Icma.az
close
up
RU
Bakı Vaşinqton üçün geostrateji dayaq nöqtəsidir Amerikalı politoloqdan sensasion məqalə

Bakı Vaşinqton üçün geostrateji dayaq nöqtəsidir Amerikalı politoloqdan sensasion məqalə

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Dövlət İnformasiya Agentliyi və Bakının digər xəbər agentliklərinə Minsk Qrupu ilə bağlı on ildən artıqdır ki, bir çox şərh və analitik materiallar təqdim edən biri olaraq ATƏT-in Minsk Qrupunun yekun ləğvi ilə bağlı məlumatı böyük məmnuniyyət və qürur hissi ilə qarşılayıram.

Bu proseslərə şahid birisi kimi Prezident İlham Əliyevin həyata keçirdiyi Azərbaycan diplomatiyasının və unikal dövlətçilik ənənəsinin belə bir böyük nailiyyətini yaxından izləməkdən çox qürur duyuram. Bu, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) tarixində ən qaranlıq səhifələrdən birinin sonunu əks etdirir. Bu, Azərbaycan dövlətinin başçısı, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən nümayiş etdirilən və rəsmi Bakının diplomatları ilə əlaqəli şəkildə vətənlərini daim qoruyan və düşmənə qarşı əməliyyat həyata keçirən yüksək peşəkarlığa malik silahlı qüvvələrin və kəşfiyyat xidmətinin heyranedici fəaliyyətinin nəticəsidir.

Minsk Qrupunun hüquqi diplomatik yolla ləğv edilməsi Azərbaycanın müasir tarixində əsas mərhələni əks etdirir və Bakının dünya siyasətindəki mövqeyini daha da möhkəmləndirir.

Prezident İlham Əliyevin heyrətamiz liderliyi ticarət yollarının qorunması, regional təhlükəsizliyin təmin edilməsində vacib rol oynayır və Bakı dünyanın ən böyük daxili dənizi olan Xəzər dənizi hövzəsində Vaşinqton üçün geostrateji dayaq nöqtəsidir.

30 noyabr 2025-ci ildə ATƏT-in Minsk Qrupu rəsmi olaraq bağlandığını və onun bütün müvafiq bürokratik strukturlarının ləğv olunduğunu elan etdi. Prezident Trampın Prezident İlham Əliyevlə 8 avqust 2025-ci ildə Ağ Evdə tarixi görüşünü nəzərə alsaq, görülən bu tədbir təəccüblü olmadı.

Həmin gün Azərbaycan və Ermənistan ABŞ Prezidenti Donald Trampla görüş zamanı ABŞ-ın vasitəçiliyi ilə sülh müqaviləsi imzaladılar. Bu hadisə, Azərbaycanla bağlı beynəlxalq ictimaiyyəti daim aldadan və Fransa hökumətinin müxtəlif beynəlxalq platformalarda Azərbaycana qarşı böhtan kampaniyalarını dəstəkləyən bir qrup məsuliyyətsiz Avropa və ABŞ diplomatlarından ibarət Minsk Qrupunun hələ elan edilməmiş ləğvinin başlanğıcı idi.

Cənubi Qafqazın iki düşmən dövləti arasında Ağ Evdə əldə edilən razılaşma Azərbaycan hökuməti üçün böyük tarixi nailiyyətdir. Bu, Vaşinqtonun Avrasiyada və ondan kənarda artan iştirakını təmin edərək Avropa İttifaqına və geosiyasi aktorlara diplomatik dərs keçən mühüm üçtərəfli sammitdir.

Piter M. Teys

1992-ci ildə təsis edilmiş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupu, Ermənistan-Azərbaycan silahlı münaqişəsinin həllini təşviq etmək və vasitəçilik etmək üçün beynəlxalq struktur kimi nəzərdə tutulmuşdu. Təəssüf ki, otuz ildən artıqdır ki, bu diplomatik çoxtərəfli platforma Yerevanın 1988-ci ildən 2020-ci ilin noyabr ayına qədər Ermənistan tərəfindən işğal edilmiş suveren Azərbaycan ərazisində kütləvi minalanma həyata keçirməsinin qarşısını ala bilmədi. Minsk Qrupu beynəlxalq təhlükəsizlik üzrə analitiklər tərəfindən zəif, korrupsiyalaşmış, fəaliyyətsiz və əsasən bürokratikləşmiş çoxtərəfli struktur kimi şərh edilir.

Onun bağlanması çoxtərəfli təşkilatların gələcək fəaliyyəti üçün mühüm töhfə verir; illər ərzində o, Ermənistanın informasiya müharibəsi abidəsinə və üçüncü dərəcəli diplomatların və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin beşiyinə çevrilmişdi.

1992-2020-ci illər arasında Minsk Qrupu Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə son qoya bilmədi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) dörd qətnaməsinin icrasına dağıdıcı təsir göstərdi və Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın suveren ərazisindən çıxarılması üçün heç bir əhəmiyyətli siyasi təzyiq göstərmədi.

Beynəlxalq diplomatiyanın bu müftəxorları Ermənistan və Azərbaycan arasındakı silahlı münaqişənin dondurulmasında böyük rol oynadı. Beynəlxalq münasibətlər üzrə alim Pedro Eskobar Medinanın sözlərinə görə, “ATƏT-in Minsk Qrupunun rolu getdikcə münaqişənin daha çox uzadılmasına yönəlmiş və Cənubi Qafqaz regionunda davamlı sülh mühitinin təmin edilməsinə heç bir töhfə verməmişdir”.

Minsk Qrupu həmsədrləri kimi üç ölkənin – Rusiya, ABŞ və Fransanın strateji maraqları bu silahlı münaqişənin dünya ictimaiyyətinə çatdırılmasının, siyasi müzakirəsinin və mediada işıqlandırılmasının formalaşmasında mühüm rol oynamışdır.

Professor Medina bildirir ki, “Bu üzdə olan maraqlar ATƏT-in fəaliyyətindəki ardıcıllığı təmamilə pozmuş və təxminən otuz il ərzində Azərbaycanın suveren ərazisində təkrarlanan silahlı təxribatlara görə Yerevan rəhbərliyini məsuliyyətə cəlb etmək qabiliyyətini tamamilə sarsıtmışdır. Minsk Qrupu faydasız olub və müştərək, konsensusa əsaslanan mexanizm kimi fəaliyyət göstərə bilməyib.

1990-cı illərdə və əsrin əvvəllərində Minsk Qrupu Ermənistanın atəşkəs rejimini pozması, işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma fəaliyyətləri ilə bağlı lazımi tədbirlər görmədi, insan haqları və təhlükəsizlik məsələləri ilə bağlı heç bir addım atmadı. Korrupsiyaya bulaşmış qərb diplomatlarından və cəzasızlıqdan qaynaqlanan belə bir qarışıq mənzərə Ermənistan hökumətinə çoxtərəfli diplomatiya platformasının önünü kəsmək və zəiflətmək üçün ideal imkanlar yaratdı və İrəvana Bakı ilə silahlı münaqişəni uzatmağa imkan verdi.

Amerikalı politoloq, Mərkəzi Asiya Məhsuldarlığı Araşdırma Mərkəzi (CAPRC) Müşahidə Şurasının üzvü Piter M. Teys

Tərcümə etdi: Gülnar Səlimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri