Icma.az
close
up
RU
Bakı sakini əlillik pensiyasının qanunsuz olaraq kəsildiyini deyir 16 il pensiya almışam...

Bakı sakini əlillik pensiyasının qanunsuz olaraq kəsildiyini deyir 16 il pensiya almışam...

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Bakı şəhər sakini Sultanov Rizvan Səməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqsız yerə onun əlillik pensiyasını kəsib:

“Mən, Sultanov Rizvan Səməd oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Qeyd edim ki, 4 ildir ayağımda ciddi problemlərin olmasına baxmayaraq, mənə əlillik dərəcəsi vermirlər. İmtina səbəbi olaraq bildirilir ki, əlillik meyarları təsdiq olunmamışdır.

Bu, müharibənin fəsadıdır, açıq-aydın görünür. Xəstəxanadan çıxıram, reabilitasiya mərkəzlərinə gedirəm. İş qüvvəm yoxdur. Çörək pulu qazanıb, ailəmə baxa bilmirəm.

Hazırda iş İnzibati Məhkəmədədir. Mən, haqqım olan əlilliyimi tələb edirəm. Xəstəxanada yatdığım müddətdə bütün həkimlər deyirlər ki, sənə əlillik düşür. Lakin nazirlik imtina verir. Dizdən aşağı ayağım qatlanmır, sağ ayağımı ancaq əsanın köməyi ilə hərəkət etdirirəm. Mənim əlilliyimi hərbi komissiyanın üzvü Şücaət Əliyev kəsmişdir. 16 il pensiya almışam, sonradan kəsiblər.

Hakimin ədalətli qərarını gözləyirəm. Ayağımda inkişaf yaxşı getmir. Ayağımın sümüyü əriyib, tamamilə yox olub. Bu səbəbdən də ayaq üstə dura bilmirəm". 

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Sultanov Rizvan Səməd oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən forma-88 göndərişləri əsasında 03.07.2021, 05.03.2022 və 16.12.2024-cü il tarixlərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib:

"Agentliyin həkim-ekspertlərinin hər bir müayinəsi zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.

Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilib".

Jalə FAMİLQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 May 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see376

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see262

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see214

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see150

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see146

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see141

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see141

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see139

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see139

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see139

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see131

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see130

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see130

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see127

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see120

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri