Qaradağ sakini yaşadığı ünvanını dəyişdiyi üçün sosial yardımının qanunsuz olaraq kəsildiyini deyir ŞİKAYƏT
Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qaradağ rayonu, Şıxlar kənd sakini Kərimova Ofeliya Hakim qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun sosial yardımını qanunsuz olaraq kəsib:
“Mən, Kərimova Ofeliya Hakim qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Bildirim ki, himayəmdə 2 azyaşlı uşağım var. Ailəmlə birgə Qaradağ rayonu, Şıxlar kəndində qohumumuza aid bir evdə yaşayırdıq. Həmin ünvandan sosial yardım üçün müraciət etmişdim.
2023-cü ilin dekabr ayında müraciət etmişəm. 2024-cü ilin yanvar ayında 448 manat 70 qəpik yardım təyin edilmişdi. Ev sahibi olan qohumumuz öz evində yaşamaq niyyəti ilə geri qayıtdı. Biz də məcbur qalıb evdən çıxdıq.
Komissiya yoxlamağa gəlib və bizi evdə tapmayıb. Bel başa düşürəm ki, burada mənim də günahım var. Çünki məumat verməmişəm. Hazırda isə sosial yardımım kəsilib və məndən indiyə kimi aldığım məbləği geri tələb edirlər. Bu, düzgün deyil axı? Mən imkansız ailəyəm”.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsinə Rəşad Mehdili ilə əlaqə saxlasaq da, sualımızı cavabsız qoydu.
Jalə FAMİLQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 16 İyun 2025 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















