Icma.az
close
up
RU
Bakı İrəvan sülhü və ABŞ

Bakı İrəvan sülhü və ABŞ

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Vaşinqtondan fundamental yanaşma gözləyirik

ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasından söz açıb. O, Prezident Donald Trampla jurnalistlərə verdiyi birgə açıqlamada deyib ki, Bakı ilə İrəvan arasında sülh razılaşmasının tezliklə əldə olunacağına ümidvardır. Yazımızda bu barədə söz açacaq, cənab Rubionun bu fikri səsləndirərkən nəyə söykəndiyini diqqətə çatdıracaq, habelə Vaşinqtonun Cənubi Qafqazda sülh quruculuğuna fundamental yanaşması baxımından bəzi məqamların üzərində dayanacağıq.

***

Əvvəla, onu deyək ki, Birləşmiş Ştatlar kimi super gücün Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə önəm verməsi son dərəcə vacibdir. Əlbəttə, Ağ Evin əvvəlki sahibi Cozef Baydenin zamanında da ABŞ-ın məsələyə müəyyən yanaşması nəzərə çarpırdı. Həmin vaxt Rubionun sələfi Antoni Blinken tez-tez Bakı–İrəvan normallaşmasına dair ölkəsinin mövqeyini açıqlayırdı. Daha dəqiq desək, sabiq dövlət katibi ümumi ifadələrlə kifayətlənirdi.

Əslində, Baydenin zamanında Birləşmiş Ştatlar aşkar ermənipərəst mövqe tuturdu. Həmin vaxt rəsmi Vaşinqtonun Cənubi Qafqazda münasibətlərin nizamlanmasına, ümumən regionun perspektivinə yanaşaması ikili standartlara, aşkar tərəfkeşliyə söykənirdi ki, fikrimizin təsdiqi qismində Blinkenin bəyanatlarından kənar məqamların, o cümlədən, bu il yanvarın 14-də, yəni Trampın Prezident olaraq vəzifə səlahiyyətlərinə başlamasından altı gün əvvəl imzalanmış ABŞ–Ermənistan Strateji Tərəfdaşlıq Xartiyasının üzərində dayana bilərik. Hərçənd, indi buna bir o qədər ehtiyac duymuruq.

Əlqərəz, ABŞ-ın hazırkı rəhbərliyindən Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasına münasibətdə ədalətli yanaşma gözləntimiz var. Gözləntimiz Birləşmiş Ştatların hakim komandasının ölkəni böyük dövlətlərə xas xarakter sahibi kimi saxlamaq əzmindən qaynaqlanır. Axı, böyüklər böyük olmağı bacarmayanda ediləcək nə isə qalmır. Cənab Bayden və komandası fikrimizin haqqını verdi. Əlbəttə, buna haqqını vermək demək mümkündürsə...

***

Beləliklə, M.Rubio Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına ABŞ-ın qlobal miqyasda sülh vasitəçiliyi fonunda əldə etdiyi uğur kontekstində yanaşıb: “Hindistan və Pakistan arasında müharibənin qarşısını aldıq və sona çatdırdıq. Konqo Demokratik Respublikası ilə Ruanda arasında sülh sazişi, eyni zamanda, Amerika əməliyyatı ilə sona çatan 12 günlük müharibə - biz dünyada bunu edə biləcək yeganə ölkəyik. Ümid edirəm ki, tezliklə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq”.

Bəli, Rubionun fikrini olduqca inamlı tərzdə diqqətə çatdırması təqdirəlayiq məqamdır. Həqiqətən, Konqo ilə Ruanda arasında sülh sazişinin imzalanması müstəsna haldır. Hindistan və Pakistan arasında müharibənin dayanması da həmçinin. Amma bir anlıq düşünək görək, sonuncuların mübahisələri tarixə qovuşubmu? Onlar Kəşmir münaqişənin həllinə nail ola biliblərmi? Eləcə də İran-İsrail ixtilafının da geridə qaldığını düşünmək mümkünsüzdür və heç bir təminat yoxdur ki, gələcəkdə istər bu iki ölkə, istərsə də Pakistanla Hindistan yenidən bir-birinə cəbhə açmayacaq.

Əminliklə demək olar ki, hazırda Tramp administrasiyasının sayəsində qlobal miqyasda qazanan ABŞ obrazı var. Amma Birləşmiş Ştatların haqqında söz açdığımız Bayden dövrü də olub ki, həmin vaxt ölkənin imici yüksək deyildi. Trampdan sonra da Ağ Evə hansı qüvvələrin rəhbərlik edəcəyi, onların necə mövqe tutacaqları məchuldur. Sözümüz ondadır ki, münaqişəli tərəflər arasında vasitəçilik fundamental mahiyyət daşımalı, konfliktlərin aradan qaldırılmasında maksimum uzlaşma əldə olunmalıdır. Bu, sülhün dayanıqlı mahiyyətini vurğulayan həyati əhəmiyyətli amildir. Dayanıqlılıq o formada təmin olunmalıdır ki, qarşılıqlı münasibətlərindəki davranışlar həmin ölkələrdə hansı ideya və düşüncə sahiblərinin hakimiyyətə gəlmələrindən asılı olmasın. Azərbaycan da Ermənistanla sülhə məhz belə yanaşır. Bu yanaşma müstəsna əhəmiyyətə malikdir. Çünki Ermənistandakı revanşist və şovinist kəsim aktivdir və sözügedən kəsimə xaricdən də dəstək var.
Belə bir durumda gözlər önündə Cənubi Qafqazın dünyanın diqqət mərkəzində olan bölgə statusu canlanmalıdır. Axı mövcud coğrafiyadakı kommunikasiyalar Qərblə Şərqin iqtisadi-ticari əlaqələrində xüsusi rol oynayır. Orta Dəhliz kimi mühüm layihə və onun komponentləri beynəlxalq miqyasda ciddi müzakirə olunmaqdadır. Deməli, bölgə müharibə risklərindən, avantüra və ixtilaflardan mümkün qədər çox sığortalanmalıdır. Bu amil iqtisadi əməkdaşlıq zəncirinin möhkəmliyi, bir qədər detallı desək, beynəlxalq yükdaşımaların fasiləsizlik immuniteti baxımından zəruridir.

***

Ona görə də rəsmi Bakı İrəvanla bütün bəndləri razılaşdırılmış sülh sazişinin imzalanması üçün iki şərt irəli sürüb. Birinci şərt Ermənistan konstitusiyasına dəyişiklikdir. Çünki erməni əsas qanunu ölkənin 1990-cı ildəki İstiqlaliyyət Bəyannaməsinə istinad edir. O bəyannaməyə ki, orada Azərbaycan ərazisində mövcud olmuş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin adı çəkilir. Müstəqil Ermənistanın formalaşmasında həmin muxtar vahidin qərarına söykənilir ki, bu da ölkəmizə qarşı ərazi iddiasıdır.

Ermənistanın Azərbaycana ərazi iddiası torpaqlarımızın işğalı, bir milyona yaxın vətəndaşımızın öz doğma yurd-yuvasında didərgin düşməsi, qaçqın və məcburi köçkün həyatı yaşaması reallığını doğurdu. Uzun müddət xalqımız məşəqqətlərə dözdü. Nəhayət, dövlətimiz gücünü toplayaraq təcavüzə son qoydu, beynəlxalq təşkilatların, o cümlədən BMT-nin illərdir məhəl qoyulmayan qətnamələrini yerinə yetirdi. Bir sözlə, ölkəmiz ilahi ədaləti təmin etdi. Ancaq proses heç də asan başa gəlmədi, şəhidlər verdik. Bu səbəbdən Azərbaycan Ermənistanın ərazi iddiasından tam şəkildə daşınmasında – Ermənistan konstitusiyasının ölkənin İstiqlaliyyət Bəyannaməsinin buxovundan qurtulmasında israrlıdır. Rəsmi Bakının sülhə fundamental yanaşmasının ilkin göstəricisi budur.

İkincisi, müstəqillik illərində Ermənistanın Azərbaycana ərazi iddiası məntiqini özündə daşıyan, hazırda ölü hala düşmüş təsisat var. Söhbət ATƏT-in Minsk qrupundan gedir. Ölkəmizin sülh müqaviləsinin imzalanması baxımından ikinci şərti bu qurumun ləğvidir. Belə bir təsisat olmamalıdır. Ümumən, hansısa qurum, təşkilat və ya birlik Azərbaycanla Ermənistan arasında mübahisəli ərazinin mövcudluğuna dair rəy formalaşdırmamalıdır. Ona görə də dövlətimiz Ermənistana ATƏT-in Minsk qrupunun rəsmən fəaliyyətini dayandırması üçün birgə müvafiq müraciət ünvanlamağı təklif edir.

***

Sonda qeyd edək ki, Ermənistan hazırda Azərbaycanın şərtlərini yerinə yetirməkdən boyun qaçırır. Mövcud durumda yenidən ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubionun açıqlamasına qayıdaraq deyək ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sülhə hansısa formada töhfə vermək əzmindədirsə, vurğuladığımız məqamları nəzərə almalıdır. Nəzərə almalıdır ki, Vaşinqtonun da maraqlı olduğu Cənubi Qafqazda sülh dayanıqlı olsun. Bir halda ki, cənab Rubio Bakı–İrəvan sülhünün əldə olunacağına ümidvardır, biz də ABŞ-da barış məsələlərinə prinsipial yanaşanların qətiyyət göstərəcəklərinə inanaq.

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 İyul 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərt ritorika davam edir, amma dialoq tam bitməyib ŞƏRH

15 May 2026 20:20see342

Bu gün Xalq artisti Arif Quliyevin doğum günüdür

16 May 2026 09:30see201

“Qarabağ” məşhur futbolçuları transfer edir RƏSMİ

16 May 2026 03:33see191

Dünyanın aparıcı şəhərlərinin yer aldığı beynəlxalq reytinqlərdə Bakının da olması müsbət göstəricidir RƏY

15 May 2026 18:16see188

Ronaldonun pəhrizinin effektivliyi...

16 May 2026 02:02see182

Tramp Tayvanın müstəqillik elanına qarşı çıxdı

16 May 2026 04:45see171

Köhnə binalar söküləndən sonra mənzillər BAHALAŞACAQ? AÇIQLAMA

16 May 2026 05:13see167

Bakı Xocalı Xankəndi Şuşa avtobus reysinin ilk sərnişinləri yol salınıb

16 May 2026 02:12see163

“Çinin sərt kredit siyasəti bir sıra ölkələri iqtisadi asılılıq vəziyyətinə salıb” Politoloq

15 May 2026 18:35see160

“Liverpul” yenə uduzdu

16 May 2026 01:42see160

Nə xəstəlikdirsə, müalicə effekt vermir

15 May 2026 20:39see157

İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb

16 May 2026 04:58see157

Bu əsasda daha çox gəminin keçidinə icazə veririk SEPAH

16 May 2026 01:50see154

Rusiya Çin tərəfindən iqtisadi cəhətdən mənimsənilməkdən qaça bilməz...

15 May 2026 19:23see154

Kral III Msvati Bakıya gəldi

17 May 2026 01:55see154

İran səfirliyindən “Avroviziya“ diplomatiyası“: Ermənistan sevgisini yenə gizlədə bilmədilər FOTO

16 May 2026 17:32see154

Fransanın təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatıb

15 May 2026 19:21see153

Yaxınlarınıza nəsə olsa, bilin ki, bizim bəddualarımızın nəticəsidir

16 May 2026 18:48see151

BMT dən İsrailə sərt ittiham: Sülhməramlılara maneələr törədir

15 May 2026 23:38see150

Ağcaqanadlar niyə məhz sizi dişləyir? Səbəbi maqnit təsiri ola bilər

16 May 2026 07:08see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri