərhələsində texniki çətinliklərlə qarşılaşdıqda, sərnişinlər "BakıKart" və ya digər mövcud ödəniş üsullarından istifadə edə bilərlər", - deyə qeyd olunub.
Bu mövzuda digər xəbərlər:Metroda NFC ilə ödəniş imkanı yaradılıb
01 Noyabr 2025 13:54
Avtobuslarda NFC ilə ödəniş məhdudlaşdırılıb? AÇIQLAMA
05 Yanvar 2026 13:21
“BakuBus” avtobuslarında NFC ilə ödəniş tam aktivləşdirildi
25 Dekabr 2025 09:59
Artıq bütün avtobuslarda NFC ilə ödəniş edə BİLƏCƏYİK
29 Dekabr 2025 10:14
Nəqliyyatda bank kartları ilə ödəniş edə biləcəyik
11 İyun 2025 13:23
Baxış sayı:146
Bu xəbər 01 Noyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















