Bakı Musiqi Akademiyasının professorları beynəlxalq müsabiqənin münsiflər heyətində yer alıblar
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 20 noyabr, AZƏRTAC
İspaniyada VIIl Beynəlxalq "World Harmony" müsabiqəsi uğurla başa çatıb.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasından (BMA) AZƏRTAC-a verilən məlumata görə, gənc və istedadlı musiqiçilərin yaradıcılıq inkişafını hədəfləyən tədbirdə Gürcüstan, İspaniya, Litva və Türkiyə olmaqla bir neçə ölkədən gənc iştirakçılar bir araya gəliblər.
Qeyd edək ki, beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvləri sırasında Azərbaycan üzrə Əməkdar müəllim, BMA Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, Əməkdar müəllim, professor Hökumə Əliyeva yer alıblar.
Müsabiqə çərçivəsində 4 yaş kateqoriyası üzrə müxtəlif nominasiyalar – fortepiano, nəfəs alətləri, simli alətlər və ansambl ifaçılığı üzrə çıxışlar nümayiş etdirilib. Gənc musiqiçilərin səhnə mədəniyyəti, ifa bacarığı və yaradıcılıq potensialı beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Müsabiqə-festivalın yekununda iştirakçılar müvafiq adlar, diplomlar və sertifikatlarla təltif olunublar. Bu müsabiqə gənc musiqiçilərin bacarıqlarını nümayiş etdirmək və beynəlxalq səviyyədə tanıtmaq baxımından mühüm platformaya çevrilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 20 Noyabr 2025 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















