Icma.az
close
up
RU
Bakı universitetləri rayonlara köçür: 2027 planı nəyi dəyişəcək?

Bakı universitetləri rayonlara köçür: 2027 planı nəyi dəyişəcək?

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Son illərdə ali təhsil sistemində diqqət çəkən əsas məsələlərdən biri universitetlərin paytaxtda – xüsusilə Bakı şəhərində həddindən artıq mərkəzləşməsidir.

Bu vəziyyət regionlarda həm təhsil imkanlarının məhdud qalmasına, həm də gənclərin kütləvi şəkildə paytaxta axınına səbəb olur. Nəticədə isə bölgələrdə kadr çatışmazlığı dərinləşir, sosial-iqtisadi inkişaf balansı pozulur.

Məhz bu kontekstdə universitetlərin regionlara köçürülməsi və ya ən azı paytaxtdan kənarda güclü ali təhsil ocaqlarının formalaşdırılması məsələsi yenidən aktuallaşıb.

Universitetlər Bakıdan nə vaxt köçürüləcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Vüsət Əzizov deyib ki, “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsində nəzərdə tutulan paytaxt Bakı şəhərində yerləşən universitetlərin regionlara köçürülməsi məsələsi hazırda rəsmi səviyyədə müzakirə və planlaşdırma mərhələsindədir və bu proses dövlətin uzunmüddətli inkişaf strategiyasına daxil edilib: 

"Bakıdakı universitetlərin regionlara köçürülməsi və eyni zamanda regionlarda yeni ali təhsil müəssisələrinin yaradılması nəzərdə tutulur. Elm və Təhsil Nazirliyi bu prosesi mərhələli, planlı və iqtisadi-ixtisaslaşma prinsipinə uyğun həyata keçirilməsi lazım olan siyasət kimi qiymətləndirir". 

Onun sözlərinə görə, əsas yanaşma Bakı şəhərindən köçürüləcək universitetdə tədris olunan ixtisaslara uyğun regionun seçilməsidir:

"Köçürmə isə tədricən və əsaslandırılmış şəkildə həyata keçilrilməlidir. Köçürülmə prosesinin hazırda analiz və müzakirə mərhələsindədir və hələ ki, konkret universitetlər və regionlar üzrə qərarlar tam təsdiqlənməyib. Bundan başqa da paralel olaraq regionlarda yeni universitetlərin yaradılması artıq pilot yanaşma kimi nəzərdən keçirilir".

Həmsöhbətimiz qeyd edib ki, qeyd olunan proseslərin əsas icra mərhələsi 2027–2030 strategiyası çərçivəsində planlaşdırılır və buna əsasən də ən tez real addımların 2027-ci ildən etibarən başlanması ehtimal olunur:

"2026–2027-ci illər ərzində isə daha çox planlaşdırma,prioritetlərin müəyyənləşdirilməsi və ilkin layihələrin hazırlanması mərhələsi baş tuta bilər. Bu proses zamanı vacib məqamlardan biri filialların sayının artırılması,yeni regional kampusların yaradılması və bəzi universitetlərin qismən və ya tam köçürülməsi kimi mərhələli model gözlənilir".

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Aprel 2026 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see342

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see321

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see280

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see276

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see271

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see260

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see257

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see251

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see251

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see222

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see220

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see213

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see205

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see201

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see199

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see198

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see186

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri