Icma.az
close
up
RU
Bakı Sumqayıt yolu iflic oldu, yüzlərlə maşın tıxacda qaldı: Səbəb bu imiş… FOTOLAR KONKRET

Bakı Sumqayıt yolu iflic oldu, yüzlərlə maşın tıxacda qaldı: Səbəb bu imiş… FOTOLAR KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti tamamilə iflic olub. Saytımıza daxil olan görüntülərdə yüzlərlə avtomobilin hərəkət etmədiyi və bu səbəbdən də uzun tıxacın yarandığı aydın görünür. Hətta uzun tıxac səbəbi ilə avtomobili xarab olan və istidən halı pisləşənlərə də rast gılinib. Hadisə şahidlərinin bildirdiyinə görə, tıxac Ceyranbatan qəsəbəsindən başlayaraq “20 Yanvar” dairəsinə qədər uzanıb. 

KONKRET.az məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlayıb. Qurumdan verilən cavabda bildirilib ki, Bakı–Sumqayıt avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə yüngül maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Sürücülər avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkmədiyinə görə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra avtomobillər kənara çəkilib və hərəkət tam bərpa edilib”.

Qeyd edək ki, yüzlərlə insanın saatlarla tıxacda qalması, insanların sağlamlığının təhlükə altına düşməsi ciddi narazılıq yaradıb. Ümumiyyətlə, son vaxtlar nəinki günün pik saatlarında, hətta adi vaxtlarda da tıxaclar müşahidə olunur. Bəs görəsən, bu hallar niyə yaşanır və çıxış yolu nədir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, tıxacların səbəbi aparılan təmir işləridir: “Bir yerdə sıxlıq yaranırsa, bu digər alternativ yollara da təsir göstərir. Digər tərəfdən, məktəblərin başlamasına az qalıb və tələbələr şəhərə üz tutmağa başlayıb. Onları gətirən avtomobillər də təsir göstərən faktorlar sırasındadır. Eyni zamanda şagirdlər və onların valideynləri məktəb alış-verişi üçün intensiv formada şəhərdəki dükan və mağazalara axışırlar. Sentyabrın 15-də isə vəziyyət pik həddə çatacaq. Odur ki, mümkün qədər insanlar velosiped və skuterlərdən daha çox istifadə etməlidir”.

Müşvqi Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see236

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see182

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see177

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see159

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri