Icma.az
close
up
RU
Bakı nəfəs ala bilmir: Ekoloji böhran dərinləşib

Bakı nəfəs ala bilmir: Ekoloji böhran dərinləşib

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Panel evlər yüksəlir, cəriməni ödəyib, ağacları qırıb sahəni zəbt edirlər


Sosioloq yaşıl terrora qarşı həbs və müsadirə təklif edir

Ekoloji hüquqpozmalara qarşı mübarizə davam etdirilir. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların müraciətləri əsasında Respublikanın 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Araşdırmalar zamanı Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 May küçəsində, Qusar rayonu Mucuq kəndinin şimal hissəsindəki yaşıllıq ərazidə, Tovuz rayonu Qovlar şəhəri M.Ə.Sabir küçəsi 45 ünvanında, Şəmkir rayonu Keçili kəndində və Bakı-Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində meşə fonduna daxil olmayan 233 ədəd ağacın qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə 63 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) və 260.2-ci (yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, tullantılarla çirklənməsi nəticəsində, ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Vətəndaşlardansa ekoloji hüquqpozmalara qarşı mübarizədə, təbiətin qorunması və ətraf mühitimizə təhlükə törədənlər üçün cavabdehlik və məsuliyyətin təmin edilməsində fəal olmaq, həmçinin istənilən şübhəli ekoloji pozuntular barədə məlumat vermək xahiş edilir.


Ekoloq Rövşən Abbasov isə məhz ağacların qorunmasıyla bağlı sosial şəbəkədə maraqlı paylaşım edib. İsveçli milyarder Johan Elyaskinin fotosunu paylaşan R.Abbasov yazıb: 

“İsveçli milyarder torpaq sahəsinə sahib olan ağackəsmə şirkətini 400.000 hektar Amazon tropik meşəsi ilə birgə satın aldı. O, meşəni kommersiya məqsədli məhvindən qorumaq üçün şirkətin fəaliyyətini dayandırdı. Bu adamın satın almalı olduğu çox şeylər var”.

Ekoloq qeyd edib ki, ağaclar, meşələr təkcə təbiətin ağ ciyərləri deyil, həm də biz insanların ağ ciyərləridir. İnsan nə qədər nadan olmalıdır ki, ağacları kəsərək öz ölümünə fərman versin.


Sosioloq, “Sağlam Cəmiyyət Hərəkatı”nın rəhbəri Elçin Bayramlı da Sherg.az-a açıqlamasında qeyd edib ki, Bakıda əsas ekoloji böhran yaşıllıqların və ağacların məhv olması ilə bağlıdır:


- Paytaxtımız yalnız hündürmərtəbəli panel evlərdən, plastiklə üzlənmiş tikililərdən ibarət ağacsız şəhərə çevrilməkdədir. Sovet dövründə - 80-ci illərdə Bakıda yaşıllığın ümumi həcmi 15 min hektar təşkil edib, hazırda isə təxmini hesablamalara görə, bu rəqəm 7-8 min hektar təşkil edir. Bu müddətdə paytaxtda əhalinin sayı 2 dəfə artıb, yaşıllıq sahəsi isə 2 dəfə azalıb, demək, problem 4 dəfə kəskinləşib. Buna görə də paytaxtda və ətrafında böyük yaşıllaşdırma aksiyaları keçirilməlidir, bütün mümkün yerlərdə ağaclar əkilməlidir. Heydər Əliyev Fondundan başqa bu işi görən yoxdur. Paytaxtda harda gəldi aparılan tikintilər zamanı ağaclar kəsilir. Ağacların dibi asfaltlanır. Ağac nəfəs ala bilmir, quruyur. Bəzilərinin dibinə kislota, digər kimyəvi maddələr tökərək süni şəkildə qurudurlar. Kəsilən ağaclara görə bəzən sahibkarlara, tikinti şirkətlərinə cərimələr tətbiq edilir. Lakin bu cərimələr kəsilən ağacları geri qaytarmır. Kəsilən ağacların yerinə yeniləri də əkilmir, uzaqbaşı, balaca kollar əkirlər. Sahibkarlar, kafe, restoran sahibləri isə kəsdikləri ağacların sayəsində əlavə sahə əldə edir, ödədikləri cərimədən dəfələrlə artıq pul qazanırlar. Ərazidə obyekt tikən şəxs ordan ildə 100 min qazanc götürəcəksə, onun üçün bu 3-5 min manatı ödəmək problem deyil. Təklif edirəm ki, cərimələr 10 dəfə artırılsın, ağacları kütləvi şəkildə qıranların isə əmlakı müsadirə olunmaqla həbs cəzası verilsin. Yalnız bu yolla bu yaşıl terrorun qarşısını almaq mümkün olacaq, başqa cür mümkün deyil. Bir ağacın böyüyüb qol-budaq atması üçün 20-30 il lazımdır. Kəsilən nəhəng ağacların yerinə balaca, sısqa küknar ağacları əkirlər. Çoxu heç böyümür, elə balaca qalır, ya da quruyur. Şəhərdə kölgəlik tapmaq mümkün deyil artıq. Bu fəlakəti yaradan işbazlar, sahibkarlar, tikinti şirkətləridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 İyul 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see361

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see348

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see339

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see332

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see322

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see311

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see297

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see269

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see254

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see246

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see234

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see230

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see214

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see213

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see206

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see204

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see199

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see184

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see182

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri