Icma.az
close
up
RU
“Qafqaz evi” yeni regional arxitektura axtarışında

“Qafqaz evi” yeni regional arxitektura axtarışında

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Siyasi iradə ilə yanaşı, ictimai şüurun dəyişməsi, qarşılıqlı etimad da vacibdir

Cənubi Qafqaz regionu növbəti dəfə beynəlxalq geosiyasi gündəmin diqqət mərkəzinə çevrilməkdədir. Bu diqqət təkcə regiondakı enerji və nəqliyyat layihələri ilə bağlı deyil, həm də postmünaqişə dövrünün yaratdığı yeni imkanlar, geosiyasi balansların dəyişməsi və əməkdaşlıq modelinin yenidən dizayn olunması ilə əlaqədardır. Regionda baş verən siyasi hadisələr, xüsusilə də Gürcüstan və İran prezidentlərinin Bakıya səfərləri regionun gələcəyinə dair daha geniş və strateji baxışın, o cümlədən, “Qafqaz evi” kimi konseptual təşəbbüslərin yenidən gündəmə gətirildiyinin əlamətidir.

“Qafqaz evi” ideyasının əsas məqsədi — xarici müdaxilələri minimuma endirərək Cənubi Qafqaz ölkələri arasında sülh, təhlükəsizlik və qarşılıqlı inkişafa əsaslanan vahid bir regional əməkdaşlıq platformasının qurulması idi. Bu ideya bölgənin xarici güclərin təsir və maraq dairəsində parçalanmasından çıxarılaraq, daxili resurslara, etimada və mehriban qonşuluq prinsipinə söykənən yeni arxitekturanın yaradılmasını hədəfləyirdi.

Qafqaz tarixən imperiyalar, güc mərkəzləri və dini-etnik qarşıdurmaların kəsişmə nöqtəsi olub. XIX əsrdə Çar Rusiyası ilə Qacarlar arasında aparılan müharibələr, sonrakı Sovet dövründə süni sərhədlərin və etnik parçalanmaların yaradılması bu regionda dərin travmalar və qarşılıqlı etimadsızlıq mirası qoyub. SSRİ-nin dağılmasından sonra da bu tarixi gərginliklər modern siyasi münaqişələrə çevrilib – Ermənistanın Azərbaycana qarşı işğal siyasəti və Gürcüstandakı Abxaziya və Cənubi Osetiya qarşıdurmaları bunun nümunələridir.

***

İlk növbədə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Qarabağda baş verən qanlı münaqişə bu ideyanı praktiki baxımdan qeyri-mümkün etdi. Regionda dərin kök salmış etnik və siyasi qarşıdurmalar, tarixdən qalan ziddiyyətlər, eləcə də millətçi ideologiyaların güclənməsi regional həmrəyliyin və birgə gələcəyin formalaşmasına mane oldu. Bununla yanaşı, Rusiya, İran, və Qərb dövlətlərinin regiondakı ziddiyyətli maraqları “Qafqaz evi”ni ideya səviyyəsindən reallığa çevirmək cəhdlərini zəiflətdi. Mərkəzsiz, koordinasiyasız və parçalanmış siyasi mövqelər nəticəsində bu təşəbbüs uzun müddət siyasi gündəmdən kənarda qaldı.

“Qafqaz evi” ideyasının reallaşmasına əngəl olan əsas səbəblərdən biri Cənubi Qafqaz regionunda, o cümlədən Gürcüstanda baş vermiş dərin etnik və siyasi münaqişələr idi. 1990-cı illərdə Gürcüstanda Abxaziya və Cənubi Osetiya ilə bağlı separatizm meyilləri silahlı toqquşmalara və ciddi humanitar böhranlara səbəb oldu. Həm Gürcüstanın daxili sabitliyi pozuldu, həm də ölkə bu münaqişələrə xarici müdaxilələrin hədəfinə çevrildi. Bu etnik münaqişələr Gürcüstanı regional əməkdaşlığa açıq və konstruktiv mövqe tutmaq imkanlarından məhrum etdi. Eyni zamanda, Abxaziya və Cənubi Osetiya məsələsində Rusiya ilə yaşanan qarşıdurma Gürcüstanın siyasi kursunda qərbyönümlü meyilləri gücləndirdi və bu da regionda ortaq maraqlar əsasında əməkdaşlıq imkanlarını daha da çətinləşdirdi. Beləliklə, həm Azərbaycanın Ermənistanla, həm də Gürcüstanın separatçı bölgələrlə qarşıdurmaları regionda etimadsızlıq mühiti yaratdı. “Qafqaz evi” kimi inteqrasiya ideyaları isə bu cür qarşılıqlı etimadsızlığın fonunda sadəcə nəzəri səviyyədə mövcud oldu, real siyasətə çevrilə bilmədi.

Cənubi Qafqazda “Qafqaz evi” ideyasının qarşısında duran əsas maneələrdən digəri isə Ermənistanın tutduğu siyasi kurs və daxili qeyri-sabitliklər olub. 1990-cı illərdən etibarən Ermənistan regionda inteqrasiya və əməkdaşlıq platformalarına deyil, əksinə, aqressiv və ekspansionist siyasətə üstünlük verdi. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonun işğalı nəticəsində regional münasibətlər iflic vəziyyətinə düşdü, əməkdaşlıq imkanları minimuma endi.

Ermənistan daxilində isə siyasi sistem uzun illər qeyri-sabitlik, korrupsiya və klan maraqları ilə formalaşdı. Bu qeyri-sabitlik Ermənistanı proqressiv regional təşəbbüslərdən kənarda saxladı. Paralel olaraq, xaricdəki güclü erməni diasporu, xüsusilə də Fransa və ABŞ-da fəaliyyət göstərən lobbi qrupları Ermənistanın regional əməkdaşlıq formatlarına inteqrasiyasını əngəlləyən, bəzi hallarda isə açıq şəkildə sabotaj edən mövqe sərgilədi.

Diasporun təsiri nəticəsində Ermənistan tez-tez regional çağırışları beynəlxalq müstəviyə çıxarmağa və prosesləri geopolitik təzyiq alətlərinə çevirməyə çalışdı. Bu yanaşma isə “Qafqaz evi” kimi sülhə və qarşılıqlı etimada əsaslanan təşəbbüsləri zərərli siyasət mövqeyindən çıxış edən qüvvələrin təsiri altına saldı. Nəticə etibarilə, Ermənistan həm işğalçı siyasəti, həm daxili qeyri-sabitliyi, həm də diaspor maraqları ilə sinxronlaşmış revanşist ritorikası səbəbindən “Qafqaz evi” kimi inklüziv və gələcəyə yönəlmiş təşəbbüslərin sistemli şəkildə önünü kəsən əsas aktorlardan birinə çevrildi. Belə bir fon üzərində bu ideya, tarixdə ilk dəfə region ölkələrinin öz daxili təşəbbüsü ilə sabitlik, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan birgə həyat modelini qurmaq üçün real imkan təklif edir.

Bu gün “Qafqaz evi” ideyası ilk baxışdan utopik səslənsə də, əslində region dövlətləri arasında qarşılıqlı hörmətə, ərazi bütövlüyünə və suverenliyə əsaslanan bir əməkdaşlıq platforması olaraq formalaşdırıla bilər. Azərbaycan 2020-ci il II Qarabağ müharibəsində qazandığı Qələbədən sonra yalnız hərbi deyil, həm də diplomatik və iqtisadi sahələrdə təşəbbüskar bir aktora çevrilmişdir. Bakı artıq, bütövlükdə, Cənubi Qafqazın regional təhlükəsizliyi və inkişafı üçün yeni inteqrasiya mexanizmləri axtaran və təklif edən ölkə kimi çıxış edir. Gürcüstan və İran prezidentlərinin ard-arda Bakıya rəsmi səfərləri sadəcə diplomatik etiketin tələbi deyil – bu, Azərbaycanın regionda artan təsirinin, strateji çəki qazanmasının və əməkdaşlıq platformalarının formalaşdırılmasında aparıcı rolunun qəbul edildiyini göstərir.

Azərbaycanın son illərdə təşəbbüs göstərdiyi regional formatlar – “3+3” əməkdaşlıq platforması, Zəngəzur dəhlizi layihəsi, yaşıl enerji diplomatiyası və COP29-un Bakıda keçirilməsi – Bakının regionun gələcəyini formalaşdırmaqda nə dərəcədə mühüm rol oynadığını göstərir. Bu kontekstdə “Qafqaz evi” anlayışı real geosiyasi təmələ söykənən bir strateji baxış kimi ortaya çıxır. Bu model region ölkələrinin bir-birinin daxili işlərinə qarışmadan, ortaq maraqlar əsasında əməkdaşlıq edə biləcəyi yeni bir çərçivə kimi formalaşır.

İlk baxışdan Gürcüstan və İranın maraqları müxtəlif olsa da, onların Azərbaycana yaxınlaşmaları ortaq məxrəcə gəlmək imkanlarının artdığını göstərir. İran üçün “Qafqaz evi” konsepti regional sabitlik çərçivəsində nüfuzunu qorumaq və iqtisadi layihələrə daxil olmaq imkanı yaradır. Tehran, xüsusilə də Zəngəzur dəhlizi ətrafındakı proseslərdə iştirakçı olmaq istəyir və Cənubi Qafqazı geostrateji baxımdan Orta Asiyaya, Qafqaza və Avropaya açılan qapı kimi görür. Digər tərəfdən, İran Cənubi Qafqazda tarixən mövcud olmuş təsir imkanlarını dinc yolla genişləndirmək niyyətindədir. Tehranın regiona baxışı həm təhlükəsizlik, həm də iqtisadi maraqlar çərçivəsində formalaşır. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və konstruktiv regional əməkdaşlığa açıq mesajlar verməsi İranın regional sabitliyə marağının göstəricisidir.

Gürcüstan isə daha çox Qərblə yaxınlaşmağa çalışsa da, real geosiyasi konfiqurasiyada Azərbaycanın vasitəçiliyini və enerji əməkdaşlığını əvəzolunmaz hesab edir. Gürcüstan üçün Bakı ilə strateji tərəfdaşlıq həm regional təhlükəsizlik baxımından mühümdür, həm də enerji və nəqliyyat infrastrukturunun əsas təminatçısı olaraq çıxış edir. Gürcüstanın bəzi dövlətlərdən uzaq dayanmaq və eyni zamanda, regionda fəal diplomatik oyunçu olmaq arzusu onu Bakıya daha da yaxınlaşdırır. Bakı ilə əlaqələr onun üçün təkcə enerji təhlükəsizliyi deyil, həm də regional kommunikasiyanın əsas sütunlarından biri anlamına gəlir. Gürcüstanın Azərbaycanla TANAP, Bakı–Tbilisi–Qars, Cənub Qaz Dəhlizi kimi iri layihələrdə iştirakı bu strateji tərəfdaşlığın real nəticələrini ortaya qoyur.

Beləliklə, regiondakı yeni geosiyasi reallıqlar, artan iqtisadi qarşılıqlı asılılıq, kommunikasiya xətlərinin bərpası və diplomatik dinamizm fonunda “Qafqaz evi” ideyası bu dəfə daha real və həyata keçə biləcək bir layihə kimi siyasi gündəmə daxil olur. Azərbaycanın təşəbbüskarlığı və beynəlxalq arenadakı artan nüfuzu isə bu ideyanın reallaşması üçün əsas aparıcı qüvvəyə çevrilmişdir Bu səfərlərin fonunda Prezident İlham Əliyevin səsləndirdiyi inteqrasiya mesajları – region ölkələri arasında qarşılıqlı hörmətə, suverenlik və ərazi bütövlüyünə əsaslanan əməkdaşlıq modelinin formalaşdırılması çağırışları – “Qafqaz evi” ideyasının müasir geosiyasi interpretasiyası kimi çıxış edir. Bu model Ermənistan üçün də yeni bir siyasi və iqtisadi imkan pəncərəsi aça bilər – əgər o, revanşist mövqelərdən imtina və regional reallıqları qəbul edərsə.

Qeyd etmək lazımdır ki, bu ideyanın həyata keçməsi üçün təkcə liderlərin siyasi iradəsi deyil, həm də ictimai şüurun dəyişməsi və qarşılıqlı etimadın bərpası vacibdir. “Qafqaz evi” yalnız hökumətlər səviyyəsində qurulan diplomatik formatlarla deyil, həm də xalqlar səviyyəsində dialoq, mədəniyyətlərarası əlaqələr və ortaq layihələrlə möhkəmlənə bilər.

Şəbnəm ZEYNALOVA,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:250
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri